Mişel Uelbek — fransız yazıçı və şair.

Mişel Uelbek
Doğum tarixi 26 fevral 1958
Doğum yeri Sen-Pyer
Şəxsi veb-saytı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Həqiqətə yaxınlaşdıqca, sizin tənhalığınız daha da bütövləşəcək, tamamlanacaq. Əzəmətli, amma boş bir qəsr, addım səsləriniz, əks-səda verən boş otaqlarda dolanırsınız. Hava təmiz və donuqdur, sanki hər şey daşlaşıb. Hərdən gözləriniz dolur, sizi ağlamaq tutur. Geri dönmək istəyirsiniz, amma qəlbinizin dərinliyində bilirsiniz ki, artıq çox gecdir, geriyə yol yoxdur. Qorxmayın, davam edin. Ən çətini arxada qalıb. Əlbəttə, hələ həyat sizi incidəcək, amma onunla sizi indi çox az şey bağlayır. Unutmayın ki, siz artıq ölmüsünüz. İndi siz əbədiyyətlə təkbətək qalmısınız.
  • Hər şeyi xalqlar arasındakı münasibətlər yox, fərdlər arasındakı münasibətlər həll edir.
  • Şair müqəddəs parazit olub qədim misirlilərdə pul və ya daş üzərində qazılmış və ya gildən düzəldilmiş müqəddəs böcək şəklinə bənzəyir. O, əxlaqsızlığa düçar olmuş varlı və zəngin cəmiyyətin bədənində nicat tapa bilər. Amma onun eyni zamanda güclü və tərki-dünya cəmiyyətin ürəyində də yeri vardır.[1]
  • Yaşadığınız cəmiyyətin məqsədi sizi məhv etməkdir. Siz cəmiyyətlə döyüşməyə hazırsınız. Onun silahı biganəliksə, siz biganə qala bilməzsiniz. Deməli, hücuma keçin!
  • Yaşadığımız dünyanı və həqiqəti eyni zamanda sevmək mümkün deyil. Siz artıq öz seçiminizi etmisiniz. İndi əsas məsələ seçiminizdən geri dönməməkdir.[2]

Mənbə

redaktə

Mişel UELBEK. Sağ qalma: esselər, şeirlər. Bakı,"Mütərcim". 2010 — tərc.: Adil Mirseyid

İstinadlar

redaktə
  1. Mişel UELBEK. Sağ qalma: esselər, şeirlər. Bakı,"Mütərcim". 2010
  2. Mişel UELBEK. Sağ qalma: esselər, şeirlər. Bakı,"Mütərcim". 2010