Rəsul Rza
Sərbəst şeirin əsas yaradıcısı
Rəsul Rza (tam adı: Rzayev Rəsul İbrahim oğlu; d. 19 may 1910, Göyçay – ö. 1 aprel 1981, Bakı) — azərbaycanlı şair, dramaturq, tərcüməçi, ictimai xadim.
Rəsul Rza | ||||
Doğum tarixi | 6 may 1910 | |||
Doğum yeri | Göyçay | |||
Vəfat tarixi | 1 aprel 1981 | |||
Vəfat yeri | Bakı | |||
Dəfn yeri | Fəxri Xiyaban | |||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
İ
redaktə- İnsanda insan oyat.
O
redaktə- Od nə çəkdi güldən soruş.[1]
Rəsul Rza haqqında sitatlar
redaktəA
redaktə- Azərbaycan sovet poeziyasının yüksəlişində, şeirimizin zənginləşməsində, saflaşdırılmasında Rəsul Rza yaradıcılığının tarixi xidməti vardır. Onun poeziyası hər cür sadəlövh fəlsəfəçiliyə, saxta xəlqiliyə, ucuz heyranlığa zidd olan, həyatın real hadisələrindən doğub mərdanə romantika ilə uzaq üfüqlərə qanadlanan poeziyadır. Nə qədər ki, dilimiz yaşayır, nə qədər ki, poeziyaya mənəvi ehtiyacımız var, Rəsul Rza da bizimlə olacaq.[2]
- İlyas Əfəndiyev, Azərbaycan yazıçısı.
R
redaktə- Rəsul Rza Azərbaycan poeziyasının novatorlarından biri, özünəməxsus orijinal şair, xalq şeirinin, klassik poeziyanın böyük pərəstişkarıdır.[3]
- Nazim Hikmət.
- Rəsul Rza müasir Azərbaycan şeirinə bugünkü şəhərin danışıq dilini, bu dilin harmoniyasını gətirib. Danışıq dili deyəndə mən Bakı və Kirovabad şivəsini nəzərdə tutmuram. Mən azərbaycanlı vətəndaşın dilini nəzərdə tuturam. Bu sahədə Rəsul Rza Sabir ənənələrini davam etdirir. Məgər öz dövrünün poeziyasına Azərbaycan şəhərlisinin dilini gətirmək Sabirin xidməti deyilmi?[4]
- Nazim Hikmət.
- Rəsul Rza və Maqsud Şeyxzadə təkcə Azərbaycan və özbək şeirinin xəritəsində deyil, ümumtürk poeziyasının məna və mahiyyətində köklü təzələnmənin baniləri kimi şöhrətlənirlər. Onlar yeni epoxanın yeni söz sənətini yaradanların öncüllərinə çevrildilər. Amma bu misilsiz estetik missiyanı Rəsul Rza Azərbaycanda, Maqsud Şeyxzadə isə Özbəkistan ədəbi mühitində həyata keçirdi.[5]
- Yaşar Qasımbəyli, filologiya elmləri doktoru.
İstinadlar
redaktə- ↑ Sabir Rüstəmxanlı. Ömür kitabı. Bakı, 1988
- ↑ Təskinliyimiz // Ədəbiyyat və incəsənət, 1981, 10 aprel
- ↑ [1]Böyük şair və müasirləri haqqında dəyərli tədqiqat. "Rəsul Rza və ədəbi çağdaşları" ilə bağlı qeydlər.
- ↑ [2]Böyük şair və müasirləri haqqında dəyərli tədqiqat. "Rəsul Rza və ədəbi çağdaşları" ilə bağlı qeydlər.
- ↑ [3]Böyük şair və müasirləri haqqında dəyərli tədqiqat. "Rəsul Rza və ədəbi çağdaşları" ilə bağlı qeydlər.