Cəmiyyət

daimi əlaqələr ilə bir-birinə bağlı olan insan birliyi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


ARedaktə

  • Ağıllı insan təkcə özü üçün deyil, cəmiyyət üçün də çalışır. Samuel Smayls
  • Ailə həyata dolğunluq gətirir, xoşbəxtlik gətirir. Lakin hər bir ailə, xüsusən cəmiyyət həyatına hər şeydən əvvəl dövlət əhəmiyyətli böyük iş kimi daxil olmuşdur. Anton Makarenko
  • Avropa tərəqqidən danışır, çünki o, bir neçə elmi kəşfin köməyi ilə rahatlığı sivilizasiya ilə səhv salan bir cəmiyyət qurdu. Benjamin Dizraeli
  • Azərbaycanda İslam adı ilə radikallıq mövcud ola bilməz. Cəmiyyətin bu məsələyə həssaslığı və radikallığı qəbul etməməsi bunu istisna edir.[1] Aydın Mirzəzadə

BRedaktə

  • Bəli. Sərbəst ölkənin fərdləri arasında həmrəylik əsasdır. Bir azad olmayan yerlərə baxın. Orada fərdlər və ailələr ayrı-ayrı yaşayırlar, aralarında əlaqə və münasibət çox azdır… Burada əsas məsələ ayrılıqdır, eqoizmdir. Vətəndaşlar bir-birinə yaddır; hər kəs başqasına laqeyddir. Belə bir cəmiyyətin fərdlərini əzmək asan olduğu kimi, cəmiyyət özü də cansız, qansız əsgi parçası kimi atılıb tutulur, oyuncağa çevrilir.[2] Əhməd bəy Ağaoğlu
  • Bəşər övladı yaranışdan əxlaqlıdır, onun əxlaqını cəmiyyət pozur. Teodor Fontane
  • Bir cəmiyyətə hər şeydən əvvəl elm və əxlaqı öyrətmək lazımdır. Epiktet
  • Bir cəmiyyətin mədəniyyət, incəsənət və fəlsəfəsini öyrənmək üçün o cəmiyyətin kitablarını oxuyub öyrənməliyik. Samuel Smayls
  • Bir cəmiyyətin millət ola bilməsi üçün mütləq müəllimlərə ciddi ehtiyacı var: onlar cəmiyyəti həqiqi bir millət halına gətirirlər. Mustafa Kamal Atatürk
  • Bir cəmiyyətin musiqisi pozulubsa, o cəmiyyətdə bir çox şeylər pozulmuşdur. Konfutsi
  • Bir tam halında fəaliyyət göstərə bilməyən ictimai sistemin ayrı-ayrı daxili qurumları nə qədər cəhd göstərsə də, cəmiyyətin inersiyasından xilas ola bilmir. Tur Xander
  • Bizim cəmiyyət - xroniki bədbəxt olan insanlardan ibarətdir. Onlar tənhalıqdan, qorxulardan əzab çəkir, özlərini asılı və alçaldılmış hiss edir, dağıdıcılığa meyllidir, qazandığı zamanı "öldürə bildiyi üçün" məmnunluq duyur. Erix Fromm
  • Bizim doğulduğumuz cəmiyyət eqoizm üzərində qurulub. Biz tənhalıq cəmiyyətində yaşayırıq. Frederik Beqbeder
  • Bizim milli dəyərlərimizin kökünü qazıblar,dağıdıblar. Biz milli şüura dayanaraq onları öz kökünə qaytarmalı, o kökün üstündə də demokratik cəmiyyət uğrunda mübarizə aparmalıyıq. Özü də, bunu eyni zamanda etməliyik − milli yolu gedə-gedə, milli müqəddəratı həll edə-edə demokratik dəyərlərə də sayğı göstərməliyik. Əbülfəz Elçibəy
  • Bu sabit cəmiyyət cəfəngiyyatı nədir? Siz zarafat edirsiniz. Təbiət sabit deyil. Həyat stabil deyil. Sabitlik təbii deyil. Sırf sabit cəmiyyət polis dövlətidir. Cəmiyyət ya azaddır, ya da sabitdir. İkisi eyni anda ola bilməz. Seçimini et. Şəxsən mən həmişə sərbəst, üzvi cəmiyyəti sərt, süni cəmiyyətdən üstün tuturam. Əgər insanlar qorxu və ölümdən qaçmaq üçün səmavi əsadan istifadə edəcək qədər zəifdirlərsə, bəlkə də onlara lazım olan şey qorxu və ölümdür. Dəli olub küçəyə çıxmaqdan, bir-birini soymaqdan, dinlə öldürməkdən çəkinəcək qədər əxlaqsızdırlarsa, cəhənnəm olsunlar. Qoy dəli olsunlar; bəlkə də haqq etdikləri cinayət və dəlilikdir. Tom Robbins
  • Bütün üzvləri eyni cür düşünən cəmiyyət inkişaf edə bilməz. Tur Xander

CRedaktə

  • Cəmiyyət anlayışı yoxdur. Var – kişilər, qadınlar və ailələr. Marqaret Tetçer
  • Cəmiyyət əxlaqi başlanğıclarla yaranır. Fyodor Dostoyevski
  • Cəmiyyət əxlaqlı olsa, qanunları daha asan tətbiq etmək olar. Molyer
  • Cəmiyyətin ən yüksək və müqəddəs marağı onun hər bir üzvünün, eyni zamanda öz rifahıdır. Vissarion Belinski
  • Cəmiyyət fərdi insan deyil. İnsanı təhqir etmək olar, ona böhtan atmaq olar, amma cəmiyyət təhqirdən və böhtandan uzaqdır. Vissarion Belinski
  • Cəmiyyət iki qrup insanları sevmir: Ona qarşı çıxanları və Onu müdafiə edənləri. Viktor Hüqo
  • Cəmiyyət insanlara düzgün təhsil-tərbiyə vermədiyindən onların çoxu həyatda öz yerini tapa bilmədiyindən məhv olurlar. Deni Didro
  • Cəmiyyət insanlardan ibarətdir. Cəmiyyətdən kənarda insan olmaz. Yohann Volfqanq Göte
  • Cəmiyyət kimi ədəbiyyatın da öz pleybeyləri, qaragüruhları var. Qaragüruhlar isə hər yerdə həm cahil, həm həyasız, həm də utanmaz olurlar. Vissarion Belinski
  • Cəmiyyət qadınları savadsız olduğu müddətcə uğur qazana bilməz. Xalid Hüseyni
  • Cəmiyyət məntiqin universallığı sayəsində mümkün olmuşdur. Tur Xander
  • Cəmiyyət üçün üsyan, təbiət üçün ildırımdan daha az faydalı deyil. Bu, hökumətin sağlamlığı üçün lazım olan dərmandır. Tomas Cefferson
  • Cəmiyyət üzərində sözlər yox, yalnız ideyalar hökmranlığa malikdir. Vissarion Belinski
  • Cəmiyyət yazıq insanlardan qaçdığı halda, mən zavallılığın qaynağı olan ümidsizlikdən qaçıram. Şarl Lui Monteskyö
  • Cəmiyyətdə ən birinci qanun qanuna hörmət qanunu olmalıdır. Jan Jak Russo
  • Cəmiyyətdə yaxşılıq və pislik fərdlərlə ortaya çıxır. Cəmiyyəti tənqid etmək yox, çatışmazlıqlarını aradan qaldırmaq üçün çalışmaq lazımdır. Viktor Hüqo
  • Cəmiyyətdən uzaqlaşma ictimai həqiqət üçün lazımdır. Fyodor Dostoyevski
  • Cəmiyyətə xidmət vətəndaşların əsas işi olmadıqda və onlar özləri ilə deyil, pul kisələri ilə xidmət etməyə üstünlük verdikdə, dövlət artıq məhv olmağa yaxındır. Jan Jak Russo
  • Cəmiyyəti insanlara, insanları isə cəmiyyətə görə öyrənmək lazımdır. Siyasəti və əxlaqı ayrıca öyrənmək istəyən nə siyasətdə, nə də əxlaqda heç nə başa düşməyəcəkdir. Jan Jak Russo
  • Cəmiyyətin birliyini pozan hər bir şey heç nəyə yaramır. İnsanı özü-özünə qarşı qoyan heç bir quruluşun dəyəri yoxdur. Jan Jak Russo
  • Cəmiyyətin ən yüksək və müqəddəs marağı onun hər bir üzvünün, eyni zamanda öz rifahıdır. Vissarion Belinski
  • Cəmiyyətin xoşbəxtliyi üçün çalışanın özü də xoşbəxt olar. Samuel Smayls
  • Cəsarət bizim irsimizdən yoxa çıxıb. Güman ki, o bizdə heç vaxt olmayıb da. Cəmiyyətin zəhmi, hansı ki, əxlaqın təməlindədir, Allahın zəhmi, hansı ki, dinin sirridir — bu iki şey bizi idarə edir. Və hələ də, inanıram ki, əgər bir insan öz həyatının çərçivələrindən kənara çıxıb onu bütünlüklə, dolu-dolu yaşaya bilsə, hər hissə bir surət, hər fikrə bir təbir, hər arzuya reallıq qata bilər. Mən inanıram ki, dünya elə yeni sevinc impulsları əldə edər ki, biz orta əsrin bütün bəlalarını unudarıq və Antik idealdan da daha yaxşı, daha zəngin bir ideala qayıda bilərik. Ancaq aramızdakı ən cəsur insan belə özü özündən qorxur. İçimizdəki vəhşi insanın dağıdıcı hissi özümüzü təkzib etmədə faciəvi bir yer alır və həyatımızı korlayır. Biz öz imtinalarımızın cəzasını yaşayırıq. Hər impuls hansı ki, haqqında düşünməyi daxilimizdə boğmağa çalışırıq bizi zəhərləyir. Oskar Uayld

ÇRedaktə

  • Çox böyük ləyaqətlər insanı cəmiyyət üçün faydasız edir: bazara qızıl külçəsi ilə getmirlər, bazar üçün kağız pul, ələlxüsus da xırda pul lazımdır. Nikola Şamfor

DRedaktə

  • Dinsiz cəmiyyət kompassız gəmi kimidir. Napoleon Bonapart
  • Dövlət cəmiyyətdən fərqlidir. O nəticədə insanların ağası deyil, nökəridir. Marqaret Tetçer
  • Dünyada istedadlılardan daha ağıllı insanlar var. Cəmiyyət tamamilə istedaddan məhrum olan ağıllı insanlarla doludur. Antuan de Rivarol

ƏRedaktə

  • Əgər bütün insanlar eyni məntiqlə düşünməsəydilər, nə cəmiyyət, nə dövlət, nə də sivilizasiya olardı. Tur Xander
  • Əgər hamının mənafeyinin kəsişdiyi nöqtə olmasaydı, cəmiyyət haqqında danışmağa lüzum olmazdı. Jan Jak Russo

FRedaktə

  • Filosoflar tərəfindən aydınlanmayan hər hansı bir cəmiyyət, şarlatanlar tərəfindən aldadılır. Mari Jan Antuan Kondorse

HRedaktə

  • Heç nəyə inanmamaq insanı xilas eləmir. İnancsız cəmiyyət yoxdur.[3] Elşad Miri
  • Hər bir cəmiyyət bir maşın tipi ilə əlaqələndirilə bilər: suveren cəmiyyətlər üçün sadə və ya dinamik maşınlar, intizam cəmiyyətləri üçün enerji maşınları və kibernetika, nəzarət cəmiyyətləri üçün kompüterlər. Lakin maşınlar heç bir şey izah etmir, əksinə maşınlar bir tərəfli olduğuna görə kollektiv birləşmələri təhlil etməliyik. Jil Delöz
  • Hər bir cəmiyyət hər şeydən əvvəl qarşılıqlı uyğunlaşma və aşağılanmanı tələb edir və buna görə nə qədər böyükdürsə, o qədər də ədəbsizdir. Hər bir insan yalnız tək olduğu müddətdə tamamilə özü ola bilər. Buna görə də, kimsəsizliyi sevməyən azadlığı da sevmir, çünki insan yalnız tək olduqda azad olur. Məcburiyyət hər cəmiyyətin ayrılmaz yoldaşıdır; hər cəmiyyət qurbanlara ehtiyac duyur, bunlar nə qədər çətindirsə, insanın öz şəxsiyyəti o qədər əhəmiyyətlidir. Artur Şopenhauer
  • Hər bir fərdi azad etmədən cəmiyyət özünü azad edə bilməz. Fridrix Engels

XRedaktə

  • Xristianlıq, xüsusən də protestantlıq əmtəə istehsalının üstünlük təşkil etdiyi cəmiyyət üçün uyğun dindir. Fridrix Engels

İRedaktə

  • İlk gündən bu günə qədər tam acgözlük sivilizasiyanın hərəkətverici ruhu idi; sərvət və yenə də var-dövlət və bir daha var-dövlət, cəmiyyətin yox, tək bir sərvətin sərvəti - burada onun yeganə və son məqsədi var idi. Əgər eyni zamanda elmin mütərəqqi inkişafı və ali sənətin dəfələrlə çiçəklənməsi onun qucağına düşürdüsə, bu, yalnız ona görə idi ki, onlar olmadan müasir sərvət öz nailiyyətlərini tam həyata keçirə bilməzdi. Fridrix Engels
  • İndiyə qədər mövcud olan bütün cəmiyyətin tarixi sinfi mübarizələrin tarixidir. Fridrix Engels
  • İnsan ancaq öz təkəbbüründən əl çəkdikdən sonra cəmiyyətlə ayaqlaşa bilər. Konfutsi
  • İnsan sosial bir məhsuldur və cəmiyyət onun itirilməsinin qarşısını almalıdır. Miqel de Unamuno
  • İnsan tək deyil, cəmiyyətdə yaşamaq üçün yaradılmışdır. Təklik ümidsizlik yaradır. Bu yalnız vaxt məsələsidir. Ola bilsin ki, yenicə dənizin dalğalarından xilas olmuş bədbəxt insanı ilk anlar avadanlıqlar, həyat ehtiyaclarını ödəmək kimi fikirlər əsas fikirlərdən yayındıracaq və onun başı real həyata qarışacaq və o, qeyri-müəyyən gələcək barədə düşünməyəcək. Ancaq vaxt gələcək ki, o, özünü insanlardan uzaqda, vətənini, sevdiyi insanları görməyə heç bir ümidi olmayan tənha insan kimi hiss edəcək. Bu halda o nə cür düşünməli, hansı iztirablara məruz qalmalıdır? Onun adası onun üçün bütöv bir dünya, bütün bəşəriyyət isə onun özü olacaq... Və bu tənhalıqda dəhşətli ölüm anı gələndə o özünü dünyanın sonundakı ən axırıncı insan hiss edəcək... Jül Vern
  • İnsanpərvəlik insan cəmiyyətini, insan nəslini həyatını qoruyub saxlamaq üçün zəruridir. Pol Anri Holbax
  • İsrafçılıq etməyin, pulunuzu cəmiyyət üçün faydalı işlərə xərcləyin. [4] Covanni Viko
  • İyerarxik cəmiyyət yalnız yoxsulluq və cəhalət bünövrəsi üzərində yüksələ bilər. Corc Oruell

JRedaktə

  • Jurnalistika cəmiyyət yaşayanda yaşayır və cəmiyyətdəki həyatın kökləri kəsildikdə ölür. Nikolay Mixaylovski

QRedaktə

  • Qərb cəmiyyəti ürək çatışmazlığından, Şərq cəmiyyəti ürək ifratından əziyyət çəkir. Tur Xander

MRedaktə

  • Mən ona görə diqqətimi karyera və pula cəmlədim ki, bizim cəmiyyət pulun əhəmiyyətinin həddindən artıq şişirdilməsinə meyllidir. Onlar dəyərləri pulla ölçməyə adət ediblər. Corc Soros
  • Müasir siyasi cəmiyyət, insanları bədbəxtliyə salma maşınıdır. Alber Kamyu
  • Müəllimlik dünyanın ən nəcib peşələrindən biri, bəlkə də birincisidir. Bağ bağbansız keçinə bilmədiyi kimi, bəşəriyyət də müəllimsiz keçinə bilməz.... Hünərli usta dəmirdən səbr ilə misri qılınc yona bildiyi kimi, yaxşı müəllim də kəctab millətdən xoşbəxt cəmiyyət hazırlayır. Sultan Məcid Qənizadə
  • Mütaliə bir cəmiyyətin gündəlik vərdişinə çevrilsə, həmin cəmiyyət xoşbəxt olar. Sokrat

NRedaktə

  • Necə qəribədir ki, bir cəmiyyət olaraq, ağlı yavaş olana deyil, ayağı yavaş olana; ürəyi kor olana deyil, gözü kor olana yazığımız gəlir. Cübran Xəlil Cübran

ÖRedaktə

  • Ölümcül xəstə cəmiyyət özünə qarşı müharibəyə başlayır. Bu müharibə resursları tükəndirir, həyat qüvvələrini boşaldır. Cəmiyyət özünü yeməyə başlayır. (20-ci əsrin əvvəllərində Rusiya haqqında). Arnold Cozef Toynbi

SRedaktə

  • Sən cəmiyyətə uyuşmaq istəmədiyin halda, cəmiyyət nə üçün sənə uyuşmalıdır. Rocer Şerman
  • Sivil cəmiyyət insanın insana qarşı bəslədiyi düşmənçilik hissləri ucbatından daima dağılma və parçalanma təhdidi altındadır.[5] Ziqmund Freyd
  • Sosialistlər, xarabalıqlar üzərində yeni, rasional bir cəmiyyət qurmaq üçün müasir, ağılsız cəmiyyəti məhv etməyə çalışan inqilabçılardır. Cek London

ŞRedaktə

  • Şərqin idealı – insanın kamilləşməsi, Qərbin idealı – cəmiyyətin təkmilləşdirilməsidir. Əbu Turxan

TRedaktə

  • Təbiət insanlar arasında zəka və mənəviyyatda nəhəng fərq qoyur, cəmiyyət isə rütbə və dərəcə yolu ilə həmişə bu fərqi yox etməyə çalışır. Artur Şopenhauer
  • Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Heydər Əliyev
  • Tək qalmış insan Robinzon kimi zəifdir. O, yalnız cəmiyyət daxilində və başqaları ilə birlikdə çox şey edə bilər. Artur Şopenhauer
  • Tiraniya: qanunların icrasına məsul olan hər kəsi xidmət etdikləri hökumətin qanunlarının gücü ilə itaət halına gətirə, məhv edə, sındıra, təfsir edə, qarşısını ala və dayandıra bilər və ya hətta cəzasız qalmaqla onları xəyal qırıqlığına uğrada bilər. Bilmək olmur ki, bu qanunlar pozucu, yoxsa seçicidir; qəsbkar, yoxsa qanunidir; yaxşı, yoxsa kədərlidir; hər halda, kimin bunu etmək üçün kifayət qədər təsirli bir qüvvəsi varsa, zalımdır; bunu qəbul edən hər bir cəmiyyət zülmdədür; buna dözən hər bir xalq kölədir. Vittorio Alfieri
  • Torpaq sahəsini çəpərləmiş ilk şəxs "bu mənimdir" deyə qışqırıb ona inanan sadəlövh adamları cəmləyə bilmişsə, vətəndaş cəmiyyətinin əsl banisi də odur. Jan Jak Russo

URedaktə

ÜRedaktə

  • Ünsiyyət insanı nəcibləşdirir və ucaldır; insan cəmiyyət arasında istər-istəməz özünü başqa cür - təklikdə olduğundan daha ləyaqətlə aparmağa çalışır. İnsan həmişə təkbaşına qalsaydı çox tez vəhşiləşərdi. Lüdviq Feyerbax

YRedaktə

  • Yaxşı cəmiyyət, fəzilətin mükafatlandırıldığı cəmiyyətdir. Abraham Maslau

İstinadlarRedaktə

  1. http://news.day.az/politics/247929.html
  2. "Sərbəst insanlar ölkəsində" kitabından səhifə 201
  3. “İnsanlar var ki, ona ”Hacı filankəs" desinlər deyə həccə gedir"
  4. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.485.
  5. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015