A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Biz nisbilik diktaturasına doğru irəliləyirik, heç nəyi qəti olaraq qəbul etmir və ən yüksək dəyər kimi insanın öz eqosunu və öz istəklərini görür. XVI Benedikt
  • Əgər nisbilik nəzəriyyəsi təsdiqlənərsə, onda almanlar mənim alman, fransızlar isə dünya vətəndaşı olduğumu deyəcəklər; əgər mənim nəzəriyyəm təkzib olunarsa, fransızlar məni alman, almanlar isə yəhudi elan edəcəklər. Albert Eynşteyn
  • Maksvell dahidir, nisbilik nəzəriyyəsində mənə kömək etdi. Albert Eynşteyn
  • Nisbilik nəzəriyyəsi ilə riyaziyyatçılar məşğul olmağa başladıqdan sonra artıq mənim özüm də bu nəzəriyyəni başa düşə bilmirəm. Albert Eynşteyn
  • Nisbilik nəzəriyyəsini ancaq möhtəşəm sənət əsəri hesab etmək olar. Ernest Rezerford
  • Nisbiliyin mənası geniş şəkildə səhv başa düşülür. Filosoflar sözlə, kukla ilə uşaq kimi oynayırlar. Gördüyüm kimi, nisbilik sadəcə olaraq müsbət və daimi hesab edilən müəyyən fiziki və mexaniki faktların fizika və mexanika sferasında bəzi digər faktlara nisbətən nisbi olduğunu ifadə edir. Bu o demək deyil ki, həyatda hər şey nisbidir və bizim bütün dünyanı nadinccəsinə çaş-baş salmaq hüququmuz var. Albert Eynşteyn
  • Təbiət elə sənət əsəridir ki, burada nisbilik anlayışı yalnız duyğusuzlara şamil edilməlidir. Həsən Əliyev
  • Zaman sürətli axır. Hazırda Eynşteynə qarşı içimdə narazıçılıq hissi baş qaldırıb. Zamanın sürətli və ya yavaş axması duyğulardan asılıdır. Nisbilik nəzəriyyəsi romantikdir. Amma eləcə də kədərli. Steins;Gate, Yaponiya vizual romanı və animesi.

İstinadlar

redaktə