A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər təhsilli deyilik; biz ümumi təhsilin böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz təhsil haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. Nadan insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir. Bertran Rassel
  • Etiqada toxunmamaq olmaz. O, dinin əsasıdır. Bizim zamanımızda isə hər bir din kobud və primitiv xurafatdır. Xurafat, biliyə əsaslanmayan inamdır. Dmitri Mendeleyev
  • Ətrafdakı insanlar boş vaxtlarında özlərinə yer tapmayıb primitiv əyləncə və məşğuliyyət axtaranda, mən yaxşı bir kitab tapıb, öz-özümə deyirəm ki, təkcə bu, bütün həyata kifayətdir. Fyodor Dostoyevski
  • Tanrı kəliməsi mənim üçün insanın zəifliyinin bir ifadəsi və məhsulundan başqa bir şey deyil. İncil də ulu bir kitabdır, amma primitiv əfsanələrdən ibarət bir kolleksiyadır və eyni zamanda olduqca uşaq dilindədir. Albert Eynşteyn
  • Yalan danışmaq – yalnız yalan danışmaq naminə yalan danışmaq bütün vulqar cəmiyyətlərdə primitiv bir istək olmuşdur. Hökm etmək naminə hökm etmək… Həyatdan zövq almaq naminə yox. Fridrix Nitsşe
  • Yetmişinci illərin əvvəllərində ansamblımla Almaniyaya gedəndə məni bir növ primitiv vəhşi hesab edirdilər, mənim bu klassik təlimimdən heç kimin xəbəri yox idi. Musiqiçilər mənim partituralarıma baxdılar və elə bildilər ki, mən kənddən yeni gəlmiş sadə adamam... Filip Qlass

İstinadlar

redaktə