- Abrı qorumaq gövhər qazanmaqdan yaxşıdır.
- Alçaqlara tərəf tamah əli uzadarkən,
Sanki öz abrından keçmək üçün körpü tikirsən.
- Ağıllıların məsləkində özünü tərifləmək yoxdur.
- Bir ürəyə məlhəm olmasan, neştər də olma.
- Dоstun аyаğını qаpmаyаn it, dоstluq hüququndаn xəbərsiz qаrаfikirli аdаmdаn yаxşıdır.
- Hünər və eyibdən söz gedən yerdə öz eybini faş etmək mərd adamların işidir.
- İgidlik cövhəri olarsa, əsa da qılınc kimi iş görər.
- Kim ki, söz ağrısından xəbərdardır, sözün barmağına üzük geydirməz.[1]
- Məclisdə bir-birinin qulağına söz demək könüllərdə nifaq toxumu əkməkdir.
- Öz eybini görməmək ən böyük eyibdir.
- Özündən xəbəri olmayanların ömür məhsulu təəssüf olar, özündən agah olan şəxs isə hər şeydən agah olar.
- Özünü öyən adamın donmuş ürəyində başla ayağın fərqi yoxdur.
- Söz yalnız səmimi keyfiyyətə malik olduğu təqdirdə təsir edə bilər.
- Sözə meydan tapana kimi dilə gəlmərəm.
- Zavalsız söz parlaq günəşdir, məğribi qulaqdır, məşriqi ağız.
- ↑ Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.50