Viktor Hüqo
Viktor Mari Hüqo (1802-1885) - fransız yazıçısı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Ailə cəmiyyətin kristalıdır.
- Ailəni dağıtmağa çalışan hər hansı ictimai quruluş yararsızdır. Ailə – hər bir cəmiyyətin büllurudur.
- Ağıl da təbiət kimi boşluq sevmir.
- Ağıllı o kəsdir ki, özünü görə bilir.
- Ağlamaq üçün gözdən yaşmı axmalıdır, dodaqlar gülərkən insan ağlaya bilməzmi ?
- Almazı yerin dərinliyində axtardığımız kimi, həqiqəti də düşüncələrimizin dərinliyində axtarmalıyıq.
- Aristokratlar qadınların təhqir bildiyi bir şey - qocalıqla fəxr edir. Onların hər ikisi cavan qalmaq illüziyasını yaşayır.
- Avropalılar arasında hər hansı bir müharibə vətəndaş müharibəsidir.
BRedaktə
- Bağışlamaq və unutmaq yaxşı insanların intiqamıdır.
- Bekarçılıq - uşaqların xoşbəxtliyi və qocaların bədbəxtliyidir.
- Bəlkə də yalançı dostlarına bir təşəkkür borclusan; sənə gerçək dostlarının dəyərini xatırlatdıqları üçün.
- Bəzən ala biləcəyin ən böyük intiqam bağışlamaqdır və bəzən də veriləcək ən yaxşı cavab gülüb keçməkdir.
- Bir-birinizi hər zaman ürəkdən sevin. Dünyada demək olar ki, sevgidən başqa bir şey yoxdur.
- Bir gün mən küçədə kasıb sevən gördüm. Onun üzərində köhnə papaq və dirsəkləri yeyilmiş palto vardı, lakin onun qəlbində ulduzlar parıldayırdı.
- Bir qadın səninlə danışarkən danışdıqlarını gözlərinlə birlikdə dinlə.
- Bir məktəb açan bir həbsxana bağlayar.
- Bir millət tək bir insan və tək bir ruh ola bilməlidir.
- Bir millətin böyüklüyü, əhalisinin çoxluğu ilə deyil, ağıl və fəzilət sahibi insanlarının sayıyla müəyyən olur.
- Bir sevgilisi olan qadın mələkdir, iki sevgilisi olan qadın canavardir, üç sevgilisi olan qadın doğrudan da əsl qadındır )
- Bir vətəndaşın azadlığı obiri vətəndaşın azadlığının qurtardığı yerdən başlayır.
- Biz qışqıraraq dünyaya gəlirik, inilti ilə ölürük. Yaşamaq üçün geriyə gülmək qalır.
- Bizim hərəkətlərimiz bizi ən uca göylərə qaldırar və eyni zamanda endirə bilər.
- Bizim xəyallarımız bizə ən uyğun olanıdır. Hər bir xəyal öz xüsusiyyətlərinə uyğun olaraq tərtib edilir.
- Böyük insanlar nadirən tənhalıqda üzə çıxır.
- Böyük təhlükələrin öz gözəlliyi var: O tanış olmayan insanlara qardaşlıq həyatı verir.
- Bu günümüzün necə olmasından asılı olmayaraq, bizim sabahımız sülhdür.
CRedaktə
- Gerçəklik kimi ölən, bərqərar olmaq kimi canlıdır.
- Camaatı teatrda cəlb eləməyin iki yolu var: dahilik və həqiqilik vasitəsiylə. Dahilik kütlələri, həyatilik isə ayrı-ayır adamları cəlb eləyir.
- Cəhalət (biliksizlik) - bu alaqaranlıqdır, orada pislik axtarılır.
- Cəmiyyət iki qrup insanları sevmir: Ona qarşı çıxanları və Onu müdafiə edənləri.
- Cəmiyyətdə yaxşılıq və pislik fərdlərlə ortaya çıxır. Cəmiyyəti tənqid etmək yox, çatışmazlıqlarını aradan qaldırmaq üçün çalışmaq lazımdır.
ÇRedaktə
- Çalışmaq həyat, düşünmək işıqdır.
- Çalışmaq - uçub gedə bilən bir vərdişdir: tərk etmək asan, yenidən başlamaq isə çətindir.
- Çəkicdən başqa heç nəyi olmayanın gözləri hər yerdə ancaq mismar görər.
DRedaktə
- Dahi insanlar nadir hallarda təklikdə görünür.
- Dahilər Parisdə ölmək üçün əyalətdə doğulur.
- Daxili gözəlliyi olmayan heç bir xarici gözəllik tam hesab edilə bilməz.
- Diplomat sizə hər şey verər, öz hisslərindən başqa.
- Diqqət, ağlın ən böyük uşağıdır.
- Dünya qüvvələrindən daha böyük qüvvə vardır: O Vaxtı gəlmiş ideyadır.
- Dünyada ən böyük xoşbəxtlik, əmin olmaqdır ki, sizi sevirlər, sizin özünüzə görə sevirlər, daha dəqiq desək, sizə rəğmən sevirlər.
- Dünyada ən böyük səadət sevilməkdə əmin olmağındır.
- Düşmənin bıçaq zərbələrinə biganə qala bilərsiniz, amma sevilən birinin sancağı ağrılıdır.
- Düşüncədə iradə var, xəyalda isə iradə yoxdur.
ERedaktə
- Elm adamlarının inkişafı pillə-pillə, sənət adamlarının inkişafı isə birdən-birə və ani baş verir.
- Elə alçaq bir qapıdır ki aclıq, keçmək zəruri olan kimi, insan nə qədər böyükdürsə, o qədər çox əyilir.
- Eşq iki ikən bir olmaq deməkdir.
- Eşq nədir? Küçədə çox kasıb bir gənclə tanış olmuşdum. Eşqə düşmüş gənclə. Papağı köhnəlmiş, paltosu cırılmış, ayaqqabısı yırtılmışdı. Ayaqqabısı su keçirirdi, könlü ulduzlu idi.
- Eşq uğrunda həyatımı verərəm, hürriyyət uğrunda isə eşqimi də fəda edərəm.
ƏRedaktə
- Ədalətsizlik - iğtişaş və hərc-mərclikdən yaxşıdır.
- Əfv insanlıq dilinin ən şirin kəlməsidir.
- Ən çox fantaziyalarımız bizə bənzəyir. Hər kəsin arzusu onun naturasına uyğun biçilib.
- Ən mükəmməl ədalət vicdandır.
- Əriməyən buz olmadığı kimi ömürlük xoşbəxtlik də yoxdur.
- Əsl insanın vəzifəsinin yarısı vətənə, yarısı isə xalqa xidmət etməkdən ibarətdir.
FRedaktə
- Faydalı olmaq yalnız faydalı olmaq, gözəl olmaq yalnız gözəl olmaqdır, amma faydalı və gözəl olmaq böyük olmaqdır.
GRedaktə
- "Getmə" deyə biləcək qədər güclü olmalıdır insan həyatda. Çünki heç kim, itirdiklərini unuda biləcək qədər güclü deyil əslində.
- Gələcəyin bir neçə adı var. Zəif insan üçün gələcəyin adı - mümkünsüzlükdür. Qorxaq insan üçün - naməlumluq. Düşüncəli insan üçün - ideal.
- Gəlin elə yaşayaq ki, biz öləndə hətta tabutçu belə heyfsilənsin.
- Gəncliyə, yaşlılıqdan çox hörmət etməliyik.
- Gözəl qadın heç vaxt ağıllı qadının əldə etdiyini əldə edə bilməz.
- Gözlərin ən gözəli, bəzən ən yalançılarıdır.
- Gözü olan o adamdır ki, özünü görə bilsin.
- Güçün kimin tərəfində olmasının mənim üçün əhəmiyyəti yoxdur. əhəmiyyətli olan odur ki, qanun kimin tərəfindədir.
- Gülmək üçün xoşbəxt olmağı gözləməyin, bəlkə də gülmədən ölərsiniz.
- Gülüş - bu günəşdir, o İnsan üzündən qışı qovur.
HRedaktə
- Hamı ölür, amma hamı yaşaya bilmir.
- Hansı sərvətdir ki, insanlar onun qədrini bilmirlər? – Təvazökarlıq.
- Harada düşüncə varsa, orada qüdrət var.
- Heç kim itirdiklərini unuda biləcək qədər güclü deyil.
- Heç kimə və heç nəyə inanmayan adam bədbəxtdir.
- Həqiqi sevgi doymaq bilmir. Həmişə ruhi olaraq o, soyuya bilməz.
- Həqiqi sevgi səhər şəfəqi kimi işıqlı, qəbir kimi laldır.
- Həm gözəl insan olmaq, həm də işə yaramaq - böyük adam olmaq deməkdir.
- Həmişə bir-birinizi bütün qəlbinizlə sevin. Dünyada sevgidən başqa demək olar ki, heç nə yoxdur.
- Hər açılan məktəb bir həbsxananın bağlanması deməkdir.
- Hər bir mədəniyyət teokratiyadan başlayıb, demokratiyada başa çatır.
- Hər hansı birinin səndən nifrət etməsinin əsl səbəbi; sənin kimi olmaq istədiyi halda əsla sənin kimi ola bilməyəcəyini bilməsidir.
- Hər kəs ölər amma hər kəs həqiqətən yaşamaz.
- Hər qadına sahib olmağa çalışan adam bir qadına həsrət qalar! Bir qadına sahib olan adam; hər qadını özünə heyran buraxar.
- Hətta yarpaqlar arasında oxuyan bir quşcığaz da tanrının varlığını sübut edir.
- Həyat - güldür.Sevgi - nektar.
- Həyat, fəlakət, təklik, üz üstə buraxılmışlıq, yoxsulluq özünə görə qəhrəmanları olan döyüş sahələridir.
- Həyat nəğmədir, onun nəqarəti isə ölümdür.
- Həyatda ən uca şey xoşbəxtlikdir - bu bizim sevildiyimizin əminliyidir, bizi necə varıq elə sevilirik və ya baxmayaraq ki biz beləyik, biz sevilirik.
- Həyatdakı ən böyük xoşbəxtlik olduğun kimi sevilməkdir.
- Həyatın bütün dərdlərinin çarəsi kitablardadır…
XRedaktə
- Xəyanət insanın özünü dərdə salır.
- Xoş görmək və bağışlamaq sevginin təməlidir.
- Xoşbəxtliyə malik olmaq azdır, xoşbəxtliyə layiq olmaq lazımdır.
- Xoşbəxtliyin yolu sevgi və insanlara hörmətdən keçir.
İRedaktə
- İblisin başqa bir adı da yalandır.
- İdeya - söz meşəsində nadir ovçudur.
- İlk sevgi və son sevgi arasındakı fərq; insanın ilk sevgisini son sevgisi sanması, son sevgisini isə ilk sevgisi gözüylə görməsidir...[1]
- İnsan xeyirxah, təmiz, ədalətli, namuslu olmaq üçün doğulur.
- İnsan sevgini izah edə bilirsə, deməli o heç kimi sevməyib.
- İnsanda bir zülmkarlıq var - cəhalət.
- İnsanda həmişə nəsə çatışmır. Xoşbəxt olanda cənnət istəyir, cənnətdə olanda açıq səma arzulayır. Sevənlər, bütün bunları sevginizdə tapmağı öyrənin!
- İnsanın böyüklüyü onun boyu ilə ölçülmədiyi kimi xalqın böyüklüyü də onun sayı ilə ölçülmür. Yeganə ölçü vahidi əqli inkişaf və mənəvi səviyyə ola bilər.
- İnsanın daxili aləmində olan xeyirxahlıq - günəşdir.
- İnsanın daxilindəki yaxşılıq - bu günəşdir.
- İnsanın əzəməti onun boyu ilə ölçülmədiyi kimi, millətin əzəməti də onun sayı ilə ölçülmür.
- İnsanın irəli getməsi üçün daim zirvələrdə onun qarşısında şərəfli şücaət nümunələri olmalıdır... Gələcəyin bir neçə adı var. Zəif insan üçün gələcəyin adı qeyri-mümkündür. Ürəyi zəif olanlar üçün - naməlum. Düşüncəli və cəsurlar üçün - idealdır. Təcili ehtiyac var, tapşırıq böyükdür, vaxt yetişib. Qələbəyə doğru irəli!
- İnsanın siması onun daxili aləmini əks etdirir.
- İnsanlarda güc deyil, iradə çatışmır.
- İş həyatı hər vaxt şirinləşdirər. Amma hər kəs şirin sevməyə bilər.
- İşığı heç kim kor qədər sevə bilməz.
KRedaktə
- Kasıblıq, insanın sözdə Dostlarını uzaqlaşdırır.
- Kimə qəzəb hissi əlçatandırsa ona sevgi hissi də əl çatandır.
- Kitablar onu yazan insanların ətrini daşıyır.
- Kitablar soyuq, amma etibarlı dostlardır.
- Kitabı müəllif, onun aqibətini isə cəmiyyət yaradır.
QRedaktə
- Qadın müharibə üçün bəhanə, cinayət üçün səbəbdir.
- Qadına heç vaxt onun çətin başa düçəcəyi sözü demək lazım deyil. Çünki o, bu haqda fikirləşəcək və onun fikri nadir olmayan hallarda səhv yönə olacaq.
- Qadına sevgi bizim üçün böyük, heç nə ilə əvəz olunmayan əhəmiyyətə malikdir; o, ət üçün duz kimidir; ürəyə hoparaq onu xarab olmaqdan qoruyur.
- Qadınlar bir çox şeyi bağışlayarlar, ancaq bağışladıqları şeyləri heç vaxt unutmazlar.
- Qadınlar, özlərinə edilən bir çox şeyi bağışlaya bilərlər; amma bağışladıqları şeyləri heç bir zaman unutmazlar.
- Qadınlar zəifdir, amma analar qüvvətlidir.
- Qadını gözəl edən Allah, sevimli edən şeytandır.
- Qadını gözəl edən Allahdır, sevimli edən şeytan.
- "Qara bir işıq görürəm".Son sözləri
- Qaranlıq içində olan qəlbdə günah doğar.
- Qələbə çalmaq axmaq məşğuliyyətdir. Qalib gəlmək yox, inandırmaq - budur şərəfə layiq.
- Qısqanc olmayan eşq nə doğrudur, nə də saf.
- Qorxu üzərində qələbə bizə güc verir.
- Qurbağa başqa bir qurbağanı dünyaya gətirərək əsər yaradır. Siz şübhə edirsiniz ? Sizdə eynisini etməyə çalışın.
- Quşda qanad, insanda ümid.
MRedaktə
- Məhəbbət ağac kimidir: öz-özünə bitərək varlığımızın ən dərin qatlarına kök atır və bəzən ürəyimizin xarabalığında da çiçəkləyib yaşamaqda davam edir.
- Mənəviyyat həqiqətlərin çiçək açmasıdır.
- Mənəviyyat - çiçəkli bir haqqdır.
- Mənə yalan danışmağını istəyərdim, halbuki. Çünki insan ancaq; itirməkdən qorxduğu bir şey üçün yalan danışardı.
- Mənə yağışı izah etmə, yağ!
- Məni məhv edən şey; mənə yalan danışmış olmağın deyil, sənə bir daha inanmayacaq olmamdır.
- Mənim üçün əhəmiyyəti yoxdur ki, güc kimin tərəfindədir; əhəmiyyəti olan odur ki, qanun kimin tərəfindədir.
- Məntiq heç bir mərhəmət bilmir.
- Məşhur adam olmaq xoşbəxtlikdir, faydali olmaq isə hər kəsin borcudu.
- Məşhur olmağı sevirəm – bu mənim xoşbəxtliyimdir. Amma lazım olmaq istəyirəm – bu mənim borcumdur.[2]
- Məşhurluq - bu şöhrət dəyişdirilən qəpik kimidir.
- Musiqi bir sənətdir. Şeir sənəti üçün eynidir, xəyallar düşünmək üçün, dalğalar okeanı üçün - üstündəki bulud okeanı.
- Musiqi sözlərlə deyilə bilməyəni, amma deyilməsi lazım olanları ifadə edir.
- Musiqini sevdirən bir səbəb də onun insanı duyğu və xəyal aləminə aparmasıdır.
- Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.
- Müqəddəs olmaq müstəsnalıqdür, ədalətli olmaq isə qaydadır.
NRedaktə
- Nadanlıq çalasının üstünü örtsəniz cinayətlərin də kökünü kəsmiş olarsınız.
ORedaktə
- Oxumaq ehtiyacı bant kimidir, bir dəfə alovlandısa, artıq sönməz.
- Oxumaq qidadır. Oxuyan insanlıq, bilən insanlıqdır.
- Ot olub yeyilməkdənsə, diş olub yemək yaxşıdır.
ÖRedaktə
- Öldükdən sonra yaşamaq istəyirsinizsə, ya oxumaya dəyər şeylər yazın, ya da yazmaga dəyər bir həyat yaşayın.
- Ölmək bir şey deyil, yaşamaq qorxuludur.
- Ölüm heç nədir, yaşamaq qorxuncdur.
- Övladlarını sevməyən atalar ola bilər; amma, nəvəsini dəli kimi sevməyən baba ola bilməz.
- Öyrəndikdən və sevdikdən sonra daha çox əzab çəkəcəksiniz.
- Özünü idarə edə bilməyən başqasının əmri altında yaşamağa məhkumdur.
PRedaktə
- Peşman olmuş bir günahkarın göz yaşları yüz möminin duasından daha artıq sevinc gətirir.
- Populyarlıq pula dəyişdirilmiş şöhrətdir.
RRedaktə
- Ruhu ləkələyən daim vücuddur.
- Ruhunu itirən dünyanı qazansa nə çıxar?
SRedaktə
- Sabahlar həmişə gözəl olacaq deyilir. Amma bu günlər, dünənin sabahları deyilmidir?
- Sevdiyin qızın sifəti bütün başqa sifətlərdən qəşəng görünür.
- Sevgi ağac kimidir; o, özü-özünə böyüyür, bütün varlığımız boyu dərin köklər atır və çox vaxt yaşıllaşmaqda və hətta bizim ürəyimizin dağıntıları üzərində çiçəklənməkdə davam edir.
- Sevgi iki olarkən bir olmaq deməkdir.
- Sevginin ilk əlaməti: kişilərdə - qorxaqlıq, qadınlarda - cəsarət.
- Səfalətin elə bir dərəcəsi var ki, yoxsul oraya düşəndə artıq hissiz qalır, nə zülmdən şikayət, nə mərhəmətə təşəkkür edir.
- Səni o qədər xəyal etdim ki, axırda xəyal oldun.
- Susmaq - insanın bütün dərdlərini özündə sınayan ruhun sığıntısıdır.
- Sülh bəşəriyyətin xilası, müharibə isə onun cinayətidir.
- Sülh hər şeyi həzm edən xoşbəxtlikdir.
ŞRedaktə
- Şeir elə bir orkestrdir ki, bütün təbiətin və insanların səsini əks etdirir.
- Şeir gizli sözlərin bəyan edilməsinin bir növüdür.
- Şərəfsiz şair poetik istedaddan məhrum olan hər hansı başqa bir şərəfsizdən daha mənfur, daha rəzil və günahkar bir vücuddur.
TRedaktə
- Tənbəllik iki uşaqlı bir anadır, oğlulunun adı oğurluq, qızının adı aclıq.
- Tərbiyə – nəfslə, təhsil – biliklə bağlıdır. İnsan yetkinləşdikcə bu iki proses bir-birini tamamlayır.
- Tərəqqi məqsəddir, ideal isə nümunə.
URedaktə
- Utanmazlıq bəzən ayıbı gizlədir.
- Uşağını itirən bir ana üçün hər gün ilk gündür; bu iztirab qocalmaz.
ÜRedaktə
- Üslub büllur şüşəyə bənzər, onun parıltısı təmizliyindən asılıdır.
VRedaktə
- Vətənini rüsvay etmək – ona xəyanət etmək deməkdir.
- Vicdan - bizdə fitrən mövcud olan biliklərin məcmusudur.
- Vicdan əzabı çəkmək səhrada susuz qalıb ölməkdən betərdir.
- Vicdan məhkəməsi ən ali məhkəmədir.
- Vicdanın oyanması qəlbin əzəmətini göstərir.
YRedaktə
- Yaxşı qadınla yaxşı kişi birlikdə yaşaya bilmirlər. Çünki qadınlar pis kişilərə aşiq olub yaxşılarla dərdləşərlər.
- Yaxşı olmaq asandır, çətin olan ədalətli olmaqdır.
- Yer üzündə uşaq qığıltısından təntənəli himn yoxdur.
- Yerini vaxtında tərk etməyi bilmək, gerçək yetkinlikdir.
- Yuxusuzluq - bu gecənin insan üzərindəki zorakılığıdır.
- Yumşaq olma əzilərsən,sərt olma qırılarsan.
ZRedaktə
- Zamanı çatan bir fikrin gücünə heç bir ordu tab gətirə bilməz.
- Zülmətdən nura doğru yüksələn bütün yollardan ən nəcibi və ən çətini aristokrat və monarxist doğulub, demokrat olmaqdır.
IstinadlarRedaktə
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014
- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.