Diogen meydanda fəlsəfi nitq söyləyərkən insanların onu dinləmədiklərini görmüş və buna görə də onların diqqətini cəlb etmək üçün quş səsləri çıxarmışdır. O zaman hamı susub onu dinləməyə başlamış və bunun qarşılığında Diogen onlara demişdir: “Bu da sizin ağlınız. Mən ağıllı şeylər haqqında danışanda məni dinləmədiniz, indi isə ağılsız quşun səslərini çıxardıram, siz də ağzıaçıq məni eşitməyə başladınız".[1]
Diogenə bir adamın nə qədər ağıllı olduğunun necə aydın olduğunu soruşdular. Cavabı qısa oldu; "Danışmasından" dedi.
Bir sual daha soruşdular: "Yaxşı adam ya heç danışmazsa"
Diogenin cavabı bu dəfə belə oldu: " O qədər ağıllı olan insan hələ yoxdur dünyada."
Dostlara əl uzadarkən barmaqlarını yumruqda sıxma.
Dünyada ən böyük xeyr elm, ən böyük şər nadanlıqdır.
Özünü yaxşı döşənilmiş bir evə aparan bir adam "Bir daha yerlərə tüpürməməsini" tənbehləyincə Diogen dərhal adamın üzünə tüpürər və "Buradan daha çirkli bir yer tapa bilmədim" deyər.
Savadsızları və cahillərı Siz, əgər belə demək mümkündürsə, zərif sənətlərə (incəsənətə) öyrədirsiniz ki, sizə nə vaxt lazım olsa, əlinizin altında təhsilli insanlar olsun. Niyə siz pis insanları yenidən tərbiyələndirmirsiniz ki, sonra namuslu insanlara ehtiyac olanda, onlardan istifadə edə biləsiniz, necə ki, siz özgə şəhərləri və düşərgələri zəbt edərkən, başkəsənlərə ehtiyac duyursunuz?
Sinoplu Diogendən soruşanda ki "ən təhlükəli heyvanlar hansılardır?", o belə cavab vermişdi: "Vəhşi heyvanlardan böhtançılar, ev heyvanlarından isə yaltaqlar."
Son məqsəd təbiətə uyğun olanı ehtiyatla seçməkdir.