Bizim Qafqaz müsəlmanlarına heç bir yazı və dil ilə deyil ən söz o qədər əsər etməz, necə ki, şeir ilə deyilən söz,ələlxüsus nəğmələr ilə ki, xoş sovt ilə oxunur və bunun səbəbi odur ki, Qafqazın yerlərinin xasiyyəti belədir. Bizim cənnətin bir guşəsinə oxşayan vətənimizin dağları, çayları, xoş abü-havası və hər bir cəhətdən səfalı və dilgüşa olmağı, onun az zəhmətlə bol məhsul götürən əhalisini cuşə gətirir. Həsən bəy Zərdabi
Bu ərazi sonrakı dövrlərdə də öz münbitliyi ilə şöhrət qazanmışdır. Bütün mümkün mənfəətlər üzrə və Qafqaz dağlarının uca dağlarıyla abad və gözəldir. Əzəmətli Kür çayı gur axarıyla özüylə çoxlu böyük və xırda balıqlar gətirir. O, gəzərək axır və Kaspi dənizinə tökülür. Onun düzəngahları taxıl, üzüm, neft, duz, ipək və pambıq kağızıyla boldurlar; zeytun ağaclarının sayı-hesabı yoxdur; dağlarda qızıl, gümüş, mis və sarı buxur çıxarılır...[3]Moisey Kalanakatlı
Xalq Cümhuriyyətinin süqutu onun rəhbərlərinin günahı deyil, Cümhuriyyətin süqutunun əsas səbəbi Sovet qırmızı ordusunun Azərbaycana daxil olması və Cənubi Qafqazı işğal etməsi idi.Heydər Əliyev
Poqosyan, Balayan, Kaputikayan tipli ayrı-ayrı daşnakların millətçi və rasist hoqqabazlıqlarına baxmayaraq, azərbaycanlılar, ermənilər, gürcülər, ləzgilər və Qafqazın digər xalqları əsrlərlə birlikdə yaşayıblar və bundan sonra da yaşayacaqlar.[4]Ziya Bünyadov
Şuşada Qafqazın başqa yerlərində olmayan Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr, qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları vardır. [5]