Qara Qarayev
Azərbaycan bəstəkarı və pedaqoqu
Qara Qarayev(1918 – 1982) — Azərbaycan bəstəkarı.
SitatlarıRedaktə
- Bax və Çaykovskini sevə-sevə xudbin və əclaf olmaq mümkün deyil. Mosart və Qlinkanı anlayan insan heç vaxt əxlaqsız və çirkli əməl eləməz...
- Məncə Bakı dünyada ən gözəl şəhərdir. Hər gün o, aydın günəşli, yaxud zəif bozumtul-mirvari dumanlı və yağışlı səhərlə oyanarkən oxuyur. O özü bütünlükdə mahnıdır...
- Xalq musiqisinə sırf qoruyuculuq baxımından yanaşanda o, muzey eksponatına çevirir.
Qara Qarayev barədə olan fikirlərRedaktə
- "Onun musiqisi ilə görüş həmişə böyük sevinc gətirirdi, eyni zamanda mürəkkəb həyat problemləri haqqında dərin düşüncələr doğururdu." - Nodar Dumbadze[1]
- "Azərbaycanın görkəmli bəstəkarı Q.Qarayevin musiqisi sovetlər ölkəsinin çoxmillətli mədəniyyətində ən parlaq hadisələrdən biridir. Onun təkrarolunmaz fərdi dəsti-xəttinin fərqləndirici xüsusiyyəti əsərlərində milli və beynəlmiləl keyfiyyətləri üzvi şəkildə birləşdirməsindədir." - Tixon Xrennikov[1]
- "Q.Qarayev mənim ən çox sevdiyim bəstəkarlardandır. Onun musiqisinin müvəffəqiyyətinin sirri xalq ənənələrini klassik irsin ən müasir musiqi formalarında parlaq istedadla, ancaq onu özünə xas olan tərzdə birləşdirilməsindədir." - Dmitri Şostakoviç[1]
- "Qara Qarayevin musiqisi əsl müasir musiqidir. Bizim günlərin musiqisidir, adamların kosmosu fəth etməsi dövrünün musiqisidir. Bu musiqidə günəş və cənub ehtirası var, ay və şimal romantikası var." - Nazim Hikmət[1]
- "Q.Qarayevin yaratdığı musiqi təkcə bərəkətli Azərbaycan torpağının, onun orijinal mədəniyyətinin inciləri deyil, bütün dünya musiqisinin bəzəyidir." - Fikrət Əmirov[1]
- "Q.Qarayevin musiqisi, onun xeyirxah, gülər gözləri həmişə sevinc, mehribanlıq, səmimiyyət və müdriklik saçırdı." - Niyazi[1]
- "Q.Qarayev milli mədəniyyətin inkişafında yeni yollar açan cəsarətli, novator sənətkardır. O, geniş yaradıcılıq vüsətinə malik ustaddır." - Nikolay Tixonov[1]
- "Qara Qarayev bizə özünün bədii dəyərinə görə valehedici irs qoyub getmişdir. Qara Qarayevin adı mütəfəkkir alim, görkəmli publisist kimi Azərbaycan elminin tarixinə yazılmışdır." - Heydər Əliyev[1]