- Ağıl dayandıqda düşüncə də dayanır; düşüncə dayandıqda hərəkət də dayanır; hərəkətsizlik də cürüməyə səbəb olur.
- Bildiklərinə əməl etməyən alim başqasını geydirdiyi halda özü çılpaq olan iynə kimidir.
- Bu dünyadakı nemət və ləzzətləri istədiyin qədər sevsən, onlara istədiyin qədər möhkəm bağlansan, ayrılıq əzabın da sevgi qədər böyük olacaq. [1]
- Cahil üçün çox yaşamaq cəhalətdən başqa bir şey qazandırmır.
- Əgər xilas barədə bu gün düşünmürsünüzsə, bəs nə vaxt düşünəcəksiz?. Bu zəncirləri bu gün qırmayacaqsınızsa, nə vaxt qıracaqsınız?
- Əsl hünər bolluq içində səbr etməkdir.
- Qozun qabığını qırıb içini görməyən adam qozu bütünlüklə qabıq zənn edər.
- Mən duama mane ola bilən bir şeyə vərdiş eləmirəm.
- Məzardakıların peşman olduqları şeylər üçün dünyadakılar bir-birlərini qırırlar.
- Şəxsiyyətini qazan, fəzilətlərini tamamla, çünki sən cisminlə deyil, ruhunla insansan.[2]
- ↑ Aforizmlər. Bakı, 2013. səh.19
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014.səh.365