A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Başqalarını pisləmək üçün edilən qeybətdən alınan zövq başqalarını alçaltdığımız ölçüdə özünüzü ucaltdığımızı sanmaqdır. Rene Dekart
  • Bilin ki, Allahın elmini qoruyan bəndələr vardır ki, onu mühafizə edərlər; qaynaqlarını axıdarlar. Bir-birləriylə uyğunlaşıb görüşərlər, bir-birlərini sevib qovuşarlar. Bir-birlərinə elm və hikmət piyaləsini verərlər, onu içib vəfa və nəsihətdən sirab olarlar. Onların saf könlünü şübhə bulandırmaz, qeybət onlara yol tapmaz. Yaradılışları, təbiətləri belədir: bu təbiətlə sevişərlər, bu təbiətlə bir-birlərinə uyğunlaşarlar. Onlar əkin üçün ayrılmış ən gözəl toxumlardır; pisləri ayaqlanıb atılmışdır; yaxşıları seçilib götürülmüşdür. Mahiyyətlərinin doğruluğu onları seçmişdir; sınaqlar onları yoxlamışdır. Həzrəti Əli
  • Qeybət edən şəxs tacir kimi aldığı sözü dərhal satmaq məcburiyyətindədir. Con Cavel
  • Qeybət etmək aciz insanların işidir. Həzrəti Əli
  • Qeybətə qulaq asan şəxs qeybət edən şəxs qədər günahkardır. Ceyms Rendal
  • Qeybətin nə olduğunu bilirsinizmi? Qardaşınızın xoşlanmayacağı şeylərlə onu xatırlamağınızdır. Məhəmməd peyğəmbər

İstinadlar

redaktə