Qay Yuli Sezar
Roma İmperiyasında sərkərdə və siyasi xadim
Yuli Sezar (e.ə. 106-e.ə.44) Roma dövlət xadimi, hərbi sərkərdə, natiq və yazıçısı.
Qay Yuli Sezar | |||
Doğum tarixi | iyul e.ə. 100 | ||
Doğum yeri | Roma | ||
Vəfat tarixi | 15 mart e.ə. 44 | ||
Vəfat yeri | Pompey teatrı | ||
Dəfn yeri | Sezar məbədi | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Adətən, insanlar arzu etdikləri şeylərə inanmaq istəyirlər.
- Anilik cəsarətlini də qorxudar.
B
redaktə- Bir dəfə büdrəməyin bəs edər ki, əvvəl əldə etdiklərindən də çox itirəsən.
- Bir məğlubiyyətin gətirdiyini heç bir qələbə gətirə bilməz.
- Birinci – qoçaq, ikinci – cürətli, üçüncü– cəsurdur… Mininci – çox cəsarətli döyüşçüdür. Ancaq qələbə, şücaətini və qoçaqlığını birliyin, inamın gözə görünməyən əlaqəsi ilə birləşdirən cəsurlara qismət olur.
- Böyük işlərə fikirləşmədən başlamaq lazımdır. Əks halda, çətin olduğunu görüb geri çəkiləcəksən.
- Bütün canlı məxluqların qəribə bir qüsuru var. Bu, sirli, naməlum və anlaşılmazlıqlar qarşısında təbii bir qorxu, vahimə, tabe olmaqdır. Qorxudan, dəhşətdən maarifdən, elmdən istifadə etməklə xilas olmaq olar.
D
redaktə- Dahi əməlləri həyata keçirmək lazımdır, sonsuza qədər düşünüb-daşınmaq yox.
E
redaktə- Elə yaşa ki, öləndə tanışların kədərlənsin.
- Eyforiya, xoşbəxtlik və harmoniyasız mümkün olmayan sevginin əsas atributu qarşılıqlı sevgidir ki, onun da çatışmamazlığını bəzən əvəz etmək mümkün olmur.
Ə
redaktə- Əgər düşmən gizlənmək üçün ağla batmayan yer seçibsə, deməli o böyükdür!
- Əgər rəqiblərdə qələbə çalacaq biri olsaydı, bu gün qələbə onların ola bilərdi.
- Ən böyük düşmən ən az axtardığınız yerdə gizlənir.
G
redaktə- Gəldim, gördüm, qalib gəldim.
- Gəmi sükançısı sualtı daşlardan ehtiyat etdiyi kimi, natiq də artıq sözlər işlətməkdən çəkinməlidir.
H
redaktə- Hakimiyyət həddini aşmaq olar, bu isə məğlubiyyətdir.
- Hakimiyyətdən sadə istifadə ediləndə o qalib gəlir və güclənir.
- Heç kim gözlənilməzlikdən qorxmamaq qədər cəsur deyil.
- Hər kəs öz taleyinin yolçusudur.
- Hökmdarı birinci yerdən ikinci yerə, ikinci yerdən isə sonuncu yerə itələmək bir o qədər də asan deyil.
- Hörüklü qarını daima gözləmək ölümü gözləməkdən də betərdir.
X
redaktə- Xalq müdrikliyi deyir: bir pillə aşağı enmiş hökmdar tezliklə ən aşağı pillədə olacaq.
- Xəyanəti sevirəm, xəyanətkarları isə yox.
İ
redaktə- İnsan beyninin sərhədini genişləndirməkdən böyük qələbə ola bilməz.
- İnsanları çox asanlıqla istənilən şeyə inandırmaq olar, xüsusi ilə də onlar bunu istəyirlərsə.
K
redaktə- Könüllü olaraq dərhal ölümə getmək, uzun müddət cəhənnəm əzablarına, cansıxıcı ağrılara, cinayətkar talenin daimi iztirablarına və mərhumiyyətlərinə dözməkdən daha asandır.
- Könüllü olaraq ölümə gedəni səbirlə ağrıya dözən insanı tapmaqdan daha asandır.
Q
redaktə- Qaliblər və aşiqlər xəstələnmirlər.
- Qələbə legionların şücaətindən asılıdır.
- Qəti addım atılıb.
- Qonağın xətrinə dəymək olmaz.
- Qoy nifrət etsinlər, amma qorxsunlar.
M
redaktə- Mən elə istəyərdim ki, bütün insanların bir başı olsun və mən bu başı vura bilim.
- Mən Romada ikinci adam olmaqdansa, kasıb bir şəhərdə birinci olmağı üstün tutardım.
- Mən satqınlara nifrət edir, eyni zamanda onlardan faydalanıram.
- Mən təbiət ölçülərinə görə də, şöhrət ölçülərinə görə də çox yaşadım.
- Mənim arvadıma hətta şübhənin kölgəsi də düşməməlidir.
- Müharibə, istilaçıya istila edilmişlərə istənilən şərti diktə etməyə ixtiyar verir.
Ö
redaktə- Ölümü gözləməkdənsə, dərhal ölmək daha yaxşıdır.
- Özgə tərbiyəsizliyini ifşa edənin özü nəzakətliliyin nümunəsi ola bilməz.
- Özgəsinin tərbiyəsizliyi nümunəvi və nəzakətli insan üçün söhbətin əsas mövzusu ola bilməz.
P
redaktə- Parçala və hökm elə. (Divide et impera)
- Püşk atılmışdır! (Alea iacta est)
R
redaktə- Romada ikinci olmaqdansa, burada birinci olmaq daha yaxşıdır. - İspaniyaya gedən yolda Qalliyanın kasıb şəhərinin yanından keçərkən (e.ə.58) (Plutarx, "Sezar", 11)
S
redaktə- Silah və qanunlar bir-biri ilə yola getmir.
- Sülh istəyirsinizsə döyüşə hazır olun.
T
redaktə- Təbiətimizə xas olan belə bir qüsur var: görünməz, gizli və naməlum şeylər bizdə həm böyük inam, həm də güclü qorxu hissi yaradır.
- Təcrübə hər şeyin müəllimidir.
- Tərbiyəsizliyi barmaqla göstərmə. Bu ədəbsizlikdir!
Z
redaktə- Zor gücünə özünə yol açmaq.