Simona de Bavuar
Simon de Bovuar (1908-1986) - fransız yazıçısı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Ah! Məni yaşamaq öldürür.
ERedaktə
- Elə acgözəm ki, həyatdan hər şeyi eyni anda istəyirəm. Həm çoxlu dostum olmağını, həm də tək qala bilməyi arzulayıram.
ƏRedaktə
- Ən mühim əsərim həyatımdır.
FRedaktə
- Fərdi səviyyədə qadınlar evdən kənarda işləməlidirlər və mümkündündürsə, ailə qurmamalıdırlar. Mən Sartrla evlənə bilərdim, ancaq bunu etməyərək düzgün qərar verdiyimizə inanıram. Evliliyin qadınlar üçün təhlükəli olduğunu düşünürəm.
İRedaktə
- İnsan dünyaya qadın olaraq gəlmir, zaman keçdikcə qadın olur.
QRedaktə
- Qadın ictimai istehsalatda daha çox yer alıb, ev işlərinə daha az vaxt ayıranda azadlığına qovuşacaq.
- Qadını mətbəxə və ya bəzənməsi üçün otağa həbs edir, sonra dünyagörüşünün dar olmasına heyrətlənirik. Qanadlarını kəsirik, sonra isə uça bilmədiyi üçün deyinirik.
- Qadını təkcə kişi əzmir. Qadın həyatının məsuliyyətini üzərinə götürməkdən vaz keçərək öz-özünü əzir.
- Qadınlar bərabərliyin onlara lütf edilməyini istəmirlər. Onlar bərabərliyi əldə etmək istəyirlər. Bu ikisi tamam fərqli məhfumlardır.
- Qadınların çoxu aşiqinin yox, qapıçısının sözünü eşidir. Çünki aşiq tək bir insandı, qapıçı isə cəmiyyətin səsidir.
XRedaktə
- Xanım doğulmur, xanım tədricən formalaşır.
NRedaktə
- N qədər kişi uşaq doğmadığım üçün qadınlar haqqında danışmağa haqqım olmadığını dedi. Çox gözəl. Amma onlar da uşaq doğmayıblar. Buna baxmayaraq qəlibləşmiş fikirləri rahat formada dilə gətirə bilirlər.
SRedaktə
- Siz kitab oxumağı xoşlayırsınız. Yaxşı bir kitab qədər insanı özündən uzaqlaşdıran ikinci vasitə ola bilməz.