Qadağalar
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
D
redaktə- Düşüncəyə əsaslı qadağalar olmadan, digər dünya görüşlərinə, həyat planlarına və onların ardıcıllarına qarşı radikal inamsızlıq və şübhə olmadan fundamentalizm yoxdur. Hubertus Mynarek
Ə
redaktə- Əgər Tanrı məfhumunu tamamilə bir kənara qoyub, sivilizasiyanın bütün prinsip və qaydalarının, sadəcə, insanlar tərəfindən qoyulduğunu bəri başdan qəbul etsəydik, məhz onda həqiqətən də böyük üstünlük qazanacaqdıq. Çünki o zaman bütün bu əmr və qadağalar süni müqəddəslikdən təmizlənəcək və indiki kimi sərt, amansız və dəyişdirilməsi qeyri-mümkün olmayacaqdı. Beləliklə insanlar bu qayda- qanunların onları ram etmək üçün deyil, sevdiklərinin arxasınca getmələrinə kömək etmək üçün qoyulduğunu başa düşəcəkdilər. Nəticə etibarilə, bu qaydalara daha səmimi və isti münasibət bəsləyəcək və onları qüvvədən salmaq əvəzinə bir az da inkişaf etdirməyə cəhd göstərəcəkdilər.[1] Ziqmund Freyd
F
redaktə- Fəlsəfənin işi qadağalar qoymaqdan ibarət deyil. Fəlsənin məqsədi ortaq ağlın təlqin etdiklərini həll etməkdən ibarətdir. İmmanuel Kant
Q
redaktə- Qadınlar kişilərə nisbətən olduqca əlverişli vəziyyətdədirlər; onlar üçün daha çox qadağalar mövcuddur. Oskar Uayld
S
redaktə- Sənətlə niyə maraqlandığınızı özünüzdən soruşun. Nəyi düşünmək üçün nəyi zəruri hesab etdiniz? Sizdə bu hiss nə qədər güclüdür? Bəs qadağalar olsaydı? Marağınız qanunsuz hesab olunsaydı və bu marağa görə cəzalandırılsaydınız nə edərdiniz? Hər bir sənət əsərinin bir zərurəti var - o şəxsi hissini tap. Nəzərə alın: işlərinizi kimsə görməsə və heç kim Sizin əvəzinizə bu işi görmək istəməsə, onu yenidən nəzərdən keçirəcəksinizmi? Məntiqi bir cavab aldıqdan sonra, şübhəsiz ki, bu suallardan narahat olmadan yolunuza davam edin. Ernst Haas