Misir atalar sözləri



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Ağıl gücdən qat-qat üstündür.
  • Anbardakı zənginlikdənsə, Tanrının əlindəki kasıblıq daha yaxşıdır.

Ç redaktə

  • Çox içmə, çünki ola bilər ki, orqanlarından biri sıradan çıxar, sənə heç kim kömək əlini uzatmaz. Yoldaşların "Bu sərxoşdan uzaqlaşın!" deyərlər.

D redaktə

  • Daimi narahatlıq içindəki zənginlikdənsə, ürək dincliyi ilə əldə edilən çörək daha yaxşıdır.
  • Dostlar, insanı bəzəyən xəzinələrdir.

E redaktə

  • Eşqin yumruğu üzüm kimi şirindir.
  • Evini şüşədən etdinsə, əsla başqalarına daş atma.

Ə redaktə

  • Ədalətli ol, zənginlərin mənfəəti üçün kasıbların haqqını yemə və onları yaxşı geyinmiş olmadıqları üçün geri göndərmə.
  • Əgər başqasının evinə girsən, orada səhv olan şeylərə gözlərini tikmə. Əgər gözlərin onları görsə, susmasını bil. Çöldə kimsəyə bəhs etmə, səni eşidənlər səhv bir cinayət işləyə bilərlər.

G redaktə

  • Gözəl bir şey heç vaxt mükəmməl olmur.
  • Gücün faydasız olduğu yerdə ağıl kömək edər.

H redaktə

  • Heç bir sərhədi dəyişdirmə.
  • Hər bığın bir qayçısı vardır.
  • Həyatını o surətlə idarə etməlisən ki, ölülər diyarında Tanrının önündə bəxtiyar ola biləsin.
  • Hörmətli ol. Səndən yaşlı və ya üstün biri içəri girdiyi zaman ayağa qalx. Lakin hər şeydən əvvəl ailənə hörmət göstər. Ana və atanın əlinə su tök. Anana bol çörək ver və onu səni daşıdığı kimi daşı. O sənin böyük yükünü qaldırmışdı və səni üç il əmizdirmişdir. O, səni oxumaq üçün məktəbə aparmış və sənə evdən çörək və pivə gətirmişdir.

İ redaktə

  • İnsanoğlu yediklərinin dörddə biri ilə yaşaya bilir. Qalan dörddə üçü ilə də həkimləri dolandırır.

Q redaktə

  • Qələmini başqalarına pislik etmək üçün əsla istifadə etmə.

M redaktə

  • Mən xanım, sən xanım, daşdakı yığılmış çirkli suyu tökən kim?

P redaktə

  • Palçıq və daşdır insan. Tanrı tərəfindən yaradılan, amma fərqində deyil, Tanrının ovucları arasına buraxdığı taleyinin..

S redaktə

  • Sevginin şilləsi üzüm kimi şirindir.
  • Sirlərini aşkar etməkdən çəkin. Üstün komandirlərinə hirs ilə cavab vermə. O, sənə acı söylədiyi zaman, sən ona gözəlliklə cavab ver və onu sakitləşdir. Onun hirsi keçincə, sənə yenidən dönəcək.

Ş redaktə

  • Şəkillər, gerçəyə soyuq təriflərdən daha yaxındır.

U redaktə

  • Uşağın qulaqları belindədir, ancaq döyüldüyü zaman qulaq asır.

Ü redaktə

  • Ürəyini hər hansı bir kimsəyə doğru yönəltmə. Səhv bir söz dodaqlarından çıxınca başqası bunu təkrarladığı zaman sən düşmən qazanarsan. Bir insan, dili ilə məhv olar. İnsan bədəni, hər cür cavabların bir anbarıdır; bunların içindən yaxşısını seç və söylə, pisini isə öz bədənində saxla.

İstinadlar redaktə