Simvol
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Binalar simvoldur, yox etmənin bir simvolu. Simvollara insanlar güc verər, tək başına simvollar mənasızdır, amma kafi sayda insanla binaları (simvolları) partlatmaq, dünyanı dəyişdirər. V for Vendetta
- Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur. Məhəmməd Əmin Rəsulzadə
- Bütün Allahlar şairlərin simvolu və məkrli dedi-qodularıdır! Fridrix Nitsşe
E
redaktə- Ehtiras: bu ən böyük həzzdir, ali xoşbəxtlik və yüksək ümidin simvoludur. Fridrix Nitsşe
K
redaktə- Kvant nəzəriyyəsi haqqında adi dildə danışmaq çox çətindir. Nəzəriyyədə istifadə olunmuş riyazi simvolları hansı sözlərlə əvəzləməyin mümkünlüyünü anlaya bilmirəm. Yalnız bir şey aydındır: Adi dil anlayışı atomun quruluşunu təsvir etməyə yaramır. Verner Heyzenberq
Q
redaktə- Qoy insanlar min bir körpülərlə, yollarla gələcəyə can atsınlar və onlar arasındakı düşmənçilk və bərabərsizlik daha da güclənməlidir. Mənim böyük sevgim məni məhz bu cür inandırır. Qoy onlar xəyali obrazlar, simvolları öz düşmənçilklərində kəşf etsinlər və o zaman onlar arasında böyük bir savaş baş verəcək. Fridrix Nitsşe
Ö
redaktə- Ölkə olmadan nə adın, nə simvolun, nə səsin, nə də xalqlar arasında qardaş olmaq haqqın var; Sən insanlığın qeyri-qanuni övladısan. Bayrağı olmayan əsgərlər, yəhudilər kimisən. Nə sədaqət, nə də müdafiə tapacaqsan, heç kim sənə zəmanət verməyəcək. Özünüz üçün bir ölkəni fəth etmədən haqsız sosial şəraitdən qurtulacağınızı gözləmək olmaz. Cüzeppe Madzini
R
redaktə- Riyaziyyatçılar alim deyil, rəssamdırlar. Həndəsə və ya orta məktəb cəbri kimi əsas riyaziyyatdan başqa, riyaziyyatçıların istifadə etdiyi bütün simvollar, düsturlar və sözlərin heç bir əhəmiyyəti yoxdur. Təmiz riyaziyyatın bütün quruluşu nəhəng bir fırıldaq, sadəcə bir oyun və axmaq bir zarafatdır. Kimsə soruşa bilər ki, “Bunu ifşa etmək istəyən üsyançılar yoxdurmu?”. Əlbəttə ki, onlar var. Amma faktlar o qədər heyrətamizdir ki, heç kim onları ciddi qəbul etmir, buna görə də sirr yaxşı gedir. Ted Kazinski
Z
redaktə- Zaman və təşəkkül haqqında yüksək simvollar danışmalıdır. Onlar bütün keçiciləri tərifləməli və ona haqq qazandırmalıdırlar! Fridrix Nitsşe