A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Biz almanlar yalnız qıza pərəstiş edirik və bizim şairlər yalnız onu tərənnüm edir, fransızlarda əksinədir, yalnız ərdə olan qadın həyatda və incəsənətdə sevgi predmeti olur. Henrix Heyne
  • Biz ideal xəyalımız üzərində güc tətbiq edən bir qadına pərəstiş edirik. İvan Bunin
  • Hər bir uşağın kumiri olur. Körpə olanda Peleyə pərəstiş edirdim. Anatoli Banişevski də öz yerində. 1966-cı ildə dünya çempionatında oynadığı vaxtlar yadımdadır. Nəinki mən, çox uşaq onun kimi futbolçu olmağı arzulayırdı. “Neftçi”də oynayanda isə alman hücumçu Herd Müllerə bənzəmək, cərimə meydandaçasında onun kimi oynamaq, qol vurmaq istəyirdim..[1] Səmədağa Şıxlarov
  • Xəstə adam xəstəliyi səbəbi ilə yeməyin dadını hiss etmədiyi kimi, dünyaya pərəstiş edən də dünya sevgisi səbəbi ilə ibadətin dadını hiss edib zövq ala bilməz. İsa
  • Qadınla kişi arasında dostluq mümkün deyil. Ehtiras, düşmənçilik, pərəstiş, sevgi - bəli, mümkündür, amma dostluq mümkün deyil. Oskar Uayld
  • Mən Çaykovskinin yaradıcılığına coşğun pərəstiş edən adamlardan biriyəm. Mən öz azad yaradıcılıq fantaziyamı xalq musiqi dilinin sarsılmaz təməli üzərində inkişaf etdirmək prinsipini Çaykovskidən götürmüşəm. Üzeyir Hacıbəyli
  • Sakit insan, özünü idarə etməyi öyrənərək, özünü başqalarına necə uyğunlaşdırmağı bilir; onlar da öz növbəsində onun mənəvi gücünə pərəstiş edirlər və hiss edirlər ki, ondan öyrənə və ona arxalana bilərlər. İnsan nə qədər sakit olarsa, onun uğuru, təsiri, xeyir üçün gücü bir o qədər böyük olar. Ceyms Allen
  • Yaponiya ölkəsinə vurulmaq asan olduğu kimi, onun xalqına da ürəkdən vurulmaq mümkündürmü? Mübahisəli məsələdir. Onlar səbrli və təmkinli, dostlara həssas olmaqla yanaşı, tanımadıqları şəxslərə heyrətamiz dərəcədə biganədirlər. Vəzifəyə pərəstiş etmək, intizamlı, özünü qurban verməyə hazır olmaqla yanaşı, sadəlikdən doğan qüsurlara yol verirlər – bütün bu cəhətlərə görə yaponlar məhəbbətdən çox hörmətə layiqdirlər.
    • Frensis Kinq, “Yaponiya və onun sakinləri”, London, 1970

İstinadlar

redaktə