Ərəblər
xalq
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
D
redaktə- Dəvədən soruşdular: ərəb atı xoşuna gəlirmi? Dedi: "Qozbel olsaydı, lap yaxşı olardı". Gürcü atalar sözləri
- Daha çox Türk və Ərəb immiqrant istəmirik. Horst Sihofer
- Dünyada ərəblər kimi gözəl nağıl uyduran, farslar kimi bu nağılı gözəl danışan və türklər kimi bu nağıla inanan ikinci bir millət yoxdur. Mirzə Fətəli Axundov
Ə
redaktə- Ərəblər deyirlər bağışla, lakin minnət qoyma, faydası özünə qayıdacaq. Sədi Şirazi
- Ərəb müdrikləri (filosofları) beş cür arvaddan qaçmağın vacib olduğunu demişlər: “hənnanə”, “mənnanə”, “ənnanə”, “kiyyət əl-qəfa”, “xəzra üd-dəmən”. “Hənnanə” başqa kişidən uşağı olan və təzə ərinin dövləti ilə onlara mehribanlıq göstərən qadına deyərlər. “Mənnanə” öz dövləti ilə ərinin boynuna minnət qoyan qadına deyərlər. “Ənnanə” əvvəllər daha yaxşı yaşamış, ya daha dövlətli ər görmüş, indiki halından və ərindən daima şikayət edən arvada deyərlər. “Kiyyət əl-qəfa” elə əxlaqsız qadına deyərlər ki, əri ayağını bir yana qoycaq özünə başqa bir kişi tapar, ərinin adını bədnam edər. “Xəzra üd-dəmən” bədcins gözəl arvada deyərlər, onu “yaşıl təzək” adlandırmışlar. Nəsirəddin Tusi
- Ərəb öldü, qan düşdü. Azərbaycan atalar sözləri/Ə
- Ərəblər bizim minillik səltənətimizi yıxdılar, şan və şövkətimizi bərbad etdilər, vətənimizi elə xarabadan da xarab etdilər ki, bu günə qədər abad etmək mümkün olmayıbdır.[1] Mirzə Fətəli Axundov
- Ərəblər, bizim uşaqlarımızdan nifrət etdiklərindən çox öz uşaqlarını sevdikləri vaxt döyüşməyi buraxacaqlar. Qolda Meir
İ
redaktə- İngiltərənin ingilislərə və ya Fransa fransızlara aid olduğu mənada Fələstin də ərəblərə məxsusdur. Yəhudiləri ərəblərə sırımaq yanlışdır və insanlıq deyil. Mahatma Qandi
O
redaktə- Onlar Orta Asiyanın Əşrusən (Usruşana) vilayətinin qədim soğd nəsillərindən idilər. Ərəb ordusunun bir çox məşhur sərkərdələri, о sıradan Afşin Heydər ibn Kavus bu torpaqdan çıxmışdılar. Bəzi mənbələrdə türk kimi anılıblar, lakin onu da qeyd etmək lazımdır ki, o vaxtı ərəblər Orta Asiyadan çıxan bütün xalqları, tayfaları türk sayırdılar.[2] Vladimir Minorski
Mənbə
redaktə- Atalar sözü. Bakı, 1985.
İstinadlar
redaktə- ↑ Babək kimdir- peyğəmbər, hökmdar, kommunist, yoxsa…
- ↑ V. Minorsky. Studies in Caucasian history. — Cambridge University Press, 1957. — С. 111.