Samuel Batler
(Samuel Butler səhifəsindən yönləndirilmişdir)
Samuel Batler (ing. Samuel Butler 1835-1902) — İngilis yazıçısı, bəstəkarı və tərçüməçi
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Allah keçmişi dəyişdirə bilməz, amma tarixçilər edə bilər.
B
redaktə- Belə hesab edilir ki, bütün fəlakətlərin kökü pula məhəbbətdədir. Eyni sözləri pulun olmaması barədə də söyləmək olar.
- Bəşəriyyətin tərəqqisi hər bir insanın imkanlarından kənarda yaşamaq istəyinə əsaslanır.
- Biz üz-üzə heç nə görə bilmirik; bizim ən yaxşı görmə qabiliyyətimiz, dolu cibdə barmaqlarımızın ucları ilə kor-koranə işləməkdir.
- Bizi təhlil edilə bilən arqumentlər deyil, tonu, temperamenti və danışıq tərzi, yəni insanın özü inandırır.
- Bütün fəlsəfələr son nəticədə absurddur, lakin bəziləri digərlərindən daha absurddur.
D
redaktə- Deyirlər ki, bütün pisliklərin kökü pul sevgisidir. Eyni şeyi pul çatışmazlığı haqqında da demək olar.
- Dəbi axmaqlar icad edib, ağıllı insanlar isə ona əməl etməyə məcbur olurlar.
- Dostluq pul kimidir, onu qazanmaq saxlamaqdan daha asandır.
- Dünya tarixi zəifin güclünü, güclünün isə zəifi lənətləməsinin tarixidir. [1]
- Düşüncələrim səyahətdə tanış olan insanlar kimidir; əvvəlcə çox xoş görünürlər, amma bir qayda olaraq, tezliklə onlardan bezirəm.
Ə
redaktə- Ən bacarıqlı yalançı kiçik yalanları dolanbac yolla göndərəndir.
- Ən qədim kitab hələ oxumamışlar üçün canlı bir yenilikdir.
G
redaktə- Güzgü üçün minnətdar olmalıyıq, çünki o, yalnız görünüşümüzü göstərir.
H
redaktə- Həkimin yaşlısı, vəkilin gənci faydalıdır.
- Həyat camaat qarşısında skripkada solo ifa etmək və davam etdikcə aləti öyrənmək kimidir.
- Həyat həll edilməli tapmaca deyil, gec-tez kəsiləcək Qordi düyünüdür.
- Həyat, xoşagəlməz fərziyyələrdən əlverişli nəticələr çıxarmaq sənətidir.
- Həyat kiçik hallardan böyük qazanc əldə etmək sənətidir.
- Həyat musiqiyə bənzəyir: onu bəstələmək üçün qaydalara deyil, qulağa, hisslərə və instinktlərə görə istiqamətləndirmək lazımdır. Buna baxmayaraq, onları bilmək daha yaxşıdır, çünki bəzən şübhəli hallarda kömək edirlər - tez-tez olmasa da.
- Həyat və ölüm sanki ülgüc kənarında tarazlanır.
İ
redaktə- İncəsənət tarixi dirçəlişlər tarixidir.[2]
- İnsan yemək niyyətində olduğu qurbanları yeyilənə qədər onlarla mehriban münasibətdə qala bilən yeganə heyvandır.
- İnsandan başqa bütün canlılar bilir ki, həyatın əsas məqsədi ondan həzz almaqdır.
- İnsanın əsl həyatı heç şübhə etmədiyi həyatdır.
- İstənilən insan yaradıcılığı, istər ədəbiyyat, istər musiqi, istərsə də rəsm, həmişə avtoportretdir.
M
redaktə- Maşınlar insana ancaq onlara xidmət etmək şərti ilə xidmət edir və bu qarşılıqlı razılaşmanın şərtlərini özləri qoyurlar [...]. Bu gün nə qədər kişi maşınların köləliyi vəziyyətində yaşayır? Neçə insan beşikdən ölümünə qədər bütün həyatını gecə-gündüz maşınlara qulluq etməklə keçirir? Onların əsarət altına aldıqları və ya özlərini mexaniki səltənətin tərəqqisinə ürəkdən həsr edən insanların sayının getdikcə artdığını düşünün: maşınların bizi ələ keçirdiyi aydın deyilmi? [...] Maşınlara qulluq edən, öz növünün qayğısına qalmaqdan daha çox insan varmı?
- Mətbuatın əsas dəyəri odur ki, insanlara mətbuata inamsızlığı öyrədir.
N
redaktə- Nadana savad öyrətmək qocanı dağa çıxartmaq qədər çətindir.
- Nə qədər ki, xəstəlik var, təkcə qorxu yox, ümid də olacaq.
O
redaktə- Oğrular pul kisəsini və ya canını tələb edir, qadınlar isə hər ikisini tələb edirlər.
P
redaktə- Pul - sona qədər sadiq olan son dostdur.
- Pulun bütün pisliklərin kökü olduğu deyilir. Eyni şeyi pul çatışmazlığı haqqında da demək olar.
T
redaktə- Təkəbbür cəhalət zəminidir.
- Ticarət din və elmlə eyni olmalıdır: nə sevgi, nə də nifrət.
V
redaktə- Vicdan çox yaxşı tərbiyəlidir və onu eşitmək istəməyənlərlə danışmağı dayandırır.
Y
redaktə- Yaddaş, səs kəsildikdən sonra əks-səda verməyə davam edən əks-səda kimidir.
- Yalan söyləmək - Yalan söylədiyin adamın üstünlüyünü qəbul etməkdir.
- Yalanı kifayət qədər sakit qəbul edirəm. Yalnız səhvlər məni əsəbiləşdirir.
- Yalnız iki cür müəllim var: çox öyrədənlər və heç öyrətməyənlər.