Mayn Rid
Tomas Mayn Rid (ing. Thomas Mayne Reid) (4aprel 1818 – 22 oktyabr 1883) — İrland yazıçısı, uşaqlar və gənclər üçün macəra romanları və əsərlərinin müəllifi (bəziləri Kapitan Mayn Rid təxəllüsü ilə nəşr edilmişdir). 1850-ci illərdə Amerikanın məzlum xalqlarının mübarizəsi mövzusunda ən yaxşı macəra romanlarını yazmışdır: "Baş dərisi ovçuları", "Otseola — seminolların lideri", "Başsız atlı". Ən məşhur əsəri 1865-ci ildə yazılmış, dünya miqyaslı şöhrət qazanmış "Başsız atlı" romanıdır.
Mayn Rid | |||
Doğum tarixi | 4 aprel 1818 | ||
Doğum yeri | Ballyroney | ||
Vəfat tarixi | 22 oktyabr 1883 | ||
Vəfat yeri | London | ||
Dəfn yeri | Kensal-Qrin qəbiristanlığı | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Aşiqlər oxun uçuş məsafəsində qalaraq yazışmalarla kifayətlənə bilərlərmi?
- Atı su içməyə bir nəfər gətirə bilər, ancaq onu su içməyə qırx nəfər məcbur edə bilməz.
- Az bir müddətə olsa da, şərab içmək ürəyə yüngüllük gətirir.
B
redaktə- Bəzən elə olur ki, bir bədbəxtlik başqa bədbəxtliyin qarşısını alır və onu sıxışdırıb çıxarır.
- Bəzən gözəl gözlər qurğuşun gülləsindən daha çox yaralayır.
- Biz danışmaq üçün çox xoşbəxt idik. Biz susduq, ürəyimiz danışdı.
- Bütün həyatın xoşbəxtliyi qısaca bir "bəli" sözündən asılıdır. "Xeyr" sözü isə əksinə, özü ilə qorxunc bir fəlakət gətirir.
Ç
redaktə- Çox sevimli bir insanı unutmaq mümkün deyil. Nə vaxt, nə də ayrılıq itirilən sevgilinin həsrətini boğa və ya xoşbəxt sevgini bilməyən bir qəlbi sakitləşdirə bilməz.
- Çox vaxt incə bir fikir sözsüz ötürülür. Elə vaxtlar olur ki, dil bizə acı məyusluq gətirir.
D
redaktə- Dünyadakı bütün üzümlərdən sıxılmış şərab qısqancların təsəlli tapması üçün bəs eləməz..
F
redaktə- Fanatizm mərhəmətdən, acımadan daha güclüdür.
G
redaktə- Güclülərlə zəiflər arasındakı razılıq həmişə şərti bir şeydir və o, güclünün istəyi ilə pozulur.
H
redaktə- Hansısa fizika qanuna uyğun olaraq ətrafındakılarınızın əhval-ruhiyyəsinə müqavimət göstərə bilməsəniz də, bu əhval-ruhiyə dərhal sizə keçir.
- Həqiqi sevginin izaha ehtiyacı yoxdur. Ehtiraslı öpus, dərin baxış, zərif bir əl sıxma, yaxud qucaqlama sözsüz də başa düşülür.
- Həyatımın son altı ili ilə müqayisədə, bu altı ay ərzində daha çox həyat təcrübəsi qazandım.
İ
redaktə- İnsan özünü xilas etmək üçün bütün vasitələri sınaqdan keçirənə qədər həyatdan ayrılmaq istəmir. Ümidsizlik nə qədər güclü olsa da, elə insanlar var ki, bu ümidsizlik onların ruhunu sındıra bilmir.
K
redaktə- Kim ki, həyatı sevmirsə, deməli o bu həyata layiq deyil. Həyatın sevinclərini dəyərləndirməyən və asanlıqla onlardan ayrılan, ya onları dəyərləndirməyi bacarmır, ya da onun qəlbi o qədər qaradır ki, o, həyatda yalnız pis şeyləri görür.
- Kitab yazan insanlara hörmət və izzət!
Q
redaktə- Qısqanc adaxlılardan laqeyd ərlər çıxır.
M
redaktə- Mən hələ hansı yolla olacağını bilmirəm, amma bilirəm ki, sevgim bütün maneələrin öhdəsindən gələcək. O, mənə sarsılmaz qüvvət, cəsarət və qətiyyət verəcəkdir. Mən bütün maneələri dağıdacaq, rəqiblərimi dilə tutacaq və ya darmadağın edəcəm, mənimlə sevgimin arasında duran hər şeyi yox edəcəm!
- Mən sizə yox, sizin sənətinizə heyranam.
O
redaktə- O, sənin uğrunda ölməyə hazırdır, hələ üstəlik, səninlə evlənmək istəyir.
- Onun necə də qayğısız görünüşü var! Bu qadın aşiq deyil!
S
redaktə- Sevən ürəklər yanmalıdır və bir-birinə çox yaxın döyünməlidir.
- Sevgi qürurlu ürəkləri ram edir, təkəbbürlüyə iltifatlı olmağı öyrədir, amma onun əsas xüsusiyyəti hər şeyi yüksəltmək və nəcibləşdirməkdir. O, şahzadəni rəiyyətə çevirmir, amma rəiyyəti şahzadə edə bilir.
- Sevgi maneələrə gülür.
- Sevgi mənə öz xüsusi dilini öyrətdi. Sevimli olduğumu başa düşmək üçün heç bir vasitəçiyə, sözə ehtiyac duymadım.
- Sevginin təsiri altında yalnız qorxaq, ağciyər ürəklər cəsarətli olmurlar. Sevimli bir qızın təbəssümündən ilham alan bir qorxaq belə cəsarət möcüzələri göstərə bilər.
Ş
redaktə- Şöhrətpərəstlik hər hansı bir millətə xas olan əlamət deyil, o, hər yerdə var.
T
redaktə- Təbiət kədərin fasiləsiz davam etməsinə imkan verməsə də, bəzən insan öz qayğılarından özü azad olmalıdır.
- Təhqir edilmiş mənlik! O, sevgi kimi qüdrətlidir və sevgi əzabları kimi də güclü yara vurur.
- Tərbiyə, vərdişlər, adətlər, bütün həyat tərzi kimi insanı saxlayan buxovlardan azad olmaq üçün güclü ruha malik olmaq lazımdır.
Ü
redaktə- Ürək sevgi ilə dolu olanda, bu sevgi ilə bağlı hər boş şey mühüm və əhəmiyyətli görünür və yaddaş başqa vaxtlarda unutduğu fikir və hadisələri özündə saxlayır.
Y
redaktə- Yalnız ulduzlar öz sirlərinin lal şahidi idilər.
Z
redaktə- Zaman və ayrılıq sevgini məhv edir. O, yalnız xatirələrlə yaşamır. İnsanın dönüklüyü onun ideala heyran olaraq, adətən, real və həqiqi şeylərə üstünlük verməsinə də təsir edir. Dünyada gözəl qadınlar azdır və elə bir qadın yoxdur ki, o hamıdan gözəl olsun. Eyni zamanda, hamıdan gözəl olan kişi də yoxdur. Ancaq, eyni dərəcədə iki gözəl rəsmdən hal-hazırda baxdığınız rəsm daha yaxşıdır. Ona görə də aşiq olanların ayrılıq haqqında qorxaraq düşünmələri təsadüfi deyil.