Molla Nəsrəddin (jurnal)

Azərbaycan satira jurnalı

"Molla Nəsrəddin" jurnalı — Azərbaycan dilində satirik-yumoristik jurnal.[1][2][3]

Molla Nəsrəddin

"Molla Nəsrəddin"in birinci sayı 1906-ci il aprel ayının 7-də Tiflisdə (köhnə təqvimlə 20-də) işıq üzü görüb. 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340 nömrəsi Tiflisdə, 8 nömrəsi Təbrizdə, 400 nömrəsi Bakıda) çıxıb.[2][3]

Haqqında sitatlar

redaktə
  • Milli müstəqillik və azadlıq uğrunda mübarizə mollanəsrəddinçilik təliminin baş xəttini təşkil edir.[4]
    • İsa Həbibbəyli — Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru.
  • "Molla Nəsrəddin" jurnalı Azərbaycan xalqının milli oyanışına bir ordu qədər xidmət etmişdir”.[5]
    • İsa Həbibbəyli — Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru.
  • "Molla Nəsrəddin" jurnalı - Azərbaycan milli mətbuatının şah əsəri, millətimizin və milli dövlətimizin dərin mənalı istiqlal kitabıdır.[6]
    • İsa Həbibbəyli — Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru.
  • Mollanəsrəddinçilik - gerilik, nadanlıq və fanatizmin karikaturasıdır.[7]
    • İsa Həbibbəyli — Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru.
  • Mollanəsrəddinçilik - xalqın milli-mənəvi özünüdərkinin, millətin siyasi oyanışı və ayıqlığının hərəkətverici qüvvəsidir. [8]
    • İsa Həbibbəyli — Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru.
  • Mollanəsrəddinçilik - ictimai satira vasitəsilə mövcud cəmiyyəti dəyişmək, yeniləşdirmək, məmləkəti irəli aparmaq deməkdir.[9]
    • İsa Həbibbəyli — Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru.

İstinadlar

redaktə