Oskar Uayld (Oscar Fingal O’Flahertie Wills Wilde; 16 oktyabr 1854, Dublin — 30 noyabr 1900, Paris) — görkəmli irland yazıçısı və şairi.

Oskar Uayld
Doğum tarixi 16 oktyabr 1854
Doğum yeri Dublin
Vəfat tarixi 30 noyabr 1900
Vəfat yeri Paris
Dəfn yeri Oskar Uayldın qəbri
Şəxsi veb-saytı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bağçılıq mənim istirahətimdir. Bu, rənglər yaratmağın və oynamağın başqa bir formasıdır.
  • Başqalarını inandırmaq elə asandır ki, özünü inandırmaq isə çox çətin.
  • Başqalarının düşüncələrini dəyişmək çox asan, öz düşüncəni dəyişmək isə çox çətindir.
  • Bədənimi ruhumdan ayırmaq üçün içirəm.
  • Bəşəriyyət özünü çox ciddi qəbul edir. Bu dünyanın əzəli günahıdır. Əgər mağara adamı gülməyi bacarsaydı, bəşəriyyət tarixi indi tam fərqli olardı.
  • Bəzən mənə elə gəlir ki, Allah insanı yaradarkən onun qabiliyyətlərini azacıq şişirdib.
  • Bəzi insanlar gəldikləri, bəziləri isə getdikləri zaman xoşbəxtlik gətirirlər.
  • Bilirsiniz avropalılar mənim əsərlərimi nə üçün əxlaqsız adlandırırlar? Çünki mən onları olduqları kimi təsvir edirəm.
  • Bir insanın keçmişi elə onun özüdür, bu, insanları mühakimə etmənin yeganə yoludur.
  • Bir kişi bir qadınla ancaq onu sevmədiyi müddətcə xoşbəxt ola bilər.
  • Bir kişi qadına vurulsa, onun üçün hər şeyi edər, bircə sevgisinə sadiq qalmaz.
  • Bir qadın dünyada istənilən kişi ilə mazaqlaşa bilər, başqa insanlar onu görmədiyi təqdirdə.
  • Bir qadının həqiqətən nə düşündüyünü bilmək istəyirsinizsə, ona baxın, amma qulaq asmayın.
  • Bir qadının kişini düzəldə biləcəyi yeganə yol, onu həyata bütün maraqlarını itirəcək bir nöqtəyə gətirməkdir.
  • Bir valideyinini itirmək bəxtsizlikdi, hər ikisini itirmək etinasızlıq.
  • Biri gün edə biləcəyim işi heç vaxt sabaha saxlamıram.
  • Birisi aşiq olarkən, özünü aldatmaqla başlayır, başqalarını aldatmaqla isə bitirir. Buna da bütün dünya romantika deyir.
  • Birisi sizə xoş gəlmək üçün başqasının sirlərini açırsa, həmin adama etibar etməyin.
  • Biz dramaturqdan realizmə romantika qatmasını istədiyimiz halda, aktyordan romantikaya reallıq qatmasını istəyirik.
  • Biz hamımız zibil qutularındakı zibillərik, ancaq bəzilərimiz üzü yuxarı—ulduzlara baxır.
  • Biz lazımsız şeylərin yeganə ehtiyacımız olduğu bir dövrdə yaşayırıq.
  • Biz özümüzün geyindiyimizi dəbli, başqalarının geyindiyini isə dəbsiz hesab edirik.
  • Bizə paxıllıq edənlərin sayı, bacarıqlarımızı doğrular.
  • Bizim hər birimizin içində Cənnət və Cəhənnəm var.
  • Boşanmalar cənnətdə yaradılıb.
  • Böyük sevgilər və kədərlər öz böyüklüklərinin həcmində məhv olurlar.
  • Bu dünyada yalnız iki növ fəlakət vardır, biri məqsədinə çata bilməmək, digəri isə çatmaq.
  • Bu əsrin gücü sərvətdir.
  • Bu gecə özümdən bezmişəm, başqa birisi olmaq istərdim.
  • Bu gün insanlar özlərindən qorxurlar. Onlar bütün öhdəliklərdən ən yüksəkdə duranını unudublar, özünün öz qarşında olan öhdəlik hissi! Əlbəttə, onlar xeyriyyəçiliklə məşğul olurlar, acları doyururlar, dilənçiləri geydirirlər. Ancaq onların öz ruhları ac qalır, ac və çılpaq.
  • Bütün böyük ideyalar təhlükəlidir.
  • Bütün qadınlar analarına bənzərlər və bu onların faciəsidir. Heç bir kişi öz anasına bənzəməz. Bu isə onların faciəsidir.
  • Çalış həmişə düşmənlərini bağışlayasan, heç nə onları bu qədər qıcıqlandıra bilməz.
  • Çirkin qadınlar ərlərinə qısqanırlar. Gözəl qadınlar buna qarşı deyillər — digər ərlərə qısqanclıqla yanaşmaqla məşğuldurlar.
  • Çox adam dostlarının uğursuzluğuna məyus olur, ancaq az adam onların uğuruna həqiqətən sevinir.
  • Çox insan əslində başqasıdır. Düşüncələri başqa birinin düşüncəsi, həyatları mühitə uyğun, ehtirasları isə dırnaq içindədir.
  • Çox insan özü deyil, fikirləri başqalarının mühakimələridir, həyatları kiməsə səcdə etməkdir, ehtirasları başqalarının ehtiraslarının təkrarıdır.
  • Din imanın dəbdə olan ekvivalentidir.
  • Dostlarınızı seçdiyiniz kimi düşmənlərinizi də diqqətlə seçməlisiniz.[1]
  • Dostun kədərinə kədərlənə bilərsən. Bu Asandır; amma dostun müvəffəqiyyətinə sevinə bilmək, möhkəm bir xarakter tələb edir.
  • Dünya dəyişir, çünki siz fil sümüyü və qızıldan yaradılırsınız. Dodaqlarınızın büküşü tarixi yenidən yazır.
  • Dünya iki sinfə bölünür — bəziləri inanılmaza inanır, bəziləri qeyri-mümkünə inanır.
  • Dünyada haqqında danışılmaqdan daha betər şey, haqqında danışılmamaqdır.
  • Dünyada heç nə evli qadının sadiqliyinə bənzəmir, heç vaxt evlənməmiş kişilər bunu bilməzlər.
  • Dünyanı, ağıllılar yaşasın deyə axmaqlar qurmuşdur.
  • Dünyanın əxlaqsız adlandırdığı kitablar, dünyanın özünün utanclarını göstərən kitablardır.
  • Dünyanın əsl tapmacası görünməyənlər deyil, görünənlərdir.
  • Düşmənlərinizi hər zaman bağışlayın. Heç bir şey onlara bunun qədər pis təsir edə bilməz.
  • Düşmənlərinizi məhv edin; bu onları özlərindən çıxarmağın ən asan yoludur.
  • Eqoizm öz arzularına uyğun yaşamaq istəyi deyil, başqalarının sənin arzularına uyğun yaşamasını istəməkdir.
  • Elm və təhsilə qarşı çıxmaq insanlığa qarşı çıxmaqdır.
  • Emosiyalarıma baş əymək istəmirəm. Onlardan istifadə etmək, həzz almaq və onlara hakim olmaq istəyirəm.
  • Etiraf edim ki, məndə ən canlı ikrah hissini qohumlarım yaradır. Bu, görünür, ona görə baş verir ki, başqalarında da sizin kimi çatışmazlıqlar olduqda dözmək mümkün deyil.
  • Evlənmək arzusunda olan kişi gərək ki, ya hər şeyi bilsin, ya da heç nə bilməsin.
  • Evli kişinin xoşbəxtliyi evlənmədiyi qadındadır.
  • Evli kişilər yaxşı ər olanda dəhşətli dərəcədə sıxıcı, pis ər olanda isə dəhşətli dərəcədə lovğa olurlar.
  • Evli qadının sevgisi böyük bir şeydir. Evli kişilər heç vaxt belə bir şey xəyal etməzdilər.
  • Evlilik, bütün qadınların razılaşdığı, bütün kişilərin də razılaşa bilmədiyi bir mövzudur.
  • Evlilik xəyal gücünün ağıl üzərində qələbəsidir. İkinci evlilik isə ümidin təcrübə üzərində.
  • Evliliyin ən güclü təməli qarşılıqlı anlaşılmazlıqdır.
  • Evliliyin yeganə cəlbedici cəhəti ondadır ki, o, hiylələrdən yoğrulmuş həyatı hər iki tərəf üçün zəruri edir.
  • Əxlaq, sadəcə olaraq, şəxsən bəyənmədiyimiz insanlara qarşı qəbul etdiyimiz münasibətdir.
  • Əxlaqa uyğun və ya zidd kitab olmur. Kitab ya yaxşıdır, ya pis.
  • Əgər bir insan bir kitabı oxuduqdan sonra, onu təkrar oxumaqdan zövq almırsa, o kitabı oxumuş olmasının belə heç bir dəyəri yoxdur.
  • Əgər bir kitabı dönə-dönə oxumaqdan həzz almırsızsa, onu heç oxumayın!
  • Əgər insanı korlamaq istəyirsənsə, onu təzədən tərbiyə etməyə başla.
  • Əgər insanlara həqiqəti söyləmək istəyirsizsə, onları güldürün, yoxsa sizi öldürərərlər.
  • Əgər mağara adamları gülməyi bacarsaydılar, tarix başqa yolla gedərdi.
  • Əgər siz heç olmasa həftədə iki dəfə əxlaq haqqında əxlaqsızlıqlarla dolu auditoriya qarşısında boşboğazlıq edə bilmirsinizsə siyasət meydanı sizin üçün bağlıdır.
  • Əxlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!
  • Ən ali qəzəb bekar insanların üstünlüyüdür.
  • Ən pisi o deyil ki, ürək qırılır, ürək qırılmaq üçün yaranıb. Ən pisi odur ki, ürək daşa çevrilsin.
  • Ən sadə zövqlərim var. Mən həmişə ən yaxşılardan razıyam.
  • Ən yaxşı mühit elə sən özünsən.
  • Ərdəm və pis xasiyyət, sənətçinin sənətinin vəsaitidir.
  • Ərlərimiz bizdə heç nəyi qiymətləndirmir. Bunun üçün başqalarına müraciət etməlisən.
  • Əsl dostlar səni öndən bıçaqlayırlar.
  • Əslində sənət həyatı deyil, tamaşanı əks etdirir.
  • Əvvəlcə qadın kişiyə qarşı müqavimət göstərir, hər şey onunla bitir ki, kişini uzaqlaşmağa qoymur.
  • Əvvəllər kitabı yazıçılar yazardılar, oxucular isə oxuyardılar. İndi isə kitabı oxucular yazır, amma kimsə oxumur.
  • Gələcəkdən qaçmaq çətindir.
  • Gənclər sadiq olmaq istəyirlər, bacarmırlar; qocalar xəyanət etmək istəyirlər, bacarmırlar.
  • Gənclik, sahib olmağa dəyər tək şeydir.
  • Göz yaşları çirkin qadınlar üçün sığınacaq, gözəllər üçün ölümdür.
  • Gözəl qadının taleyidir ki, hara gedir getsin söhbət mövzusu olur.
  • Gözəllik baxanın gözündədir.
  • Gözəllik fövqəladə bir şeydir. Yalnız bayağı insanlar görünüşü qiymətləndirmirlər.
  • Gülüş dostluğa başlamaq üçün pis başlanğıc deyil, biri ilə əlaqələri kəsmənin də ən yaxşı yoludur.
  • Güman edirəm ki, öz əcəlimlə ölməyəcəm.
  • Günah insanın üzündə yazılır, onu ört-basdır etmək olmur.
  • Hamımız çuxurdayıq, amma bəzilərimiz ulduzlara baxırıq.
  • Heç bir centilmen kişinin pulu olmamışdır.
  • Heç bir dahi rəssam əşyaları olduğu kimi görməyib. Əgər belə olsaydı, o, artıq rəssam olmazdı.
  • Heç kim öz keçmişini geri ala biləcək qədər zəngin deyil.
  • Heykəltəraş fikirlərini mərmərə çevirməyə çalışmır: o, birbaşa mərmərdə düşünür.
  • Həqiqət nadir hallarda təmiz olur və heç vaxt sadə olmur.
  • Həmişə mümkün olmayan hallara bizi inandırmağa məcbur edən hiss: sevgi adlanır.
  • Hər aşiq olduğun vaxt ilk sevdiyin vaxtla eynidir əslində.
  • Hər bir gözəllikdə pislik axtaranlar korlanmış insanlardır, bu günahdır. Hər bir gözəllikdə onun yüksək mənasını görənlər mədəni insanlardır, əsl insan isə gözəllikdə elə gözəlliyi görməyi bacaranlardır.
  • Hər həzzdə bir zalımlıq yer alır.
  • Hər kəs bir sənət əsəri olmalıdır — ya da sənət əsəri geyinməlidir.
  • Hər kəs mənim düşüncəmə qatılsa yanılmış olmaqdan qorxaram.
  • Hər insan öz həyatını yaşadı, və hər kəs yaşadığının qiymətini ödədi. Heyfslənəcək bir şey var ki, o da bir kəsin yalnız bir səhv üçün dəfələrlə hesab ödəməsidir. Eyni səhv üçün dönə-dönə əvəz ödəməli olursan.
  • Hər müqəddəsin/möminin bir keçmişi, hər kafirin/günahkarın da bir gələcəyi var.
  • Hər mövcud incə və gözəl bir şeyin arxasında bir faciə durur.
  • Hər şeyi bağışlayan, bizi heç vaxt məyus etməyən və ölümə qədər bizi müşayiət edən yeganə ardıcıl, sadiq, anlayışlı sevgi özünə sevgidir.
  • Hər şeyi biləcək qədər gənc deyiləm.
  • Hətta ən varlı adam da öz keçmişini satın ala bilməz.
  • Həyat ciddiyə alınmaq üçün kifayət qədər önəmlidir.
  • Həyat heç vaxt ədalətli deyil və bəlkə də çoxumuz üçün yaxşı bir şeydir ki, ədalətsizdir.
  • Həyat kitabı bağdakı kişi və qadınla başlayır… və qiyamətlə bitir.
  • Həyat o qədər lənət bir şey ki; Hər kəsin səhv etdiyini doğru etsən, səhv etmiş sayılırsan.
  • Həyat yatmamıza mane olan kabusdur.
  • Həyatda iki faciə var: birincisi, bütün arzulara çata bilməmə, ikincisi, hamısını əldə etdikdən sonrası.
  • Həyatda yalnız iki müsibət vardır: Biri istədiyinə nail olmamaq, digəri isə nail olmaq.
  • Həyatları boyu bir dəfə sevdiklərini söyləyən insanlar həqiqətən də dayaz düşüncəli insanlardırlar. Onların sədaqət və vəfa adlandırdıqları şeyi, mən ya adətlərdən doğmuş süstlük, ya da xəyal çatışmazlığı adlandırardım.
  • Xəyal edə bilməyənlərin son pənah yeridir təsir göstərmək.
  • Xırdalıqlara varmaq çox bayağıdır.
  • İbadətin cavabı olmur. Əks halda bu ibadət deyil, məktublaşmadır.
  • İctimai demokratiya xalqın xalq tərəfindən xalq üçün çətin vəziyyətə salınmasıdır.
  • İki cür qadın vardır: Çirkin və boyalanmış.
  • İkinci bir eşq tapmadan, birincini unuda bilməzsiniz.
  • İlk absent (spirtli içki) stəkanından sonra siz dünyanı görmək istədiyiniz kimi görürsünüz. İkincidən sonra mövcud olmayan bir dünya görürsünüz. Və nəhayət, siz dünyanı olduğu kimi görürsünüz və bundan pis heç nə yoxdur.
  • İnanmaq çox darıxdırıcıdır. Şübhəli olmaq sıx düşüncələrə dalmaqdır. Tətikdə olmaq yaşamaqdır. Təhlükəsizlik uğruna uyğunlaşmaq ölümdür.
  • İncəsənət həyatı deyil, onun tamaşaçısını əks etdirir.
  • İncəsənət individualizmin bəşəriyyətə məlum olan ən güclü formasıdır.
  • İndi bütün subay kişilər evli, evli kişilərsə subay kişilər kimi yaşayırlar.
  • İndi gənclər pulun hər şey olduğunu zənn edirlər, yaşlananda isə bunu dəqiq bilirlər.
  • İndiki vaxtda insanlar hər şeyin qiymətini bilir, heç bir şeyin dəyərini bilmir.
  • İnsan ağlın diqtəsilə hərəkət etməyə çağrıldıqda əsəbləşən rasional heyvandır.
  • İnsan aşiq olduğu zaman öz özünü aldatmaqla işə başlar, başqalarını aldatmaqla da işi bitirər.
  • İnsan düşmənlərini seçərkən kifayət qədər diqqətli ola bilmir.
  • İnsan qeyri-mümkünə inana bilər, ancaq ağlasığmaza heç vaxt.
  • İnsan özü ilə tək qaldıqda belə eqosu ucbatından yalan danışa bilər. Ancaq ona maska versən, doğru sözü eşidə bilərsən.
  • İnsanın dərdləriylə başa çıxmasının ən asan yolu onu başqalarına yükləməkdir.
  • İnsanın etdiyi axmaq bir hərəkət, həmişə onun alicənab məqsədlərindən törəyir.
  • İnsanlar bu gün hər şeyin qiymətini bilirlər ancaq heç nəyin dəyərini bilmirlər.
  • İnsanları yaxşıya və pisə bölmək gülüncdür, insanlar ya məftunedici olurlar, ya da zəhlətökücü.
  • İnsanların çoxunun xoşbəxtlik və bədbəxtliyi öz düşüncə və inancları ilə bağlıdır.
  • İnsanların sənin haqqında danışmasından daha pis bir tək şey vardır: insanların sənin haqqında danışmaması.
  • İnsanların yüzdə doxsanı yaşamazlar, sadəcə vardırlar.
  • İstədiyiniz kimi yaşamaq eqoizm deyil. Eqoizm başqalarının sənin istədiyin kimi düşünüb yaşamalı olmasıdır.
  • İtirdim sandıqların, xilas olduqlarındır bəlkə. Unutma, kimi getdiyi yeri xoşbəxt edər, kimi tərk etdiyi yeri.
  • 20 illik məhəbbət macərası yaşayan qadın xarabalığa bənzəyər, 20 illik evlilik həyatı isə onu ictimai binaya çevirər.
  • İztirabın olduğu hər yer müqəddəsdir.
  • Jurnalistika bizə savadsızların fikrini verməklə, bizi camaatın cəhalətinə bağlı saxlayır.
  • Jurnalistika ilə ədəbiyyatın fərqi nədir? Jurnalistika oxumağa dəyməz, ədəbiyyat da oxunmur.
  • Jurnalistika təşkilatlanmış böhtandır.
  • Katolik Kilsəsi müqəddəslər və günahkarlar üçündür, hörmətli insanlar üçün Anglikan Kilsəsi kifayətdir.
  • Keçmişin bizə gözəl görünməsinə səbəb onun gəlib-keçmiş olmasıdır.
  • Kərpic divarla danişmağı sevirəm, o yeganə varlıqdır ki, mənimlə mübahisə etmir.
  • Kimsə keçmişini geri satın ala biləcək qədər zəngin deyildir.
  • Kişi həyatı çox erkən başa düşür, qadınlar olduqca gec.
  • Kişi istənilən qadınla xoşbəxt ola bilər, onu sevmədiyi təqdirdə.
  • Kişi qadının ondan gözlədiyini tam olaraq yerinə yetirdikdə, onun gözündə çox şey qazanmaz. Həmişə qadının gözləmədiyi şeyləri etməli və anlaya bilmədiyi şeyləri söyləməlisiniz.
  • Kişi və qadın arasında heç bir zaman dostluq ola bilməz. Onların arasında yalnız sevgi, düşmənçilik, ehtiras və məftunluq ola bilər.
  • Kişi və qadının yalnız bir ortaq nöqtəsi var: hər ikisi kişi məclisini üstün tutur.
  • Kişini analiz və müzakirə etmək olar, qadına isə məftun olmaq lazımdır.
  • Kişilər cansıxıcılıqdan, qadınlar maraqdan evlənirlər. Onların hər ikisi məyus olur.
  • Kişilər çox vaxt qadınlara təklifi sadəcə praktika üçün etmiş olurlar.
  • Kişilər həyatı çox tez, qadınlar isə çox gec dərk edirlər.
  • Kişilər qadınların ilk sevgilisi, qadın isə kişilərin son sevgilisi olmaq istəyərlər.
  • Kişilər ruhun əxlaq üzərində qələbəsinin təcəssümü olduğu kimi, qadınlar da maddənin ruh üzərində qələbəsinin təcəssümüdür.
  • Kişilər sevəndə həyatlarından çox az şey qadınlara verirlər, qadınlar isə əksinə, hər şeylərini.
  • Kişilər yorulduqları üçün evlənirlər, qadınlar isə sadəcə maraqlarından: hər iki tərəf sonda məyus olur.
  • Kişiləri təhlil edib müzakirə etmək olar, qadınlara ancaq pərəstiş etmək olar.
  • Komplimentlə heç vaxt qadını tərk-silah edə bilməzsən, kişini isə edərsən.
  • Qadın anlamaq üçün yox, sevilmək üçün yaradılıb.
  • Qadın ərini daha az sevməli, lakin daha çox anlamalı, kişi, arvadını daha çox sevməli, lakin anlamağa çalışmamalıdır.
  • Qadın heyrətamiz bir intuisiyaya malikdir: o, ən aşkar olandan başqa hər şeyi təxmin edə bilir.
  • Qadın öz ərini yalnız bir yolla islah edə bilər: onu tamamilə bezdirib həyata olan bütün həvəsini öldürməklə.
  • Qadın öz qızından on yaş gənc görünürsə o, mükəmməlcəsinə hər şeylə təmin olunur.
  • Qadın ruhu gözəllikdə olduğu kimi, kişi ruhu da gücdədir. Hər ikisi bir insanda birləşə bilsəydi, insanların mövcud olduğu gündən bəri arzuladığı sənət idealına sahib olardıq.
  • Qadının gücü ondadır ki, onu psixologiyanın köməyi ilə izah etmək olmur.
  • Qadınla kişi arasında dostluq mümkün deyil. Ehtiras, düşmənçilik, pərəstiş, sevgi — bəli, mümkündür, amma dostluq mümkün deyil.
  • Qadınlar başa düşülmək üçün deyil, sevilmək üçün yaradılıb.
  • Qadınlar biz kişilərə bəşəriyyət öz tanrılarına necə münasibət bəsləyirsə, elə rəftar edirlər: onlar bizə ibadət edir və sıxılır, daim nəsə tələb edirlər.
  • Qadınlar bizi şah əsərlər yaratmağa ruhlandırır, lakin ilhamımızın reallaşmasına mane olur.
  • Qadınlar kişilərdə yaxşı bir gələcək, kişilər qadınlarda yaxşı bir keçmiş axtarar.
  • Qadınlar kişilərə nisbətən olduqca əlverişli vəziyyətdədirlər; onlar üçün daha çox qadağalar mövcuddur.
  • Qadınlar kişiləri çatışmayan cəhətlərinə görə sevirlər. Əgər kişilərdə kifayət qədər çatışmayan cəhət olsaydı, qadınlar onlara hər şeyi, hətta, dərin zəkalarını belə bağışlaya bilərdilər.
  • Qadınlar koplimentlərlə tərkisilah olmurlar, kişilər isə əksinə. Bu da iki cins arasında fərqdir.
  • Qadınlar qulaqları ilə, kişilər isə gözləri ilə sevirlər.
  • Qadınlar predmetlərə dair heyrətamiz instinktə sahibdirlər. Belə ki, onlar aşkar olanın xaricində hər şeyi kəşf edə bilirlər.
  • Qadınlar sevilmək üçün yaradılıblar, başa düşülmək üçün yox.
  • Qadınlar üçün müdafiənin ən yaxşı yolu hücumdur, hücumun ən yaxşı yolu isə ani və izaholunmaz geri çəkilməkdir.
  • Qadınlara məsləhət verməyin: Heç kəs bir qadına axşama geyinmək üçün yaramayan bir şey verməməlidir.
  • Qəlb qırılmaq üçün yaradılıb.
  • Qəlbi qara insan o adama deyilir ki, o, həyatda hər şeyin qiymətini bilir, ancaq heç nəyin dəyərini bilmir.
  • Qəribədir qadınlar.. Özlərini güldürən kişiləri yalnız sevərlər; onları ağladanlara isə aşiq olarlar.
  • Qocalığın faciəsi qocalmağınız deyil, özünüzü hələ də gənc hesab etməyinizdir.
  • Mən cənnətə getmək istəmirəm, dostlarımın heç biri orada deyil.
  • Mən daha heç nəyi tam olaraq bəyənib və ya bəyənmədiyimi söyləmirəm. Bu həyata qarşı göstərilmiş ən mənasız münasibətdir. Özünə sahib olan insan, məmnunluğunu rahat tapdığı kimi kədərini də asanlıqla yenə bilər. Həyat andır, bundan sonrası yoxdur. Onu ən gur yanan məşəllə alovlandır. Gözəlliyi məhv olmayan hər şeyə qibtə edirəm. Qadınlar biz — kişilərlə bəşəriyyətin Tanrıyla davrandığı kimi davranırlar, onlar bizə səcdə edirlər, lakin həm də davamlı şəkildə bizdən nəsə etməmizi istəyərək narahat edirlər.
  • Mən dostlarımı onların görünüşünə, tanışlarımı yaxşı xarakterlerinə, düşmənlərimi isə parlaq zəkalarına görə seçirəm. Heç bir insan öz düşmənlərinin seçimində bu qədər ehtiyatlı ola bilməzdi.
  • Mən insanları qanunlardan çox sevirəm. Qanunsuz insanları isə dünyada hər şeydən çox sevirəm.
  • Mən nəfsimdən başqa hər şeyə müqavimət göstərə bilərəm.
  • Mənim həyatım — bütün həyatım — onu götür və onunla istədiyini et. Mən səni sevirəm — heç bir canlını sevmədiyim kimi sevirəm. Səninlə tanış olduğum andan səni sevdim, kor-koranə, sitayişlə, dəlicəsinə sevdim! O vaxt bilmirdin — indi bilirsən.
  • Məntiqsiz görünə bilər, amma inkaredilməz həqiqətdir ki, həyat incəsənəti daha çox təqlid edir, nəinki incəsənət həyatı.
  • Məsələnin hər iki tərəfini görən adam demək olar ki, heç nə görmür.
  • Mötədillik məşum bir şeydir. İfrat olan heç nə müyəssər ola bilməz.
  • Moda çirkinliyin elə dözülməz formasıdır ki, biz gərək onu 6 aydan bir dəyişək.
  • Musiqi bədii idealı ən yaxşı şəkildə həyata keçirən sənət növüdür.
  • Musiqi hisslərin uğultusudur.[2]
  • Müasir həyatda heç nə yaxşı bayağılıq qədər təsiredici deyil. Bu bütün dünyanı bir-birinə qohum edir.
  • Müasir jurnalistikanın müdafiəsində çox şey demək olar. Savadsız insanlara səs verməklə bizi sosial cəhalətlə tanış edir.
  • Müqəddəslə günahkarın arasındakı yeganə fərq ondadır ki, hər müqəddəsin bir keçmişi, hər günahkarın bir gələcəyi var.
  • Mümkünsüz bir şeyə ümid etmək kamil intellekt göstəricisidir.
  • Müvəffəqiyyətin və pulun zamanı gənclikdir.
  • Narazılıq bir insanın və ya millətin tərəqqi yolunda ilk addımıdır.
  • Nə vaxt insanlar mənimlə razılaşırlarsa, həmişə düşünürəm ki, mən yanılıram.
  • Nəfsə qalib gəlməyin yeganə yolu ona təslim olmaqdan keçir.
  • Nəfsdən yaxa qurtarmağın yeganə yolu ona təslim olmaqdır.
  • Nəyi oxumalı və nəyi oxumamalı olduğu ilə bağlı dəmirlə örtülmüş qaydaların olması absurddur. Müasir mədəniyyətin yarıdan çoxu insanın nəyi oxumaması ilə bağlıdır.
  • O, çox ağıllıdır, bir qadın üçün olduqca ağıllıdır. Onda zəifliyin izaholunmaz cazibəsi çatışmır.
  • O qədər ağıllıyam ki, özüm özümdən baş açmıram.
  • O şey dəbdədir ki, onu yalnız sən özün geyinirsən.
  • Optimizmin əsası büsbütün bir dəhşətdir.
  • Otuz beş yaxşı yaşdır. London çoxdan otuz beş yaşında olan qadınlarla doludur.
  • Öpüş insan həyatını məhv edə bilər.
  • Öz təcrübələrinə görə peşman olmaq, öz inkişafını dayandırmaq deməkdir. Öz təcrübələrini inkar etmək, öz həyatının ağzına yalan soxmaqdır. Bu, nəfsin inkarından az deyil.
  • Özümə yalan danışmağa başladığımdan bəri heç kimə inanmıram.
  • Özün kimi ol, digər rollar artıq tutulub.
  • Özünü düşünməyən adam heç ümumiyyətlə düşünmür deməkdir.
  • Özünü sevmək ömürlük romantikanın başlanğıcıdır.
  • Özünü tənqidin başqa ləzzəti var. Biz özümüzü günahlandıranda, düşünürük ki, başqa heç kim bizi günahlandıra bilməz.
  • Pul üçün satmadım özümü, müvəffəqiyyətə böyük bir əvəz verdim.
  • Romantikanın mahiyyəti qeyri-müəyyənlikdir.
  • Ruh çox dəhşətli bir şeydir, onu almaq, satmaq və hətta dəyişmək olar.
  • Ruhla bədən arasındakı fərqi görənlərin nə bədəni var, nə də ruhu.
  • Sadəcə axmaqların ciddiyə alındığı bir dünyada yaşayırıq. O halda məni anlamırlar deyə kədərlənmək niyə?
  • Saf və sadə həqiqət çox nadir halda saf olur, amma heç vaxt sadə olmur.
  • Sevgi sevgiyə qarşı günahdan başqa bütün günahları bağışlamalıdır.
  • Sevgi tapmacası həyatın tapmacasından böyükdür.
  • Sevgini öz ürəyində saxla. Onsuz həyat ölü güllərli, günəşsiz bağa bənzəyir.
  • Sevilən kim yoxsuldur ki?
  • Sən elə düşünürsən ki, nəfsinə uymaq zəiflikdir? Sənə deyim ki, elə dəhşətli şirnikləndirici şeylər var ki, güc, güc və cəsarət istəyir ki, ona məğlub olasan.
  • Sən həmişə məni sevəcəksən. Mən sənin heç vaxt etməyə cəsarətin çatmayan bütün günahları təqdim edirəm.
  • Sən hər kəsi sevirsən, bu o deməkdir ki, sən hər kəsə qarşı laqeyidsən.
  • Sən məni cəhənnəmə göndərə bilməzsən, çünki mən həmişə orada yaşamışam, nə də cənnətə göndərə bilməzsən, çünki mən heç vaxt, heç bir yerdə cənnəti təsəvvür edə bilməmişəm.
  • Sənə adi biri kimi davranan birini heç vaxt sevmə.
  • Səni həsrətlə gözlədikləri yerə getmək necə də xoşdur.
  • Səni tam anlayan qadınla qarşılaşmaq çox təhlükəlidir. Bu adətən evliliklə bitir.
  • Sənət dünyada yeganə ciddi şeydir, amma sənətkar dünyada heç vaxt ciddi olmayan yeganə insandır.
  • Sənət əsəri bənzərsizdir, nərgiz çiçəyindən fərqi budur.
  • Sənət təqlidin bitdiyi yerdə başlayır.
  • Siz bilirsinizmi, qadın marağı nə qədər böyükdür? O, demək olar ki, kişi marağına uduzmur.
  • Sizə yaşını deyən qadına heç vaxt etibar etməməlisiniz. Bunu deyən qadın hər şeyi deyə bilər.
  • Şanssızlığa dözə bilərik, çünki çöldən gəlir və tamamilə təsadüfidir. Halbuki həyatda bizi əsl yaralayan, etdiyimiz səhvlərə heyfslənməkdir.
  • Tanrı üçün qırıq qəlbi bərpa etmək asandır. Yalnız insan onu bütün hissələri ilə ona verərsə bu mümkündür.
  • Tanrılar bizi cəzalandırmaq istəyəndə dualarımızı dinləyirlər.
  • Tarixin qarşısında bizim yeganə borcumuz daim onun üzünü köçürməkdir.
  • Telefonun dəyəri iki insanın bir -birlərinə söylədikləridir.
  • Təbii poza saxlanması olduca çətin pozadır.
  • Təcrübə insanların öz səhvlərinə verdiyi addır.
  • Təcrübə sadəcə bizim öz səhv lərimizə verdiyimiz addır.
  • Təhsil gözəl şeydir, ancaq bunu da vaxtaşırı xatırlamaq yaxşı olardı ki, bəzən öyrənilməsi vacib olan şey, heç vaxt öyrədilmir.
  • Tərəqqi yalnız utopiyaların reallaşmasıdır.
  • Təvazökarlıq axmaqlığın ən ali formasıdır.
  • Uduş kartları olan hər kəs ədalətli oynayır.
  • Uğur bir elmdir. Əgər şərtlərin varsa, nəticə qazanarsan.
  • Uşaqlar həyata valideynlərini sevməklə başlayırlar, zamanla yaşa dolduqca onları mühakimə edirlər. Bəzən isə onlardan imtina belə edirlər.
  • Uşaqlara qarşı mümkün qədər tələbkar olmaq, amma mümkün qədər də böyük hörmət qoymaq lazımdır. Tələb etməzdən əvvəl, öyrətmək lazımdır.
  • Utopiyanı özündə əks etdirməyən dünya xəritəsinə nəzər salmağa belə dəyməz, çünki o, Bəşəriyyətin daim eniş etdiyi bir ölkəni kənarda qoyur. Bəşəriyyət oraya enəndə çölə baxır və daha yaxşı bir ölkə görüb dənizə çıxır. Tərəqqi utopiyaların reallaşmasıdır.
  • Uzun müddət davam edən münasibətlər evlilikdən öncə tərəflərin bir-birinin xarakterini öyrənməsi üçün yaxşı şərait yaradır. Bu da heç məsləhətli bir şey deyil.
  • Ürəklər qırılmaq üçün yaradılmışdır.
  • Üzr istəyirəm, sizi tanıya bilmədim, mən çox dəyişmişəm.
  • Vaxt-pul itkisidir.
  • Varlı subaylar daha çox vergi ödəməlidirlər. Bəzi kişilərin digərlərindən daha xoşbəxt olması ədalətli deyil.
  • Vətənpərvərlik qəddarlıq məziyyətidir.
  • Vətənpərvərlik mərhəmətsizlərin ərdəmidir.
  • Vicdan bizim hamımızı eqoist edir.
  • "Ya divar kağızı gedir, ya da mən".Son sözləri
  • Yalnız dayaz düşüncəli insanlar xarici görünüşə görə mühakimə etmirlər. Dünyanın əsl müəmması görünəndir, görünməyən deyil.
  • Yalnız incəsənət vasitəsilə biz öz mükəmməliyimizin fərqinə vara bilərik.
  • Yaşa! Daxilindəki o gözəl həyatı yaşa! Yaşaya biləcəyin şeylərin itməsinə icazə vermə. Yeni hisslərin axtarışında ol. Heç nədən qorxma.
  • Yaşamaq dünyada ən nadir şeydir. Çoxları sadəcə mövcuddur, vəssalam.
  • Yaşlı nəsil hər şeyə inanır, orta yaşlılar hər şeyə şübhə ilə yanaşır, gənc nəsil isə hər şeyi bilir.
  • Yaşlılar hər şeyə inanır, orta yaşlılar hər şeydən şübhələnir, gənclər hər şeyi bilir.
  • Yoxsulluq? O nədir? Yoxsulluq qapımızın ağzına gəlib çıxanda, sevgi pəncərədən uçub uzaqlaşır.
  • Zəngin subaylara ağır vergi tətbiq olunmalıdır. Çünki heç bir kişi digərindən daha xoşbəxt ola bilməz, bu ədalətsizlikdir.

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə
  1. [1] Цитаты и афоризмы.
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.322