Qara Teyfur oğlu Mustafayev (25 dekabr 1931 – 8 oktyabr 2018) — məşhur Azərbaycan alimi, biologiya elmləri doktoru, professor.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Acından quduran düzələr, toxundan quduran düzəlməz.
  • Adam özü-özünü aldatmaqla yaşayır.
  • Adət qanundan güclüdür.
  • Ailə daxilində alver onu dağıdır.
  • Ailənin günahı ata-ananın, xalqın günahı rəhbərindir.
  • Alim hiyləgər olmaz.

B redaktə

  • Bağbanı bar tanıdar, rəhbəri xalq.
  • Böyük ağıl sahibi kiçik işlərə vaxt tapmaz.

C redaktə

  • Cəmiyyətin 3 sahəsinə güzəşt etmək cinayətdir:təhsil, səhiyyə, hərbi.
  • Cəsarətsiz ağlın uğuru az olar.
  • Comərdlik yardım etməyin ən yaxşı formasıdır.

D redaktə

  • Dövlət məmuru xalq üçündür, xalq onun üçün deyil.

E redaktə

  • Ekoloji böhran dünya dərdidir.
  • Elmdən hədiyyə olmaz.

Ə redaktə

  • Əməl mənəviyyatın güzgüsüdür.

G redaktə

  • Gözəlliyi dərk etməyən onu qoruyub saxlaya bilməz.

H redaktə

  • Həqiqəti müdafiə etmək üçün bilik və təcrübə lazımdır.
  • Hər kəs öz ağlının övladıdır.

X redaktə

  • Xəstəliklər ətraf mühitdən gəlir.

İ redaktə

  • İnsanı ən gözəl varlıq edən onun mənəviyyatıdır.

İstinadlar redaktə