Bir ürəyi ələ gətirmək, min Kəbə ziyarətindən yaxşıdır. Nəsirəddin Tusi
Bu gün al şərab qədəhini başa çəkəndə düşün ki, sabah ürək qanını qusmalı olacaqsan. Arif Ərdəbili
Bütün pisliklər, bütün ərdəmlər ürəyimizdədir, sənin ürəyindədir, mənim ürəyimdədir. Hans Kristian Andersen
Cavanlığın sirri ürək açıqlığında, yavaş yemək və öz yaşını deməməkdədir. Lus Boll
Deyirlər ki: "əvvəllər delə deyildin artıq içinə bağlandın." "Dedim ki: "içindəkiylə kifayətlənən bu ürək artıq sizi nə etsin? Əziz Nesin
Elə bir sevəcəksən ki, ürəyindən kimsə ayıra bilməyəcək. Və elə birini sevəcəksən ki, səni gözləriylə belə aldatmayacaq. Can Yücəl
Eşq bir baxışla başlar, bi sözlə bitər. Sevmək mi? Həmişə ürək istər. Can Yücəl
Eşq bir qum saatı kimidir, ürək dolarkən, beyin boşalar. Aleksandr Puşkin
Ey Könül! İndi soruşuram səndən, hansı eşq daha böyükdür? Anlatılaraq dilə düşənmi, anlatmayıb ürək dələnmi? Şəms Təbrizi
Ən mənalı baxış, bir cüt yaş gözdə gizlidir. Çox şey izah edər; Çünki dil bağlanar, ürək danışar. Milan Kundera
Ən pisi o deyil ki, ürək qırılır, ürək qırılmaq üçün yaranıb. Ən pisi odur ki, ürək daşa çevrilsin. Oskar Uayld
Fikir, mənfəətdən ayrı tutulduğu hər vaxt ürək ağrıdan bir müvəffəqiyyətsizliyə uğramışdır. Karl Marks
Hakimiyyət yalnız o vaxt böyük nemət olur ki, onu əldə edən adama təbiət və tərbiyə alicənablıq, qüvvətli ruh, geniş ürək, dərin ağıl, böyük təcrübə vermişdir. Pol Anri Holbax
Həqiqət hakimi ürək yox, ağıldır. Gertsen
Qərb cəmiyyəti ürək çatışmazlığından, Şərq cəmiyyəti ürək ifratından əziyyət çəkir. Tur Xander
Mənim üçün böyük insan öz beyni ilə ürəyi arasında rabitə yaradan insandır. Napoleon Bonapart
Nə qədər baş varsa, o qədər düşüncə tərzi olduğuna görə, nə qədər ürək varsa, o qədər də sevmək tərzi var. Lev Tolstoy
Özümü sevəndən sonra anladım ki, ağılım məni təəsüfləndirə bilər və bundan xəstələnə bilərəm. Amma onu ürəyimlə birləşdirəndən sonra, mənim ağılım mənim dəyərli ortağıma çevrildi. Bu gün bilirəm ki, buna — Ürək müdrüklüyü deyilir. Çarli Çaplin
Sevgiyə və ehtirasa açıq bir ürək qədər dünyada qiymətli bir şey yoxdur. Yohann Volfqanq Göte
Sevmək gözəl peşədir, amma çətindir. Can dözür dözməyinə, amma ürək getdi gedəcək. Camal Sürəya
Sevmək sevirəm demək deyil, ürəyində hiss etməkdir. Və eşq yanında olanı sevmək deyil, bəzən gəlməyəcək birini gözləməkdir. Can Yücəl
Ürək, bütün ərdəmləri özünə yığıb. Amma bütün pisliklər də ordadır. Hans Kristian Andersen
Ürək dənizdən dərindir. Azərbaycan atalar sözləri/Ü
Ürək götürməyəni, əl götürməz. Azərbaycan atalar sözləri/Ü
Ürək hər şeydən bərk qızar, hər şeydən bərk soyuyar. Amxar atalar sözləri
Ürək ki var şüşədir, sındırarsan kim yamar?! Azərbaycan atalar sözləri/Ü
Ürək nə ilə doludursa, dodaqlardan o tökülüb gedər. Yohann Volfqanq Göte
Ürək yanar, göz yaşarar. Azərbaycan atalar sözləri/Ü
Ürək yanmasa, gözdən yaş çıxmaz. Azərbaycan atalar sözləri/Ü
Ürəkdən ürəyə yol var. Azərbaycan atalar sözləri/Ü
Ürəyimi nişan al, Kələntər dayı, ağrıdır axı.[1] Yeddi oğul istərəm... (film, 1970)
Üz ürəyin güzgüsüdür. Azərbaycan atalar sözləri/Ü
Və o zaman qırdığın bu ürək, indi qırır başqa ürəkləri! Eşqdə qazanmaq dedikləri itirməkdir bir çox şeyi... Murathan Mungan
Yaxşı oğul ata bağı, pis oğul ürək dağıdır. Tacik atalar sözləri
Yaramaz adamın ürəyi xoşbəxtlik anlarında bərk, bədbəxtlik anlarında yumşaqdır:ləyaqətli insanın ürəyi xoşbəxtlik anlarında yumşaq, fəlakət anlarında bərkdir. Çin atalar sözləri
Yatağında yatanda; Ürəyinin səsindən yata bilmirsənsə, anla ki, təksən... Əziz Nesin
↑ Həsənov, Ə. “Ürəyimi nişan al, Kələntər dayı, ağrıdır axı” - Məşhurla müsahibə: [Ənvər Həsənovla] //Üç nöqtə.- 2015.- 9 iyul.- S.5.