- Arvadı gözəl olan adam xoşbəxt olar. Gözəl olmayan isə filosof... Sokrat
- Bəsit qadın; gözəl olmağı ağıllı olmaqdan üstün tutur. Çünki bəsit kişidə zəkanı anlayacaq baş yox, gözəlliyi görəcək göz var. Anton Çexov
- Çiçəyi elə gözəl, elə incə edən onun torpaqdan çıxanda çəkdiyi əzabdır. Könül Bünyadzadə
- Mühüm olan ruhdur. Gözəl bir çöhrədə gözəl bir ruh yoxdursa, nə fayda. Evripid
- Yaradanın əlindən çıxan nə varsa gözəldir. Hər şey insanın əlində pozulur. Jan Jak Russo
- Yer üzündə hər şey gözəl olsaydı, onda gözəl heç nə olmazdı. Deni Didro