Qolda Meir
Qolda Meir (1898–1978) — 1969–1974-cü illərdə İsrailin Baş naziri.
Qolda Meir | |||
Doğum tarixi | 3 may 1898 | ||
Doğum yeri | Kiyev, Rusiya imperiyası | ||
Vəfat tarixi | 8 dekabr 1978 | ||
Vəfat yeri | West Jerusalem | ||
Dəfn yeri | Herzl dağı | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bir insanı öldürməklə o adamın başqaları tərəfindən öldürülməsinə səbəb olacaq qərarın qəbul edilməsi arasında heç bir fərq yoxdur. Tam eynidir, daha pisi də… Öz xalqını döyüşə atmaqdan çəkinməyən siyasi liderin lider olmağa haqqı yoxdur.
- Biz hökumətlərə sovet müdaxiləsinin yeni mərhələsinin təhlükəsi barədə məlumat verdik. Biz izah etdik ki, elə bir vəziyyət yaranıb ki, təkcə İsraili deyil, azad dünyanın bütün dövlətlərini narahat etməlidir. Çexoslovakiya dərsini unutmaq olmaz. Əgər azad dünya, xüsusən də onun lideri olan Birləşmiş Ştatlar laqeyd qalırsa və Sovet İttifaqını heç bir əlaqəsi olmayan münaqişəyə belə böyük eqoist müdaxilədən çəkindirməyə cəhd etmirsə, deməli təkcə İsrailə qarşı deyil belə müdaxilə; heç bir kiçik, hətta orta dövlət öz sərhədləri daxilində təhlükəsiz yaşaya bilməyəcək.
- Biz müharibəyə nifrət edirik. Biz qələbələri səbirsizliklə gözləmirik. İsraildə yeni pambıq yetişdiriləndə, çiyələk çiçəklənəndə sevinirik.
- Bu qədər təvazökar olmayın — siz o qədər də böyük deyilsiniz.
Ə
redaktə- Ərəblər silahlarını yerə qoysalar, daha şiddət olmayacaq. Yəhudilər silahlarını yerə qoysalar, İsrail olmayacaq.
- Ərəblər uşaqlarını yəhudilərdən daha çox sevdikləri zaman Yaxın Şərqdə sülh olacaq.
H
redaktə- Hər şeydən əvvəl bu ölkə bizimdir. Heç kim səhər oyanıb qonşularının onlar haqqında nə düşündüyündən narahat olmamalıdır. Yəhudi olmaq burada problem deyil.
- Hisslərdən, duyğulardan qorxan, hiss etdiklərini gizlədən və bütün qəlbilə ağlamağı bilməyən insanlara həmişə acıyıram. Çünki bütün qəlbi ilə ağlaya bilməyənlər yüksək səslə gülməyi belə bilmirlər.
- Hitlerin qaz kameralarında ölənlər, özünü müdafiə etmədən ölən son yəhudilər idi.
X
redaktə- Xalqını döyüşə göndərməzdən əvvəl tərəddüd etməyən lider — lider olmağa layiq deyil.
Q
redaktə- Qadın azadlıq hərəkatı boş və faydasızdır. Axı məzlum güclüdür. Kişilər uşaq dünyaya gətirə bilməzlər. Və əmin deyiləm ki, kimsə bu problemdə onlara kömək edə bilər.
- Qadınların kişilərdən daha yaxşı olduğunu deyə bilmərəm. Amma onlar əlbəttə ki, kişilərdən daha pis deyillər.
- Qəlbi dolub ağlamağı bilməyənlər ona görə gülməyi də bilmirlər.
M
redaktə- Musa Yaxın Şərqdə neft olmayan yeganə yerə gətirmək üçün bizi 40 il çöldə sürüklədi.
- Müsəlmanlar döyüşüb məğlub ola bilərlər, amma sonra yenə gəlib təkrar döyüşə bilərlər. İsrail isə yalnız bir dəfə məğlub ola bilər.
P
redaktə- Pessimizm yəhudilərin ödəyə bilməyəcəyi bir lüksdür.
S
redaktə- Sülhün üçüncü tərəf vasitəsilə əldə oluna biləcəyini düşünməyin mənası yoxdur. Bunu, bizimlə bir masa arxasında oturan ərəblər etməlidir. Böyüklər mübahisə etdikcə, ərəblər bütün məsuliyyətdən azad olduqlarını hiss edəcəklər və bunun əvəzinə indi nəhayət bunu öz üzərinə götürməlidirlər. Üç dəfə müharibə etdilər, üç dəfə məğlub oldular və həmişə onlara deyən var idi: fərqi yoxdur, vəziyyəti düzəldəcəyik. Beləliklə, BMT-nin fövqəladə qüvvələri, atəşkəslər, müşahidəçilərimiz var idi, lakin heç vaxt sülh olmadı. İndi, Ərəblərə və israillilərə birbaşa təsir edən problemi heç kim həll edə bilməz, heç kim həll yolunu bizə sırıya bilməz. Biz sülh istəyirik, bizə müəyyən və ədalətli sərhədləri təmin edən tərəflər arasında müzakirə edilən sülh lazımdır.
T
redaktə- Tam səmimi deyirəm ki, heç vaxt öz hərəkətlərimin uğuru ilə maraqlanmamışam. Düzgün etdiyimi anlayanda, mümkün nəticədən asılı olmayaraq, məndən asılı olan hər şeyi etdim.
- Təvazökar olma, o qədər də böyük deyilsən.
V
redaktə- Vicdanını itirən insan hər şeyi itirir.
Y
redaktə- Yaxın Şərqdə sülh o zaman gələcək ki, ərəblər öz uşaqlarını yəhudilərə nifrət etdiklərindən daha çox sevəcəklər.
- Yəhudi dilini bilməyən əsl yəhudi deyil.
- Yoxsulluğu, soyuqluğu, aclığı və qorxunu xatırlayıram, heç vaxt heç nəyə çatmırdı — yemək yox, isti paltar, odun yox idi və sıyıq bizim üçün əsl dəbdəbə idi.