Zərər
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Addımlarını, atdığımız sivilizasiya və yenilik addımlarına uydurmaq istəməyənlər nə talehsizdirlər! Bu kimilər hələ milləti aldadacaqlarını ümid edirlərsə bu ümidləri, özlərinin zərərə uğramalarından başqa bir nəticə verməyəcəyinə indidən əmin ola bilərlər. Mustafa Kamal Atatürk
- Ariflər səadət, iqbal gətirər,
Nadanı xeyri də zərər yetirər. Nuşirəvan Adil Xosrov
ÇRedaktə
- Çox danışmaqdan xeyir yoxdur, susmaqdan - zərər. Monqol atalar sözləri
DRedaktə
- Dünyada tək zərər verməyən qadın, anadır. Mark Tven
- Düşmənindən çox dostundan çəkin! Çünki dostluq bitsə, sənə necə zərər verə biləcəyini ən yaxşı dostun bilər yalnız. Bob Marli
- Düz danışıqdan əvvəlcə zərər də görsən, axırı fayda taparsan Özbək atalar sözləri
ƏRedaktə
- Ər arvada münasibətdə özünü üç şeydən saxlamalıdır:
Birinci, arvadının məhəbbətindən ölsə, onun eşqindən dəli-divanə olsa, sevgisindən ağlını çaşdırsa, elə etməlidir ki, arvadın xəbəri olmasın, özünü saxlaya bilməsə, eşq əlacı haqqında deyilənlərə əməl etməlidir. Hər halda, eşqini gizlətməlidir, əks təqdirdə bundan çox fəsadlar törəyə bilər.
İkinci, ümumi işlərdə arvadla məsləhətləşməməli, öz sirrini ona verməməli, malının-mayasının bir qismini ondan gizli saxlamalıdır, çünki onların belə işlərdən başı çıxmadığı üçün verəcəkləri yanlış məsləhətlər böyük zərər gətirər.
Üçüncü, arvadını nabələd qadınlarla dostlaşmağa, xüsusilə kişilərin eşqbazlıq macəralarından danışanlara qulaq asmağa qoymamalıdır. Əlbəttə, elələrini evə buraxmamalıdır. Belələri çox böyük bədbəxtliyə səbəb olarlar. Ən təhlükəlisi kişi məclislərində olmuş qarıların nağıllarıdır. Nəsirəddin Tusi
- Əslində, sadəcə əşyaların tam rasional qavranması mümkündür. Əşyalar "öldürülmədən" hissələrinə ayrıla bilər, təbiətlərinə ziyan vurmadan manipulyasiya edilə bilərlər, onları yenidən istehsal etmək mümkündür. İnsan əşya deyil. O öldürülmədən hissələrinə ayrıla bilməz, ona zərər vurmadan manipulyasiya etmək, süni olaraq yenidən istehsal etmək mümkün deyil. Bioloji olaraq həyat möcüzə və sirrdir, insanın insani tərəfləri bir müəmmadır. Biz özümüzü və yoldaşlarımızı bəzi yönləriylə tanıya bilirik, ancaq əşya olmadığımız üçün tam qavrama mümkün deyil. Özümüzün ya da bir başqasının ruhunun dərinliyinə endikcə tam bilgi əldə etmək məqsədi daha əlçatmaz olur. Yenə də insan ruhunun sirrinə, "o"-nun ruhunun nüvəsinə nüfuz etmək arzusundan özümüzü saxlaya bilmirik. Erix Fromm
HRedaktə
- Heç kəsə zərər vermir, amma xeyir də vermir. Əfqan atalar sözləri
- Heç vaxt unutma: nə vaxt ki, seçim etmək məcburiyyətində qalsan, riskli, təhlükəli, sığortası olmayanı seç. Heç vaxt zərər görməzsən. Oşo (Çandra Mohan Racniş)
XRedaktə
- Xainə etibar etmək onun zərər vurması üçün imkian yaradır. Seneka
QRedaktə
- Qaydasında yeməsən, bal şirəsi də zərər verər. Teluqu atalar sözləri
- Qonşunun iyirmi dənə Tanrı var deməsi ya da heç bir tanrı yoxdur deməsi mənə bir zərər verməz. Nə mənim cibimə toxunar nə də qıçımı qırar. Tomas Cefferson
- Qorxaq nə zərər eylər, nə mənfəət. Azərbaycan atalar sözləri/Q
- Qurd belə qonşusuna zərər vurmaz. Türk atalar sözləri
MRedaktə
- Mərddən zərər olmaz, namərdə - inam. Kürd atalar sözləri
ORedaktə
- Əli, oğlu Həsənə buyurmuşdur:
- Əziz oğlum, məndən dörd şey öyrən, işlədiyin zaman sənə zərər verməyəcək dörd şeyi də ağlında tut: Zənginliyin ən üstünü ağıldır; yoxsulluğun ən böyüyü axmaqlıqdır. Qorxulu şeylərin ən qorxulusu özünü bəyənməkdir; nəslin-kökün ən ucası gözəl xasiyyətdir. Əziz oğlum, axmaqla dost olmaqdan çəkin; o sənə fayda vermək istərkən zərər yetirər. Xəsislə dost olmaqdan çəkin; ona ən çox möhtac olduğun zaman köməyinə gəlməz. Pislik edənlə dost olmaqdan çəkin; o səni çox ucuz bir şeyə satar. Yalançı ilə dost olmaqdan çəkin; çünki o, ilğıma bənzər; sənə uzağı yaxın göstərər, yaxını isə səndən uzaqlaşdırar.
PRedaktə
- Pul-uğur üçün lazım olan komponentlərdən yalnız biridir, amma konkret şərtlər daxilində pul daha çox zərər gətirə bilər, nəinki xeyir. Corc Soros
SRedaktə
- Sevgi – insana zərər verən yeganə səhvdir. Üstəlik ortağın ümiddirsə, sevgi çox təhlükəli bir illüziyaya çevrilir. Xalid Hüseyni
- Suyun çoxluğu əkinə zərər verdiyi kimi, yeməyin də çoxluğu bədənə zərər verir. Əbül Fərəc
ŞRedaktə
- Şər adam qəsdən başqasına zərər vurmağa çalışar və özündən ləzzət alar. Nəsirəddin Tusi
TRedaktə
- Təbəssüm heç kəsə zərər verməz. Yapon atalar sözləri
YRedaktə
- Yaxşılıqdan zərər gəlməyəcəyini öyrədərlər; Lakin arxanızdan hərif deyiləcəyini öyrətməzlər. Oldos Haksli
- Yaşayan varlıqların hamısı; zəif, güclü, uzun, qısa, böyük, orta və ya kiçik görünən, görünməyən; doğulmuş olan və ya doğulmaqda olan, hamısı xoşbəxt olsun! Kimsə kimsəni aldatmasın, kimsə kimsəni kiçik hesab etməsin, kimsə kimsəyə hirs ilə, incinmə ilə zərər vermək istəməsin. Qautama Budda
ZRedaktə
- Zərər oddan yamandır. Azərbaycan atalar sözləri/Z
- Zərər zəhərdən acı olar. Azərbaycan atalar sözləri/Z
- Zərərdən qorxan dükan açmaz. Azərbaycan atalar sözləri/Z
- Zərərdən qorxan xeyir görməz. Azərbaycan atalar sözləri/Z
- Zərərin bir başı var. Azərbaycan atalar sözləri/Z
- Zərərin yarısından qayıtmaq da qazancdır. Azərbaycan atalar sözləri/Z