Mişel Pol Fuko (fr. Michel Foucault, 15 oktyabr 1926, Puatye — 25 iyun 1984, Paris) — fransız filosof, mədəniyyət nəzəriyyəçisi və tarixçi.

Mişel Fuko
Doğum tarixi 15 oktyabr 1926
Doğum yeri Puatye
Vəfat tarixi 25 iyun 1984
Vəfat yeri XIII arondisman, Paris
Dəfn yeri Q110358956
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıl üzərində çalışacaq qədər dəlilik etmişdim, dəliliyi araşdıracaq qədər də ağıllı idim.
  • Ayrılığın ən incidici cəhəti, onun ucbatından itirdiyin insanlara yenidən möhtac olmağındır.
  • Bədəninizə diqqət etməyiniz, mənliyinizə də diqqət göstərməyiniz anlamına gəlmir. Mənlik, geyim-keçim, vasitələr ya da mülk deyil.
  • Bir yerdə hər kəs bir-birinə bənzəyirsə, orada heç kim yoxdur demək.
  • Biz, ironik olaraq yaradıcılığımızı məhdudlaşdırıb həbs edən biçimlər yaradan varlıqlarıq.
  • Dışarıda buraxılmaqla içəridə qapadılmaq eyni şeydir.
  • Dövrümüzün problemi artıq nə olduğumuzu kəşf etmək deyil, olduğumuz şeyi rədd etməkdir.
  • Dünya hər kəsi pəncəsinə alan qəzəb içində yox olub getməkdədir. Zəfər nə Tanrıya, nə Şeytana aiddir. Zəfər Dəliliyindir.
  • Dünya, idarəediciləri psixoloqlar və xalqı da xəstələr olan böyük bir dəlixanadır.
  • Etdiyimiz, bir-birimizi şərh etməkdən, izah etməkdən başqa bir şey deyil.
  • Ərdəm özümüzə qarşı hiss etdiyimiz məsuliyyətlərdir, topluma deyil.
  • Əvvəl-axır insan üçün yeganə gerçək vətən, insanın ayağını basa biləcəyi yeganə torpaq, başını soxa biləcəyi, sığına biləcəyi tək ev uşaqlığından etibarən öyrəndiyi doğma dilidir.
  • Həbsxanaların fabriklərə, məktəblərə, kazarmalara, xəstəxanalara və bütün bunların da həbsxanalara bənzəməsi təəccüblü deyilmi?.
  • Xalq nəzdində qəbul edilən əxlaqsız natiqlər sadəcə insanların eşitmək istədiyi sözləri söyləyərlər.
  • Xoşbəxtlik, insanın həyatda baş qatmağı nə dərəcədə gözəl bacarmasıyla düz mütənasibdir. Əgər özünüzü xoşbəxt hiss edirsizsə, demək baş qatmağı gözəlcə bacarırsız.
  • İqtidar hər yerdədir. Dirəniş də.
  • İqtidar hər yerdədir. Həbsxanada, xəstəxanada, məktəbdə, bilgidə, elmdə. Hər yerdədir iqtidar.
  • İnsan özünə qarşı kordur.
  • Kim olduğumu bilməyin gərəkli olduğunu düşünmürəm. Həyatın və çalışmağın təməl istiqaməti, başlanğıcdakı tipimizdən fərqli başqa bir tipə çevrilməkdir.
  • Kim olduğumu soruşma və məndən həmişə eyni cür qalacağımı gözləmə… Sənədlərimizin düzgün olub-olmadığıyla isə qoy bürokratlarımız və polislərimiz maraqlansın.
  • Qanunun gücü, hökmdarın gücüdür.
  • Müasir tarix sənədi abidəyə çevirən mexanizmdir.
  • Nə gördüyümüzü söyləməyimiz əslində boşunadır, çünki gördüklərimiz söylədiklərimizin içinə heç zaman yerləşmir.
  • Platon, aşiqin eşq obyektinə qarşı kor olduğunu söyləyir. Onda, əgər hər kəs ən çox özünü sevirsə, deməli, insan özünə nəzərən kor kimi davranır.
  • Ruh bədənin həbsxanasıdır.
  • Sənə özün barədə dürüst sözlər söyləyən yaxşı bir həqiqət hekayətçisi, sənə nifrət etmədiyi kimi, səni sevmir də.
  • Sosial təcrübələr elə bilik sahələri yaratmağa qadirdir ki, onlar nəinki tədqiqatın yeni subyektlərinin, yeni konsepsiyaların və yeni texnikaların yaranmasına kömək edir, həm də subyektin və xüsusən də bilik predmetinin tamamilə yeni formalarını yaradır.
  • Söylədiklərinin sadəcə doğru olmasına deyil, söhbət etdiyin insanın bu gerçəklərə qatlaşa biləcək insan olub olmadığına da diqqət et.
  • Söz, iqtidarı yaradır və hərəkətə keçirir, onu gücləndirir ancaq eyni zamanda da yorur, zəiflədir və silinməsinə imkan yaradır.
  • Strateji rəqib faşizmdir… hamımızın içindəki, beynimizdəki və gündəlik davranışımızdakı faşizm, bizi hakimiyyəti sevməyə, bizə hakim olan və bizi istismar edən şeyi arzulamağa vadar edən faşizmdir.
  • Yoxsullara, milləti yoxsullaşdırmadan yardım etməyin tək yolu onları çalışdırmaqdır.

İstinadlar

redaktə