Ziya Bünyadov

Azərbaycan tarixçisi

Ziya Musa oğlu Bünyadov (21 dekabr 1923, Astara, Azərbaycan SSR, SSRİ – 21 fevral 1997, Bakı, Azərbaycan) — Azərbaycan şərqşünası, tarixçi, Sovet İttifaqı Qəhrəmanı[1], Dövlət Mükafatı Laureatı və əməkdar elm xadimi.

Ziya Bünyadov
Doğum tarixi 21 dekabr 1923
Doğum yeri Astara, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 21 fevral 1997
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri Fəxri Xiyaban
Şəxsi veb-saytı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Atabəy Eldəniz əsl hökmdar idi. Əmrləri O, verir, İqta torpaqlarını paylayır, dövlət xəzinəsinə o, nəzarət edirdi. Sultan Arslan Şah İbn Toğrulun ancaq adı hökmdar idi.[1]
  • Babək Hürrəmi bütün ömrü boyu xilafətə qarşı vuruşaraq, Azərbaycanda islama qədərki dövrdə mövcud olmuş, bu və ya digər şəkildə zərdüştlük və zəzdəkiliklə bağlı qayda-qanunların bərpasına can atmışdı.[2]
  • Beləliklə, aydındır ki, əgər ermənilər xristianlığı 327–ci ildə qəbul ediblərsə, albanlar artıq 270 il xristianlıqda idilər və bu tarix eramızın 54–cü ilinə müvafiqdir. Xaçpərəstliyi İsanın şagirdləri – həvvariləri Faddey, Yelisey və Varfolomeydən qəbul etdiyi üçün Albaniya kilsəsi birinci həvvari kilsəsidir (pervo – apostolskaya).[3]
  • Bir dəstə pozğun ünsürün törətdiyi əməlləri bütün erməni xalqının adına yazmaq olmaz.[4]
  • Bugünkü fikir gücü dünənkindən alır.[5]
  • Daşnak başçıları Türkiyənin zəhmətkeş erməni xalqını özlərinin çirkin fəaliyyətlərinə şərik etmək üçün, erməniləri öldürüb günahı türklərin üstünə atmaq kimi alçaq əməllərdən belə çəkinmirdilər.[4]
  • Nəsiminin diri-diri dərisinin soyulması sonralar xalq tərəfindən yaranmış bir əfsanədir və geniş kütlənin ona olan hüsn-rəğbətinin rəmzidir.[6]
  • İyirmi ildən artıq xilafətə qarşı kəskin və cəsur azadlıq mübarizəsi aparmış bir xalqı şən və qayğısız ömür sürən başıpozuq bir kütlə kimi qələmə vermək mümkün deyil.[2]
  • Keçmişi bilmədən, tarixi təcrübəni ümumiləşdirmə qabiliyyətinə sahib olmadan, ondan lazımi nəticələr çıxarmaq, gələcəyi proqnozlaşdırmaq, hansısa ciddi planlar qurmaq mənasızdır![5]
  • Marağa Rəsədxanasındakı əlyazmaları arasında azərbaycanlı müəlliflərin də əsərləri olub. Əbu Əli Əhməd ibn Məhəmməd Bərdəinin (498-də (1104) vəfat edib) tarix; Şəmsəddin Məhəmməd ibn Əsman Sərəvinin (660-da (1262) hələ sağ imiş), «Sicili Fətan əl fityan» (Cavan mərdlərə nəsihətlər 16 toplusu); Mühtəsəddin Əbülxeyrin «Tarixi Azərbaycan» (Azərbaycan tarixi) (təxminən 540-cı (1145) ildə yazılıb); Qazi Əfrələddin Təbrizinin (620 1223) «Sirət Nüsrət əd-Din Piskin əs-Sani» (II Nusrətəddin Pişkinin ömür yolu) və başqalarını göstərmək olar.[7]
  • Mən, keçmişi idealizə etmək fikrindən uzağam, ancaq xalq öz tarixini bilməlidir...[5]
  • Mifologiya, insanların ətraf aləmdə baş verən və mahiyyətini anlaya bilmədikləri hadisələri izah etmək üçün onların haqqında bəsit düşüncə ilə obrazlı şəkildə uydurduqları fantastik hekayələrdir.[8]
  • Ölümdən qorxmaq yox, onu yaşamaq lazımdır.[9]
  • Öz dövlətçiliyini IV əsrdə itirmiş ermənilərə sovet hakimiyyəti 1921-ci ildə dövlət hədiyyə elədi.[4]
  • Öz xalqının tarixini, qonşu ölkələrin tarixini bilmək hər kəs üçün, lakin böyüməkdə olan gənc nəsil üçün daha vacibdir. Onlar qəhrəmanlıq səhifələri vətənpərvərlik və Vətənlə bağlı hər şeyə məhəbbət hissləri tərbiyə edən Azərbaycan tarixi ilə bağlı dərin bilgilərə sahib olmalıdırlar.[5]
  • Poqosyan, Balayan, Kaputikayan tipli ayrı-ayrı daşnakların millətçi və rasist hoqqabazlıqlarına baxmayaraq, azərbaycanlılar, ermənilər, gürcülər, ləzgilər və Qafqazın digər xalqları əsrlərlə birlikdə yaşayıblar və bundan sonra da yaşayacaqlar.

İstinadlar

redaktə