Qurani-Kərim

Müsəlmanların müqəddəs kitabı
(Qurani Kərim səhifəsindən yönləndirilmişdir)
Qurani-Kərim



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Allah ölümü və həyatı yaratdı ki, sizlərdən hansınızın yaxşı əməl sahibi olduğunu sınasın.
  • Allah sizə əmanətləri öz sahiblərinə qaytarmağınızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir.
  • Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır.
  • Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz. (Bəqərə surəsi, 154-cü ayə).
  • Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. (Ali-İmran surəsi, 169-cu ayə).
  • Ey iman edənlər. Bilə-bilə Allaha, Onun Peyğəmbərlərinə və aranızdakı əmanətlərə xəyanət etməyin.
  • Ey Rəbbim! Dilimdəki düyünləri aç ki, sözümü yaxşı anlasınlar.
  • (Ey Rəsulum! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.
  • Əgər Allah sizə yardım edərsə, heç kim sizə qalib gələ bilməz. Yox əgər zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər?
  • Əgər onlardan "göyləri və yeri kim yaratmışdır" deyə soruşsan, onlar mütləq "Allah" deyə cavab verəcəklər.
  • Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, səndən əvvəl Kitab oxuyanlardan soruş. Rəbbindən sənə haqq gəlmişdir. Odur ki, şübhə edənlərdən olma.
  • Əhd etdiyiniz zaman Allaha verdiyiniz əhdi yerinə yetirin. Allahı özünüzə zamin edib möhkəm and içdikdən sonra onu pozmayın. Həqiqətən, Allah nə etdiyinizi bilir.
  • Ərşin sahibi də, şanlı-şərəfli olan da Odur! O, istədiyini edəndir.
  • Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun (Allahın) qüdrət əlamətlərindəndir.
  • Haqq sənin Rəbbindəndir! Odur ki, şübhə edənlərdən olma. [1]
  • Harada olursunuz olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq.
  • Heç bilənlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?!
  • Həqiqətən göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır.
  • Hər kəs (Rəbbin hüzuruna) yaxşı əməllə gəlsə, ona bundan (əməllərindən) daha yaxşısı verilər. Hər kəs pis əməllə gəlsə, (bilsin ki) pis əməllər edənlərə ancaq əməllərinin cəzası verilər! (Cəzaları pislikləri qədər olar, onlara heç bir haqsızlıq edilməz!).
  • Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.
  • O, göyləri və yeri haqq-ədalətlə (yerli-yerində) xəlq etdi, sizə surət verdi, surətinizi də gözəl yaratdı. (İnsan bütün canlıların ən gözəli və ən kamilidir.
  • O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən!
  • O, yaratdığı hər şeyi gözəl yaratdı.
  • Oxu! Yaradan Rəbbinin adı ilə.
  • Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara "Uf" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. onlarla xoş danış!
  • Rəhmanın bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman salam deyərlər.
  • Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər.
  • Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xalq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindədir.
  • Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz.
  • Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!)
  • …Təkcə böyük savab yiyəsinə verilən vergidir gözəl xislət.
  • Ürəklərinizdəkini gizlətsəniz də, aşkara çıxarsanız da, Allah onu bilir, çünki O, göylərdə və yerdə olanların hamısını biləndir. Allah hər şeyə qadirdir.
  • Yaxşılıq etmək; Şübhəsiz ki, Allah yaxşı işlər görənləri sevir.
  • Yaxşılıq da etsəniz özünüzə etmiş olursunuz, pislik də.
  • Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən.[2]
  • Yol kəsənlər Quranı oxuyub öyrəndikdən sonra yol göstərənlər oldular. Məhəmməd İqbal

Haqqında sitatlar

redaktə
  • Mən Quranı hər yöndən araşdırdım. Hər kəlməsində böyük hikmətlər gördüm. Mən bunu iddia edirəm ki, Həzrəti Mühəmməd seçilmiş bir insandır. Belə bir insanın yenidən gəlməsi ehtimaldan uzaqdır. Ey Muhəmməd! Sənin çağdaşın ola bilmədiyim üçün çox kədərlənirəm. Öyrətdiyin və yaydığın bu kitab sənin deyildir. Bu, Allah kəlamıdır. Bu kitabın Allah sözü olduğunu inkar etmək bugünkü elmlərin lazımsızlığını iddia etmək qədər gülüncdür. İnsanlıq sənin kimi seçilmiş bir qüdrəti bir dəfə görmüş, bundan sonra görməyəcəkdir. Hüzurunda tam hörmətlə əyilirəm. [3] Otto fon Bismark

İstinadlar

redaktə
  1. Aforizmlər. Bakı, 2013. səh.193
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014
  3. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.317