Mixail Bulqakov
Mixail Bulqakov - rus yazıçı.

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B redaktə
- Bəli, insan ölümlüdür. Lakin ən pisi odur ki, o bəzən qəfildən, ölümə fokuslanmadan ölür.
- Bəzən insanı məhv etməyin ən yaxşı yolu onun öz taleyini seçməsinə icazə verməkdir.
- Birdəfəlik anlayın ki, söz həqiqəti gizləsə də, göz açıb deyəcək.
- Biz səninlə ayrı-ayrı dillərdə danışsaq da, bu danışdığımız şeyləri dəyişmir.
- Bütün proletarlar arasında hamballar ən alçaq irqdir, ən aşağı kateqoriyadır: həqiqi insan tullantılarıdır.
D redaktə
- Dil həqiqəti gizlədə bilər, amma gözlər - heç vaxt!
- — Dostoyevski öldü.
— Etiraz edirəm! Dostoyevski ölümsüzdür!
- Dram odur ki, sevmədiyim biri ilə yaşayıram, amma onun həyatını korlamağı ləyaqətsizlik hesab edirəm.
- Dünyada dəyişdirilməsi mümkün olmayan şey – faktdır.
- Dünyada iki güc mövcuddur: dollar və ədəbiyyat.
Ə redaktə
- Əlyazmalar yanmır.
- ... Ən dəhşətli qəzəb, acizlik qəzəbi.
H redaktə
- Heç yerə tələsməyən uğur qazanar.
- Heç vaxt heç nə xahiş etməyin. Heç vaxt və heç nə! Xüsusən də sizdən güclü olanlardan. Özləri təklif edəcək və özləri hər şeyi verəcəklər.
- Həqiqət yalnız əzablarla gəlir. Bu həqiqətdir, narahat olmayın. Amma həqiqəti bildiyinə görə sənə nə pul ödəyirlər, nə də pay verirlər. Kədərli olan budur.
- Hər hansı bir yazıçı azadlığın onun üçün lazım olmadığını göstərməyə çalışsaydı, o, suyun onun üçün vacib olmadığını açıq şəkildə əmin edən bir balığa bənzədilərdi.
X redaktə
- Xoşbəxtlik də sağlamlıq kimidir. Göz önündə olanda ona fikir vermirsən.
İ redaktə
- İkinci təravət – bu cəfəngiyatdır. Təravət bir dəfə olur – birinci və sonuncu. Əgər ikinci təravət varsa, o içəridən çürükdür.
- İnsanı atəş altında qovsan, o müdrik bir canavara çevriləcək. İnsanın ağlını çətin anlarında heyvani instinktlər əvəz edir.
- İnsanı geyiminə görə mühakimə etməyin. Siz çox böyük səhv etmiş olarsınız.
K redaktə
- Kim deyir ki, əsl və əbədi sevgi yoxdur. Bu yalana görə onun dilini kəsərlər!
- Kimə yönəlməsindən asılı olmayaraq, heç vaxt cinayət törətməyin, qocalığa təmiz əllərlə gedin.
Q redaktə
- Qəddar insanlar yoxdur dünyada, ancaq xoşbəxt olmayanlar var.
N redaktə
- Nə qədər ki hakimiyyət mədəniyyətə qarşı müxalifətdədir, yazıçı hakimiyyətə qarşı müxalifətdə olacaq.
Ö redaktə
- Özünüz də bilirsiniz ki, sənədsiz insana mövcud olmaq qadağan edilir.
S redaktə
- Sevən insan öz taleyini sevdiyi ilə bölüşməlidir.
- Siyasət ədəbiyyata müxalifətdə olduqca, yazıçı həmişə siyasətə müxalifətdə olacaq.
- Sovet Rusiyasının ucsuz-bucaqsız söz düzənliyində mən yeganə ədəbiyyat canavarı idim. Məsləhət gördülər ki, dərimi rəngləyim. Səfeh məsləhət idi: hətta rənglənmiş, yaxud tükü qırxılmış canavardan da pudel yarada bilməzsən. Məni canavar kimi qəbul etdilər və uzun illər dörd bir tərəfdən çəpərə alınmış ədəbiyyat bağçasında ora-bura qovdular. Heç kimə qarşı kinim yoxdur, amma çox yorulmuşam.
U redaktə
- Unutmayın, dil həqiqəti gizlədə bilər, amma gözlər heç vaxt.
Y redaktə
- Yalnız heç yerə tələsməyənlər hər yerə çatır.