Nikkolo Makiavelli
Nikkolo Makiavelli - İtalyan filosofu, yazıçı və siyasi xadimi
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Ağır xəstəliyi əvvəlcədən müəyyən etmək çətin olsa da, müalicə etmək asandır. O inkişaf etdiyi zaman isə onu müəyyən etmək asan, müalicə etmək isə çətindir.
BRedaktə
- Bütün silahlı peyğəmbərlər qalib gəlmiş, silahsızlar isə məğlub olmuşlar.
HRedaktə
- Həmişə yaxşı olmağa çaışan hər bir kəs, əvvəl-axır mütləq çox böyük sayda yaxşı olmayanların arasında dəfn edilmiş olacaq.
- Hər dəyişiklik digər dəyişikliklərə yol açır.
- Hər kəs səni göründüyün kimi görür, çox az adam sənin necə olduğunu hiss edir.
- Hökmdarın ağlı haqqında mühakiməni, onun özünə yaxınlaşdırdığı insanlara görə edərlər.
- Hökmdarın əsl həqiqətdə comərd olması vacib deyil, bu vacibdir ki, o cür görünsün.
İRedaktə
- İnsan ağlı üç növ olur: birinci kəslər hər şeyi özləri dərk edir; ikincilər birincilərin dərk etdiklərini anlayır; üçüncülər isə nə özləri bir şeyi dərk edir, nə də başqalarının dərk etdiklərini anlayır.
- İnsan istəsə, peşman olmağa vaxt tapa bilər.
- İnsanlar, əgər kimsə sizə qarşı hansısa qanunsuz və ya haqsız hərəkət edibsə, sizin onlara qarşı olan cavabınız daha şiddətli olacaqdır.
- İnsanlar onları sevənləri incitməkdən daha az ehtiyyat edirlər, nəinki onların ürəklərinə qorxu salan kəsləri...
QRedaktə
- Qanun həmişə güclünün tərəfindədir.
MRedaktə
- Məqsəd vasitəyə haqq qazandırır.
ÖRedaktə
- Öləndən sonra cənnətə yox, cəhənnəmə düşmək istəyirəm. Orada mən papalar, krallar və hersoqların cəmiyyətləri ilə həzz ala bilərəm. Cənnətdə isə yalnız dilənçilər, zahidlər və apostollar məskunlaşıb.
SRedaktə
- Sülh içində yaşamaq istəyənlər müharibəyə də hazır olmalıdırlar.
ÜRedaktə
- Ümümi şəkildə baxanda insanlara etibar etmək düzgün deyil. Onlar sizə verdiyi sözü heç vaxt tutmazlar, əgər belə olsa o zaman sizində onlara qarşı heç bir öhdəliyiniz qalmaz.
YRedaktə
- Yalnız o müdafiə yaxşı, etibarlı və möhkəmdir ki, sənin özündən və cəsurluğundan asılı olmuş olsun.
ZRedaktə
- Zəruri olduqda cəsarətli ola bilməyən hökmdar özü öz məhvinin səbəbkarı olur.