Muğam
mürəkkəb, ideya, emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrı
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Ç
redaktə- Çox kitablar oxudum, zənn elədim bəxtiyaram,
Mənə çox mətləbi ahəstəcə qandırdı muğam. Bəxtiyar Vahabzadə
M
redaktə- Muğam mənəvi qidadır. — Alim Qasımov
- Muğam bizim üçün milli özünüdərketmə fəlsəfəsinin kökündə bərqərar olmuş mədəni dəyər mənbəyidir. Bütöv musiqimiz bu daimayaşar mənbədən bəhrələnir, qidalanır, şaxələnir, inkişaf edir...[1][2] — Ələddin Allahverdiyev
- Muğam, ozan-aşıq musiqisi bünövrəsində inkişaf edən musiqimiz şərqin ilk opera və baletini, simfonik muğamlarını, caz-muğam sintezini və s. yaratmışdır.[1][2] — Ələddin Allahverdiyev
- Muğam Tanrının yaratdığı varlığın daimi dövranını əks etdirmək üçün Tanrının özünün yaratdığı ilahi səslərlə ifadə olunan, əbədiyyətdən doğub, insan qəlbindən keçib əbədiyyətə doğru gedən sehrli, müəmmalı, möcüzəli hisslər, duyğular axınıdır...[1][2] — Ələddin Allahverdiyev
O
redaktə- O - ürək yanğısı, göz yaşları, bir çəngə bulud,
Oyadıb yaddaşı, vicdanı utandırdı muğam. Bəxtiyar Vahabzadə - Onun hər guşəsi bir xatirə, bir canlı kitab,
Keçilən yolları hərdən bizə andırdı muğam. Bəxtiyar Vahabzadə
S
redaktə- Su çilər kinli ürəklərdə qəzəb tonqalına,
Neçə qəsdin önünü kəsdi, dayandırdı muğam. Bəxtiyar Vahabzadə