Məktəblərdə ən azı digər dərslər qədər tərbiyə və millilik üzərində dayanılmalıdır ki, vətəni cənnətlərə çevirəcək sağlam ruh və sağlam xarakterli nəsillər yetişə bilsin. (Əbdüllfəttah Şahin)
Mənəvi tərbiyəsini düzgün quran millət həqiqi mənliyə sahib olacaqdır. (“Fyüzat” jurnalından)
Tərbiyə xoşbəxt günlərdə insanın bəzəyi, bədbəxt günlərində siğinacaq yeridir. Demokrit
Tərbiyə – nəfslə, təhsil – biliklə bağlıdır. İnsan yetkinləşdikcə bu iki proses bir-birini tamamlayır. Viktor Hüqo
Tərbiyə – uşaqda yeni imkanların, bacarıqların yaradılması deyil, onda mövcud olan imkanların qidalandırılmasıdır. Cüzeppe Madzini
Tərbiyə vermək yuxudan oyatmaq deməkdir. (Qotlib Teodor Hippel)
Tərbiyəli adam vəzifəcə özündən aşağıdakılarla təkəbbürsüz, özündən yuxarıdakılarla isə hörmətlə və sərbəst danışmağı bacarır. (Filip Dormer Çesterfrild)
Tərbiyənin qayəsi insanlarda olan qabiliyyətləri inkikaf etdirməkdir. Platon