Nəriman Nərimanov

Azərbaycanlı bolşevik inqilabçısı

Nəriman Nərimanov — Azərbaycan bolşevik inqilabçısı, ictimai-siyasi xadimi, yazıçısı, publisisti, həkimi; Azərbaycan SSR-in 1-ci Xalq Xarici İşlər Komissarı; Azərbaycan SSR İnqilab Komitəsinin Sədri; Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1-ci Sədri; ZSFSR İttifaq Sovetinin 1-ci Sədri; SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin ZSFSR-dən 1-ci Sədri.

Nəriman Nərimanov
Nəriman Nərimanov 1913-cü ildə
Nəriman Nərimanov 1913-cü ildə
Nəriman Nərimanov 1913-cü ildə
Tam adı Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov
Doğum tarixi 14 aprel 1870
Doğum yeri Tiflis
Vəfat tarixi 19 mart 1925
Vəfat yeri Moskva
Dəfn yeri Kreml divarı nekropolu
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ana dili! Bir dil ki, mehriban bir vücud öz məhəbbətini sənə bir dildə bəyan edir. Bir dil ki sən hələ beşikdə ikən bir layla şəklində öz ahəng və lətafətini sənə eşitdirib, ruhun ən dərin guşələrində nəqs bağlayıbdır.
  • Bir millət özünü tanımayınca, hüququnu düşünməz. Tanımaq üçün də milli dil, milli məktəb, milli mətbuat, milli ədəbiyyat lazımdır. Bunların da meydana gəlməsi və tərəqqisi bizim üçün hürriyyətə bağlıdır.
  • Bir millət özünü tanımaz isə, özü ilə qeyrisinin fərqini düşünməyə qadir olmaz isə, xüsusi məsləkin dalınca yeriyə də bilməz. Bu yolla yeriş etməz isəümumi müqəddəs məsləknə olmağını da düşünməz.
  • Gərək insan tək özü üçün yaşamasın, təklikdə bədəninizlə əfkarınız, amalınız, mənəviyyatınız da fani olar.
  • Heç bir millət qılınc və tüfəng ilə qabağa getməyibdir. Hansı millət ki, qabağa gedib tərəqqi edibdir ancaq elmin gücünə xoşbəxt olubdur. Amma o millət ki, ümidini qılınca bağlayıb, həmişə zəlalətdə bulunubdur. Hənuz zəlalətdə qalmış millətlərdən biri dəbizim müsəlman millətidir.
  • Hər millət üçün tərəqqi qapısı məktəbdir və hər məktəbin tərəqqi tapmağı milli müəllimlərə bağlıdır.
  • Həqiqi, təmiz məhəbbət müqəddəs bir hissdir. Onu pul ilə almaq, pııla satmaq olmaz, Bu hiss şan-şövkətdən, tac və taxtdan əl çəkdirər. Bıı hiss padşahı gədadan ayırmaz, Həqiqəti təmiz məhəbbət məzhəb, din bilməz və çirkin fıkirlər bəsləməz,.. Məşuqun məbudun vüsalına çatıb sonra ölmək ancaq həqiqi, təmiz məhəbbətin nişanəsidir. Məbud idealdır. Həqiqi, təmiz məhəbbət sahibi məbuduna, məşuquna çatırsa, ideala çatan kimidir.
  • İnsan tərəqqi üçündür, bu gün dünyaya gəlib-gedən, sonradan yeni dünyaya gələnə gərəkdir bir yol göstərsin, tainki yeni dünyaya gələnlər bunları insan görüb daha ziyadə tərəqqi edələr.
  • İnqilabdan ancaq o adam xeyir götürəcəkdir ki, onda səbir olsun, sizə vəsiyyət edirəm.
  • İnsan həmişə şirin şey yesə, haman şirinin ləzzətini bilməz, lakin bir acı dərmandan sonra şərbət içsə, dodaqlarını da dili ilə yalayacaqdır.
  • Qabarlı əldə olan hünər qeyrət — ağ əlcəkli əldə ola bilməz.
  • Qoca Şərqin bir nicat yolu varsa, o da üsul-idarəsinin dəyişilməsindədir.
  • Komediya çıxartmaqdan əsl məqsəd tərbiyədir. Insan çox vaxt öz zindəganlığında özünün və ya qeyri-şəxsin qüsuratını görmür və yainki hiss etmir. Amma komediya çıxardanda bunların hamısını görüb yaxşını yamandan seçir və mümkün olan qədər çalışır ki, yaman sifətləri özündən rədd etsin.
  • Mal, dövlət, şan, şövkət insanın öz nəfsi üçün olsa, onu xoşbəxt etməz.
  • Mən millətimi sevirəm, çünki anamı sevirəm!
  • Mən insanın insan tərəfindən istismarına əleyhinəyəm!
  • Məmləkətin bir oğlu hamı üçün, hamısı bir oğul üçün işləməli və yaşamalı.
  • Mətbuat müəyyən cəmiyyətə ancaq o zaman yaxşı təsir göstərə bilər ki, o müzakirəyə qoyulan və bütün cəmiyyətə aid olan məsələyə tamamilə qərəzsiz yanaşsın və qəzetlərdə irəli sürülən fikirlər cəmiyyətin kütləsi üçün aydın olsun.
  • Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt vətən deyə bilərsiniz ki, onun sahibi olasınız.
  • Siz özünüzü bir millətdən hesab edirsinizsə, özünüzün bir vətəniniz vardırsa, həmin millətin, həmin vətənin dərdi-qəmi sizin dərdiniz, qəminizdir və bir millət və ya vətən sizi öz üzvlərindən hesab edirsə, sizin dərdiniz, qəminiz millət və vətən üçün ümumi dərd və qəm olmalıdır.
  • Tərbiyə də ancaq elmin gücü ilə olur.
  • Tatar millətini bilmək üçün tatarlar arasında yaşamaq gərəkdir, bunlara yavuq gediniz; ruhlarını oxuyub anlayınız, düşününüz, tarixi nəğmələrini eşidiniz; o vaxt tatar nə gözəl bir millət olduğunu hiss edərsiniz!
  • Vətənin qədrini o kimsə bilər ki, vətən ilə onun ruhani rabitəsi olsun, vətənilə bir yerdə ağlasın, bir yerdə gülsün. Ona binaən lazımdır Şərqdə bu şüarı buraxmaq: hər kim xüsusi özü üçün yox, ancaq vətən, məmləkət üçün işləyirsə, onun haqqı var seçsin və seçilsin.
  • Yenə təkrar edirəm:məktəb, məktəb, Bizi ancaq məktəb nadanlıqdan xilas edər.

Mənbə

redaktə
  • Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.

İstinadlar

redaktə