Həya
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Aclıq dad bilmir, yuxu səliqə-sahman, ehtiras - həya. Teluqu atalar sözləri
- Axmaqlığın ilk əlaməti abır-həyanın tam olmamasıdır. Ziqmund Freyd
- Aşkarda insanlardan həya etdiyiniz kimi, gizlində də Allahdan həya edin. İmam Kazım
Ə
redaktə- Əql ilə həya ən yaxın və ayrılmaz dostdur, bunlardan biri itdikdə o birisini tapmaq olmur. Kəlilə və Dimnə
G
redaktə- Günahlar artdıqca həya azalır. Fridrix Şiller
H
redaktə- Həya gözəldir, lakin qadınlarda olsa, daha gözəl olar. Məhəmməd peyğəmbər
- Həya insan qəlbinin bütün ehtiraslarının ən gözəli olan məhəbbətin anasıdır. Stendal
- Həya - insani dəyərlərin tamamlayıcısıdır. Sinoplu Diogen
- Həya olmasa, nə dünyanın faydası var, nə də yaşamağın. Ərəb atalar sözləri
- Həya ona deyilir ki, məzəmmət edilib danlanmamaq, nalayiq hərəkətlər müqabilində utanmamaq üçün nəfs biabır işlərin qarşısını alsın. Nəsirəddin Tusi
- Həya və iman bir beşikdə iki körpə kimidir. Məhəmməd peyğəmbər
İ
redaktə- İnsan nə qədər daha çox şeydən həya edərsə, o qədər şərəf və qürur sahibi olar. Corc Bernard Şou
S
redaktə- Sevgi həya-abır, xəcalət hissindən qurtulmağın ən etibarlı yoludur.[1] Ziqmund Freyd