Qrem Qrin

(Qraham Qrin səhifəsindən yönləndirilmişdir)

Henri Qraham Qren, (2 oktyabr 1904 - 3 aprel 1991) İngilis yazıçısı, dramaturq, qısa hekayə yazıçısı, səyahət yazıçısı və tənqidçisi

Qrem Qrin



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Başqalarına güvənmədən yaşaya bilməzsən, çünki bu, öz həbsxananda oturmaq deməkdir.
  • Başqalarının iztirabını unutmaq asandır.[1]
  • Bəzən düşünürəm ki, əzab axtarışı və əzabın yaddaşı bizi bütün insan vəziyyəti ilə təmasda saxlamaq üçün yeganə vasitədir. Əzab çəkməklə biz xristian mifinin bir hissəsi oluruq.
  • Bəzən düşünürəm ki, yazmayanların və ya şəkil çəkməyənlərin və mahnı bəstələməyənlər insanların vəziyyətinə xas olan dəlilikdən, melanxoliyadan, dəhşətdən, çaxnaşmadan necə xilas ola bilirlər.
  • Bidət fikir azadlığının başqa adıdır.
  • Əxlaq, maraq kəsildikdən sonra qocalığın kədərli hikməti ilə gəlir.
  • Hamımız ölümlə barışırıq, amma heç kim həyatla barışmır.
  • Xahiş edirəm mənə xoşbəxt bir insan göstər, mən də sənə eqoizm, pislik və cəhalət göstərim.
  • İnsan, əgər insan qalacaqsa, tərəf tutmaq məcburiyyətindədir.
  • İnsanlar, yaşı onları başa düşməyə məcbur edənə qədər sadə məntiq və reallığı sevmirlər.
  • İnsanlar arasındakı münasibətlərdə incəlik və yalan minlərlə həqiqətə dəyər.
  • Kilsə bütün qaydaları bilir, amma insanın nə düşündüyünü bilmir.
  • Qədim kitabların füsunkar təravəti şərabı andırır.
  • Mən ideologiyamı pozsa da həqiqəti anlamağa çalışıram.
  • Problem ondadır ki, mən öz inamsızlığıma inanmıram.
  • Nağılçının vəzifəsi dövlətin icazəsi hüdudlarından kənarda qalanlara rəğbət hissi və anlayış ölçüsünü oyatmaqdır.
  • Şöhrət ən güclü stimuldur.
  • Tövbə etməklə günah yükünü atmaq bizim üçün nə qədər asan görünür.
  • Uşaqlığımızda həmişə qapının açıldığı və həyatımıza gələcəyin daxil olduğu bir an var.
  • Zalım adamı asan tanıya bilərsən. Kinoda ağlayar.
  • Zərərsizləri günahlandırmaq olmaz, çünki onlar həmişə günahsızdır. Yalnız onları cilovlaya və kökündən kəsə bilərsiniz. Günahsızlıq bir dəlilik formasıdır

Mənbə

redaktə
  • Aforizmlər və hikmətli sözlər. Bakı, 2005

İstinadlar

redaktə
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.244.