Nelson Mandela
Doğum tarixi 18 iyul 1918
Doğum yeri Mfezo
Vəfat tarixi 5 dekabr 2013
Vəfat yeri Hafton-Esteyt
Dəfn yeri Qunu
Şəxsi veb-saytı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Afrika musiqisinin son dərəcə gözəlliyi ondan ibarətdir ki, ən kədərli mövzuda olsa belə, yenə də şən səslənir. Sən kasıb ola bilərsən, kardon qutudan tikilmiş evdə yaşaya bilərsən, işini itirə bilərsən, lakin musiqi həmişə sənə ümid verəcək.
  • Ağıllı insanlar susduqca, axmaqların sayı artmağa başlayır.
  • Azadlıq üçün göy üzünü satın almanıza ehtiyac yoxdur. Ruhunuzu satmayın yetər.
  • Başqasının azadlığını əlindən alan insan nifrət əsiridir, qərəz və dar düşüncənin barmaqlıqları arxasına kilidlənir. Başqasının azadlığını əlindən alıramsa, mən həqiqətən azad deyiləm, necə ki, azadlığım əlimdən alındıqda azad deyiləm. Məzlum da, zalım da insanlıqdan məhrumdur.
  • Bəlkə də tarix bizim yeni millətimizin təməl daşını burada, Ümid burnunda qoymağı əmr etdi. Çünki məhz burada, bu burunda, üç əsrdən çox əvvəl Afrika, Avropa və Asiya xalqlarının bu sahillərdə taleyüklü birləşməsi başladı.
  • Bir ideal uğruna ölməyə hazıram.
  • Bir çox işlər yalnız görülənə qədər qeyri- mümkün görünür.
  • Biz vaxtdan müdrik istifadə etməliyik. Düzgün işə hər dəqiqə başlamaq olar.
  • Bizi ən çox qorxudan kölgəmiz deyil, işığımızdır.
  • Bizim övladlarımıza və istənilən cəmiyyətin ən zəif vətəndaşlarına borcumuz var- zorakılıq və qorxudan azad gələcək həyat.
  • Bizimki Cənubi Afrika xalqı tərəfindən onların istək və arzularını əks etdirən sərbəst şəkildə qəbul edilmiş konstitusiya axtarışı olmuşdur. Demokratiya uğrunda mübarizə Cənubi Afrikalılar arasında heç vaxt bir irqin, sinfin, dini icmanın və ya cinsin təqib etdiyi bir məsələ olmayıb. Bu günün gəlişini görmək üçün mübarizə aparanların şərəfinə bütün xalqımızın ən yaxşı oğul və qızlarına hörmət edirik. Onların arasında Afrikalıları, Rəngliləri, Ağları, Hindliləri, Müsəlmanları, Xristianları, Hinduları, Yəhudiləri saya bilərik — onların hamısı bu ölkənin xalqı üçün daha yaxşı həyat haqqında ümumi baxışla birləşir.
  • Cəmiyyəti dəyişmək elə də çətin deyil. Ən çətini özünü dəyişməkdir.
  • Dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyiniz ən güclü silah təhsildir.
  • Əgər sizin hər hansı bir arzunuz varsa, onu həyata keçirməyə sizə heç kim maneçilik edə bilməz. Yetər ki əlinizi üzməyəsiniz.
  • Ən dərin qorxumuz qüsurlu olmağımız deyil, ən dərin qorxumuz yalnız güclü olmağımızdır…
  • Əsl liderlər öz xalqlarının azadlığı üçün hər şeyi qurban verməyə hazır olmalıdırlar.
  • Heç kim doğulanda başqasına dərisinin rənginə, irqinə və ya dininə görə nifrət hissi ilə doğulmur. İnsanlar nifrət etməyi sonra öyrənirlər. Əgər onlar nifrət etməyi öyrənə bilirlərsə, onları sevməyi öyrətmək lazımdır, çünki sevgi insanın ürəyinə daha yaxındır.
  • Heç vaxt uduzmadım. Ya qazandım, ya da öyrəndim.
  • Hər birimiz özümüzə sual verməliyik: stabil dünya uğrunda, mənim ölkəm və mənim şəhərimdə firavanlıq uğrunda məndən asılı olan hər şeyi etmişəmmi?
  • Həyatınızı elə yaşayın ki, elə bil heç kim baxmır və özünüzü elə ifadə edin elə bil ki heç kim eşitmir.
  • HİV-i gizlətmək olmaz, çünki bu, digər xəstəliklər kimi bir xəstəlikdir.
  • İncimək və hiddət hissi ilə yaşamaq, özünün zəhər içib düşmənlərinin ölməsini gözləmək kimidir.
  • İnsanla onun başa düşdüyü dildə danışanda onun başı ilə danışırsan. Əgər onun dogma dilində danışırsansa, onun ürəyi ilə danışırsan.
  • Qandi özü heç vaxt zorakılığı tamamilə və qeyd-şərtsiz istisna etmirdi. O, müəyyən situasiyalarda silaha ehtiyac olduğunu etiraf etdi. O dedi: "Qorxaqlıq və zorakılıq arasında seçim qoyulduğunda, mən şiddəti məsləhət görərdim… şərəfsizliyin alçaq şahidi olmaqdansa, namusu müdafiə etmək üçün silahdan istifadə etməyi üstün tuturam…"
  • Mən əslində optimistəm. Bunun təbiətdən və ya tərbiyədən qaynaqlandığını deyə bilmərəm. Optimist olmağın bir hissəsi də insanın başını günəşə tərəf tutması, ayaqlarının irəli getməsidir. İnsanlığa olan inamımın ağır sınaqdan keçirildiyi qaranlıq məqamlar çox olub, amma ümidsizliyə qapılmaq istəməzdim və verə bilməzdim. Bu yol məğlubiyyət və ölüm gətirir.
  • Mən həbsxanada keçirdiyim 27 ilə minnətdaram, çünki bu mənə fikirlərimi cəmləşdirməyə fürsət verdi. Azadlığa çıxandan bəri, mən bu fürsəti itirmişəm.
  • Mən tam dərk etmişəm ki, cəsurluq- qorxunun olmaması deyil, ona qalib gəlməkdir. Cəsur insan qorxusuz deyil, qorxuyla mübarizə aparandır.
  • Mübarizə mənim həyatımdır. Ömrümün sonuna qədər azadlıq uğrunda mübarizəmi davam edəcəyəm.
  • Müstəqil düşüncələri olan dostları sevirəm, çünki onlar problemləri hər tərəfdən görməyə məcbur edirlər.
  • Nəticəsindən asılı olmayaraq, insan üçün ən yüksək nailiyyətlərdən biri vəzifə borcunu yerinə yetirməkdir.
  • Ölüm qaçılmaz bir şeydir. İnsan öz xalqı, ölkəsi qarşısında borc bildiyini yerinə yetirəndə rahat otura bilər. İnanıram ki, bu səyi göstərmişəm və buna görə də əbədi olaraq yatacağam.
  • Parlaq bir baş və parlaq ürək həmişə nəhəng bir birləşmə yaradır. Və ona iti bir dil və ya qələm əlavə etdikdə çox partlayıcı bir şey əldə edirsiniz.
  • Seçimləriniz qorxularınızı deyil, ümidlərinizi əks etdirsin.
  • Təhsil dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyiniz ən güclü silahdır.
  • Təhsil mentalitetləri dəyişdirmək və fərqlilikləri aşmaq üçün güclü silahdır, idman isə ilham mənbəyi, özünü üstələmək, tolerantlıq və gənclərə hörməti öyrətməkdir. Bu iki ünsür daha ədalətli və qardaş cəmiyyətin yaradılmasına töhfə verir.
  • Təhsil şəxsi inkişafın böyük mühərrikidir. Məhz təhsillə fermerin qızı həkim, mədənçi oğlu mədən rəisi və ya fermer oğlu böyük bir xalqın prezidenti ola bilər.
  • Uca bir dağa qalxdığınız zaman qarşınızda hələ qalxmadığınız çoxlu sayda dağlar açılır.
  • Uşaqlarla oynamağı və söhbət etməyi sevirəm… onlara yemək vermək və nağıl danışıb yatızdırmaq…ailədən uzaq olmaq mənim həyatımın acısıdır.. həyat. Mən evdə istirahət emtəyi, sakit oxumağı, dibçəklərdən gələn gözəl ətirləri qoxmağı, ailəmlə bir masada əyləşmək və yoldaşımla uşaqları gəzdirməyi çox sevirəm. Belə sadə şeylərdən zövq ala bilmirsinizsə sizin həyatınız dəyəri əlinizdən alınıb və siz bunu gündəlik işinizdə hiss edirsiniz.
  • Vaxtdan ağıllı istifadə etməli və yadda saxlamalıyıq ki, yaxşı bir işə hər an başlamaq olar.
  • Yalnız azad kişilər danışıqlar apara bilər; məhbuslar müqavilə bağlaya bilməzlər. Sənin azadlığımla mənim azadlığımı ayırmaq olmaz.
  • Yaşamağın ən böyük nailiyyəti heç vaxt yıxılmamaqda deyil, hər dəfə yıxılanda qalxmaqdadır.
  • Yoxsulluq davam etdiyi halda, əsl azadlıq yoxdur… Bəzən böyük olmaq nəslin üzərinə düşür. Siz o nəsil ola bilərsiniz. Böyüklüyünüz çiçəklənsin. Təbii ki, tapşırıq asan olmayacaq. Ancaq bunu etməmək insanlığa qarşı cinayət olardı, buna qarşı bütün bəşəriyyətin indi ayağa qalxmasını xahiş edirəm.
  • Zülmün devrilməsi bəşəriyyət tərəfindən təsdiqlənib və hər bir azad insanın ən yüksək arzusudur.

İstinadlar

redaktə