Səfillər (Viktor Hüqo)

Səfillər - Viktor Hüqonun əsəri.

Əsərdən sitatlar Redaktə


A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A Redaktə

  • Ağıllı o adama deyərlər ki, vaxtında özünü dustaq edə bilsin.

B Redaktə

  • Bəşər alicənablığının ən yüksək nümunəsi başqalarının işlədiyi günahın cəzasını çəkməkdir.

D Redaktə

  • Dərdli adamlar geriyə baxmazlar. Onlar qara talelərinin dallarınca gəldiyini çox gözəl bilirlər.

Ə Redaktə

  • Əgər günah ilahi surəti qaraltsa, vicdan ağrılı bir məmnunsuzluqla ruhu narahat edər...

G Redaktə

  • Gülmək günəş kimidir, o, insanların üzündən qış soyuğunu qovur.

H Redaktə

  • Hər əzablı yolun bir istirahəti var.

İ Redaktə

  • İndi ucuz olan nədir? Hər şey bahadır. Təkcə dərd ucuzdur. Bax bu dərdi lap havayıca alarsan.
  • İndiki cəmiyyət içindəki ictimai həyat pisdir. Lakin insan yaradılış olaraq pis deyil, pisliyin qaynağı qanunlar və adətlərdir...
  • İnsan öz-özündən qorxmalıdır. Əsl oğru xurafatdır, əsl qatillər isə - qəbahətlər.
  • İnsanın cismi vardır. Bu cisim eyni zamanda onun üçün həm ağır yük, həm də vəsvəsədir... O bu cismi sürüyür və ona tabe olur...

K Redaktə

  • Köləliyin ağırlığı qadın üzərinə, yəni zəriflik,gözəllik, analıq üzərinə düşür... Bu hal bütün kişilər üçün bir ləkə...həm də ən böyük ləkədir...

Q Redaktə

  • Qaranlıq içində olan qəlbdə günah doğar. Müqəssir günah edən deyil, bu qaranlığı yaradandır.
  • Qəlbi soyutmaq olar. Taleyi dəyişmək olmaz.

M Redaktə

  • Müqəddəs olmaq- müstəsna bir şeydir: ədalətli olmaq isə qaydadır.
  • Mümkün qədər az günah etmək - insan üçün qanun budur. Heç günah etməmək isə mələklərin arzusudur. Yer üzündə nə varsa günaha tabedir. Günah cazibə qüvvəsinə malikdir.

O Redaktə

  • O, qısqanclığı işə salaraq, qəzəbdən haqiqət, intiqamdan isə ədalət doğurmuşdur....
  • Ot olub yeyilməkdənsə, diş olub yemək yaxşıdır.

S Redaktə

  • Sağlam düşüncə yalan deyə bilməz.
  • Səhv – məhəbbətin ayrılmaz hissəsidir.

T Redaktə

  • Tanrı evi qorumursa, onu mühafizə edənlər əbəs yerə qoruyurlar.

V Redaktə

  • Vicdan-bizdə mövcud olan biliklərin məcmusudur.

Y Redaktə

  • Yolunuzdan çıxın, yıxılın, günah iş görün, ancaq ədalətli olun.

İstinadlar Redaktə