Azadlıq
Azadlıq - əsasən müxtəlif hallar (proseslər/hadisələr) arasında heç bir təzyiq olmadan fərdi seçim imkanıdır. Ümumi şəkildə qərar qəbul edən subyektin vəziyyətini göstərir.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Azad olacaq şəxs özü özünü azad etməlidi. Azadlıq insanın qucağına düşən sehrli hədiyyə deyil. Azadlıq nədir? Azadlıq birinin özünə qarşı məsuliyyət ixtiyarıdır. Maks Ştirner
- Azadlıq ağacı zaman-zaman vətənpərvərlərin, tiranların qanı ilə suvarılmalıdır. Tomas Cefferson
- Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər təhsilli deyilik; biz ümumi təhsilin böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz təhsil haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. Nadan insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir. Bertran Rassel
- Azadlıq bağışlanmış bir haqq deyil, insan təbiətinin bir parçasıdır, şahlığın şərəfidir. Süleyman Dəmirəl
- Azadlıq dərk olunmuş zərurətdir. [1] Benedikt Spinoza
- Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir. Mahatma Qandi
- Azadlıq, istədiyinizi etmək deyil, istəmədiyinizi etməməkdir. Jan Jak Russo
- Azadlıq mədəniyyətin insana bir hədiyyəsi deyil. Heç mədəniyyət yox ikən insanoğlu çox daha azad idi. Ziqmund Freyd
- Azadlıq, tarixin itməyən tək dəyəridir. Alber Kamyu
- Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. Heydər Əliyev
- Azadlıqdan imtina etmək insani ləyaqətdən imtina etmək deməkdir. Jan Jak Russo
- Azadlığın əsas vəzifəsi insanların qanuna qarşı çıxmasına mane olmaqdır. Şarl Lui Monteskyö
- Azadlığın qiyməti əbədi sayıqlıqdadır. Tomas Cefferson
- Azadlığını təhlükəsizliyinə dəyişən nə təhlükəsizlik, nə də azadlıq alır. Tomas Cefferson
- Azadlıqlar ümumiyyətlə birdən deyil yavaş-yavaş itirilər. Devid Yum
- Azərbaycan müəlliminin bir amalı olmalıdır. Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan, qüdrətli bir ölkəyə çevirməyə qadir, müstəqillik ideyalarına sadiq, özünü vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab verən sağlam əqidəli, milli ruhlu nəsil yetişdirmək. Heydər Əliyev
BRedaktə
- Başqalarının azadlıqlarını tanımayanlar, azadlığa layiq deyil. Avraam Linkoln
- Başqalarının azadlığını əlindən alanların özlərinin azad olmağa haqqı yoxdur. Avraam Linkoln
- Başqasının azadlığını inkar edənin özü azadlığa layiq deyil. Əgər burada istibdad hakimiyyəti hökm sürərsə, mən riyakarlıq qarışığı olmayan, müstəbidliyi təmiz olan, azadlıq sevgisinə etirazı olmayan bir ölkəyə, məsələn Rusiyaya mühacirət etməyi üstün tutardım. Avraam Linkoln
- Bizə heç kim azadlıq verməyib, biz azadlığımızı şəhidlərimizin qanı ilə almışıq. Əbülfəz Elçibəy
- Borc alan, azadlığını satar. Alman atalar sözləri
ƏRedaktə
- Ən çətin əldə olunan azadlıq insanın öz keçmişindən azad olmasıdır. Əbu Turxan
FRedaktə
- Fikir azadlığı olmadan heç bir azadlıq ola bilməz. Volter
İRedaktə
- İnsanın simasını müəyyənləşdirən onun azadlığı yox, bu azadlığa özünün qoyduğu məhdudiyyətlərdir. Əbu Turxan
- İstəkləri məhdudlaşdırmağın ən böyük bəhrəsi azadlıqdır. Epikür
QRedaktə
- Qoyun və canavar "azadlıq" sözünü müxtəlif cür başa düşür, bu isə insan cəmiyyətində hökm sürən fikir ayrılığının mahiyyətidir. Avraam Linkoln
MRedaktə
- Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır. Heydər Əliyev
NRedaktə
- Nail ola bilməyəcəyin şeyi arzulama. Sənin ən böyük sərvətin azadlığındır.Azadlığın səni gözəl, zəngin, hörmətli, güclü və xoşbəxt yox, yalnız azad edə bilər. O, səni şeylərin yox, sənin özünün ağası edir. Rene Dekart
SRedaktə
- Sivilizasiya abidələrini yaratmaq qabiliyyətindən məhrum olan millətlər azadlıq və istiqlaliyyətdən əl çəkməyə məhkumdur. Mustafa Kamal Atatürk
TRedaktə
- Tarix ruhun zamana görə inkişafıdır, tarixin öz məqsədləri vardır, bu məqsəd-azadlığın inkişafı, vətəndaş cəmiyyətində vətəndaşın azadlığıdır. Hegel
- Təhsil azadlığa aparar. - Alman atalar sözləri
ÖRedaktə
- Özünü hisslərin ixtiyarına buraxmaq vəhşi azadlığın əlamətidirsə, hissləri cilovlamaq şəxsiyyət azadlığının əlamətidir. Əbu Turxan
VRedaktə
- Varlanmanın bütün üsullarından azadlığa ən uyğunu ticarətdir. Jan Jak Russo
- Vərdişləriniz nə qədər çox olsa, azadlığınız da bir o qədər az olar. İmmanuel Kant
İstinadlarRedaktə
- ↑ Aforizmlər: seçilmişlərdən seçilmişlər. Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında. Bakı: Çaşıoğlu, 2012, səh. 433