İsa Həbibbəyli
İsa Əkbər oğlu Həbibbəyli — Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü - akademik.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A redaktə
- "Azərbaycan xalqı dünyanın ən dəhşətli soyqırımına məruz qalmış xalqlarından biridir"[1]
E redaktə
- "Elmi potensialı və ənənələri güclü olan ölkələr dünyanın qüdrətli dövlətləri sırasına çıxa bilmişlər"[2]
Ə redaktə
- "Ədəbiyyatşünaslıq, ədəbiyyat nəzəriyyəsi bu gün ədəbiyyat aləminə açılan qapılardır. Bunlarsız nə ədəbi proseslərin istiqamətlərini müəyyənləşdirmək olar, nə də bu sahəyə ümumən ayaq basmaq olar"[3]
H redaktə
- Hazırkı şəraitdə nəciblik fəlsəfəsini şərtləndirən, daxili saflıq, müdriklik, əxlaqi kamillik və bütövlük kimi mənəvi dəyərlərə çağırmaq ciddi yazıçılıq və vətəndaşlıq işidir.[4]
X redaktə
- “XVII əsr Azərbaycan ədəbiyyatı Məhəmməd Füzuli ilə Molla Pənah Vaqif arasında mühüm bir körpü funksiyasını yerinə yetirmişdir”[5]
M redaktə
- "Molla Nəsrəddin" jurnalı Azərbaycan xalqının milli oyanışına bir ordu qədər xidmət etmişdir”.[6]
- "Molla Nəsrəddin" jurnalı - Azərbaycan milli mətbuatının şah əsəri, millətimizin və milli dövlətimizin dərin mənalı istiqlal kitabıdır.[7]
- Mollanəsrəddinçilik - ictimai satira vasitəsilə mövcud cəmiyyəti dəyişmək, yeniləşdirmək, məmləkəti irəli aparmaq deməkdir.[8]
- Mollanəsrəddinçilik - xalqın milli-mənəvi özünüdərkinin, millətin siyasi oyanışı və ayıqlığının hərəkətverici qüvvəsidir. [9]
- Milli müstəqillik və azadlıq uğrunda mübarizə mollanəsrəddinçilik təliminin baş xəttini təşkil edir.[10]
- Mollanəsrəddinçilik - gerilik, nadanlıq və fanatizmin karikaturasıdır.[11]
T redaktə
- "Tarixin çox maraqlı və qəribə həqiqətləri var. Onlarla nümunə göstərir ki, istedadın ilk cücərtiləri lap kiçik yaşlardan özünü büruzə verir, ilk istedad görüntüləri sonradan inkişaf edir, böyüyür."[12]
V redaktə
- Vətənçilik, milli müstəqillik və dirçəliş, tarixi ərazilərin bərpa edilməsi, ana dili, milli-demokratik cəmiyyət quruculuğu kimi məsələlər Cəlil Məmmədquluzadənin azərbaycançılıq prinsiplərinin əsasını təşkil edir. [13]
İstinadlar redaktə
- ↑ Ermənilər əsrlər boyu xalqımıza qarşı soyqırımı həyata keçirib. "Azad Azərbaycan" qəzeti, 2016, 9 aprel, s.5
- ↑ İsa Həbibbəyli: Elm siyasətinin reallıqları və imkanları
- ↑ Nəbiyev A. İsa Həbibbəyli – 60 Zirvəyə aparan yollarda. "Ədəbiyyat" qəzeti, 2010, 4 iyun, s.4
- ↑ Hüseyn İbrahimov – 90 Şəxsiyyətin və sənətin vəhdəti. "Ədəbiyyat" qəzeti, 2009, 12 iyun, s.3
- ↑ Erkən realizm dövrü – İsa Həbibbəyli
- ↑ İsa Həbibbəyli. Cəlil Məmmədquluzadə. Bakı: Çinar çap, 2002, s. 41
- ↑ İsa Həbibbəyli. Cəlil Məmmədquluzadə. Bakı: Çinar çap, 2002, s. 38-39
- ↑ Mollanəsrəddinçilik təlimi və müasirlik. "Azərbaycan", 2009, 7 aprel, s.6
- ↑ Mollanəsrəddinçilik təlimi və müasirlik. "Azərbaycan", 2009, 7 aprel, s.6
- ↑ Mollanəsrəddinçilik təlimi və müasirlik. "Azərbaycan", 2009, 7 aprel, s.6
- ↑ Mollanəsrəddinçilik təlimi və müasirlik. "Azərbaycan", 2009, 7 aprel, s.6
- ↑ Nəbiyev A. İsa Həbibbəyli – 60 Zirvəyə aparan yollarda. "Ədəbiyyat" qəzeti, 2010, 4 iyun, s.4
- ↑ İsa Həbibbəyli. Cəlil Məmmədquluzadə. Bakı: Çinar çap, 2002, s. 38-39