Molyer Yan Batist (1622–1673) — fransız yazıçısı və dramaturqu.

Molyer
Doğum tarixi 15 yanvar 1622
Doğum yeri Paris
Vəfat tarixi 17 fevral 1673
Vəfat yeri Paris
Dəfn yeri Per-Laşez qəbiristanlığı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bilikli bir axmaq cahil bir axmaqdan daha da axmaqdır.
  • Bir insan yaşamaq üçün yeməli, yemək üçün yaşamamalıdır.
  • Cəmiyyət əxlaqlı olsa, qanunları daha asan tətbiq etmək olar.
  • Çətinliklər müvəffəqiyyətin dəyərini artıran bəzəklərdir.
  • Heç bir qəlb zorla əldə edilə bilməz.
  • Hər şeydə olduğu kimi, ailə həyatında da daxili rahatlıq zənginlikdən üstündür.
  • Həyatımız ağıla gəlməyən bir sözdən, bir baxışdan və ya hadisədən asılı ola bilər.
  • İkiüzlülük dəbdə olan qüsurdur, dəbdə olan bütün qüsurlar isə ləyaqət kimi qələmə verilir.
  • İnsanları aldatmaq onları güldürməkdən çox asandır.
  • Qısqanc adamlar bağışlayır, paxıllar isə yox.
  • Oxumuş nadan oxumamış nadandan da nadandır..[1]
  • Paxıl ölər, paxıllıq heç vaxt ölməz.
  • Sevdiyin və hörmət etdiyin adama heç vaxt yaltaqlanma.
  • Sevməyin nə olduğunu bilməyən insan, hesab et ki, heç yaşamayıb.
  • Yalnız ölüm insanın həyatını taleyə çevirə bilər.

İstinadlar

redaktə
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.334