Bualo Nikola (1636–1711) — fransız şairi, nəzəriyyəçisi və tənqidçisi.

Nikola Bualo
Doğum tarixi 1 noyabr 1636
Doğum yeri Paris
Vəfat tarixi 13 mart 1711
Vəfat yeri Paris
Dəfn yeri Sen-Jermen-de-Pre
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Aydın düşünən adam fikrini də aydın izah eləyir.
  • Cahillik yalan bilikdən yaxşıdır.
  • Ciddidən xoşa gələnə, zarafatdan sərtliyə keçməyi bilən insan xoşbəxtdir.
 
Çox vaxt bir pislik qorxusu bizi daha da pisə aparır.
  • Çox vaxt bir pislik qorxusu bizi daha da pisə aparır.
  • Dəqiq olmaq məsləhətdir, çünki gözləyən adətən gecikənlərin qüsurlarını aşkar etməyə vaxt sərf edir.
  • Fikir — qafiyənin hökmdarı, qafiyə isə fikrin müti quludur.
 
Hər yaşın öz zövqü, öz səbəbi və adətləri var.
  • Həqiqət bəzən ağlasığmaz görünə bilər.
  • Həqiqət həmişə sakit və təvazökardır.
  • Həqiqətdən başqa heç nə gözəl deyil, ədalətli heç nə yoxdur.
  • Hər axmaq ona heyran olmaq üçün daha böyük axmaq tapacaq.
  • Hər yaşın öz zövqü, öz səbəbi və adətləri var.
  • O dost, əsil dostdur ki, hansı ki qüsurunu sənə çəkinmədən bildirər.
  • Özünüz üçün sərt tənqidçi olun.
  • Sağlam düşüncə ilə keçərkən zarafat etməkdən çəkinin.
  • Su axar çuxurunu tapar, axmaq axmağa heyran olar.
  • Şərəf sahili olmayan bir adadır: bir dəfə əldən versək, bir daha geri qaytara bilmərik.[1]
  • Tanışlarınız arasında sizə əsl dost olan o kəsdir ki, təhqirlərdən qorxmadan səhvlərinizi açıq göstərir.
 
Yalnız fəzilət nəcib bir ruhun səhvsiz əlamətidir.
  • Yalnız ağıl və idrakın hökmünə tabe edilən istedad, həqiqətən gözəl əsərlər yarada bilər.
  • Yalnız fəzilət nəcib bir ruhun səhvsiz əlamətidir.
  • Yalnız həqiqət gözəldir və yalnız o, sevilməyə layiqdir.
  • Yazmazdan əvvəl düşünməyi öyrənin.
  • Zaman uçur və bizi özü ilə çəkir. Danışdığım an artıq məndən uzaqdır.

Mənbə

redaktə
  • Aforizmlər və hikmətli sözlər. Bakı, 2005

İstinadlar

redaktə
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.414