Nuşirəvan Adil Xosrov
I Xosrov Ənuşirəvan (501, Ərdistan, Sasanilər İmperiyası – 579, Ktesifon, Sasanilər İmperiyası) — 531–579-cu illərdə İranda hökmranlıq etmiş böyük Sasani padşahı. Tarixdə Nuşirəvan Adil kimi tanınmışdır.
Nuşirəvan Adil Xosrov | |||
Doğum tarixi | 501 | ||
Doğum yeri | Ərdistan | ||
Vəfat tarixi | 579 | ||
Vəfat yeri | Ktesifon | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Adamların ən yaxşısı olmaq istəyirsənsə, heç şeyi xalqdan əsirgəmə.
- Aldanmaq istəmirsənsə, görülməmiş işi görülmüş hesab etmə.
- Alınıb-satılan qulu öz qarnının qulu olan adamdan daha azad hesab et!.
- Ariflər səadət, iqbal gətirər,
Nadanı xeyri də zərər yetirər. - Artıq dərəcədə kədərli olmaq istəmirsənsə, paxıl olma.
B
redaktə- Bekarçılıq boş-boş fikirlər oyadır.
- Bu dünya üçün çalışan təvazökar fasiq (fasiq-alçaq, rəzil, murdar adam) o dünya üçün çalışan mütəkəbbir abiddən (abid — İbadət edən) yaxşıdır.
D
redaktə- Dalda ələ salınmaq istəmirsənsə, əlin altında işləyənlərlə mülayim dolan.
- Dostunun az olmasını istəmirsənsə, paxıl olma.
E
redaktə- Elmi olub, ağlı olmayan adama elmi əziyyət verər.
Ə
redaktə- Əclaf adamın çörəyi ilə dolanmaqdansa, acından ölmək yaxşıdır.
- Ədalətli ol ki, ədalət məhkəməsinə işin düşməsin.
- Ən alçaq adam odur ki, birinin ehtiyacı ona düşə, imkanı ola, lakin kömək etməyə.
- Ən aldadılmış adam ona deyərlər ki, nağdı nisyəyə dəyişə.
- Ən nadan adam odur ki, birisi kiçiklikdən böyüklüyə çata, lakin ona yenə də kiçik kimi baxa.
F
redaktə- Faydasız qulaq asan adamın başı başsağlığı verilən adamınkından daha çox ağrayar.
H
redaktə- Haqq acı olsa da, onu dinləmək lazımdır.
- Hədərə alma ki, hədərə də satasan.
- Hər düşündüyünü etibarsız adama demə, lakin etibarlı adamdan da gizlətmə.
- Həya-abırla yaşayıb dolanmaq istəyirsənsə, başqalarını rüsvay etmə.
- Həyatdan dərs ala bilməyən adama heç kəs dərs verməməlidir, çünki əməyi hədərə gedər.
- Həyatı arzu etdiyi kimi keçməyən adam nə üçün özünü diri hesab edir?
X
redaktə- Xırdaçılıq edən və böyük ziyan verən olma.
İ
redaktə- İncidilmək istəmirsənsə, özünə rəva bilmədiyini başqasına da rəva görmə.
- İnsanlar bir dəfə peşman olduqları işlərdən nə üçün bir də peşman olsunlar?
- İstedadsız adamla dostluq etmə, istedadsız adam nə dostluğa yarayar, nə düşmənliyə.
- İstəmirsən ki, sənə divanə desinlər, tapılmayan şeyi axtarma.
- İstəyirsən camaatdan üstün olasan, duz-çörək verən ol.
- İstəyirsən düşmən sənin sirrini bilməsin, onu dosta demə.
- İstəyirsən xalq səni ağıllı hesab etsin, ağlı olmayan adama sirr vermə.
- İstəyirsən xalq səni tərifləsin, sən də xalqı təriflə.
- İstəyirsən ki, asudə yaşayasan, işlərini hadisələrin gedişinə uyğun qur.
- İstəyirsən ki, dilin uzun olsun, əlini gödək et.
- İstəyirsən ki, ədalətlilər sırasında adın çəkilsin, sənə tabe olanlan imkanın daxilində yaxşı saxla.
- İstəyirsən ki, xalq arasında ən yaxşı və ən bəyənilmiş adam olasan, özünə məsləhət bilmədiyini başqalarına da məsləhət görmə.
- İstəyirsən ki, sənin adını nəciblər sırasında çəksinlər, tamahkar olma və tamahkarlığı yaxına buraxma.
- İstəyirsən ki, sirrinin üstü açılmasın, başqalarının sirrini açma.
- İstəyirsən ki, ürəklərdə özünə yurd salıb seviləsən və xalq səndən nifrət etməsin, xalqın xeyrinə danış.
- İstəyirsən ki, ürəyinə heç bir məlhəmlə sağalmayan yaralar vurulmasın, nadan adamla höcətə girişmə.
- İstəyirsən qara camaat səni pisləməsin, onların işini təriflə.
- İstəyirsən sənin dediyinə əməl etsinlər, özün dediyinə əməl et.
- İstəyirsən sənin xalqa sərf etdiyin əmək hədər getməsin, xalqın sənə sərf etdiyi əməyi hədər etmə!.
- İstəyirsən sənin qədrini bilsinlər, başqalarının qədrini bil.
- İstəyrsənsə ki, dilin uzun olsun, əlini gödək et.
- İstəirsən ki, ürəyinə heç bir məlhəmlə sağalmayan yaralar vurulmasın, nadan adamla höcətə girişmə.
Q
redaktə- Qorxusuz yaşamaq istəyirsənsə, başqalarına pislik etmə.
L
redaktə- Ləyaqətsiz adamları diri hesab etmə.
N
redaktə- Nadana hər şeyi qorumaq özünü öz nadanlığından qorumaqdan daha asandır.
- Nə qədər ki, gecə-gündüz gəlib gedir, illərin dəyişməsinə təəccüb etməyin.
- Nə üçün o adama dost deyəsən ki, o sənin düşmənlərinlə dostluq edir?.
- Nə üçün o adamı düşmən saymayasan ki, o özünün igidliyini xalqı incitməkdə görür?.
O
redaktə- Ondan daha betər rüsvayçılıq olmaz ki, biri bilmədiyi şeyin doğruluğunu iddia edə, sonra yalançı olduğu meydana çıxa.
Ö
redaktə- Özündən aşağı adama möhtac olmaq böyük müsibətdir, suda boğulmaq alçaq adamdan kömək ummaqdan yaxşıdır.
- Özünü alim sayan nadandan uzaq gəz.
S
redaktə- Sənə pis deyəni onu sənə xəbər gətirəndən tez bağışla.
- Sərvəti olmadan dövlətli olmaq istəyirsənsə, gözü tox ol.
T
redaktə- Tay-tuşa möhtac olmaqdansa, ölmək yaxşıdır.
U
redaktə- Uzun müddət peşman olmaq istəmirsənsə, nəfsə tabe olma.
Z
redaktə- Zirək olmaq istəyirsənsə, öz üzünü başqalarının aynasında gör.
- Ziyan dəyənlər içərisində ən çox ziyan çəkən onu hesab et ki, ziyanını gözü ilə görmüş olsun.