Uilyam Somerset Moem

(Somersot Moem səhifəsindən yönləndirilmişdir)

Uilyam Somerset Moem (Paris, 25 yanvar 1874 - Nitsa, 16 dekabr 1965) - İngilis yazıçısı və dramaturqu

Uilyam Somerset Moem
Doğum tarixi 25 yanvar 1874
Doğum yeri VIII arondisman
Vəfat tarixi 16 dekabr 1965
Vəfat yeri Nitsa
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


Uilyam Somerset Moem
  • Axmaq olub bunun fərqində olmaq, axmaq olub bunun fərqində olmamaqdan yaxşıdır.
  • Ancaq adi bir adam hər zaman etdikləri ilə qane olar.
  • Arzu həqiqətdən qaçmaq deyil, əksinə, ona yaxınlaşmaq üçün vasitədir. [1]
  • Bir qadın səni sevəndə, sənin ruhuna sahib olana qədər doymaz. Zəif olduğu üçün onun hökmranlıq üçün qəzəbi var və heç nə onu qane edə bilməz.
  • Bir qədər sağlam düşüncə, bir qədər səbr, bir qədər yumor hissi – və bunlarla çox rahat şəkildə bu dünyada yaşamaq olar.
  • Biz bu il keçən ildəki insan deyilik. Elə bizim sevdiyimiz insanlar da əvvəlki deyillər. O vaxt hər şey gözəl olur ki, biz də dəyişirik, sevdiyimiz insanlar da, amma aradaki sevgi olduğu kimi qalır.
  • Doğru deyil ki, guya əzablar insan xarakterini nəcibləşdirir. Bunu yalnız xoşbəxtlik edə bilər., o da nadir hallarda, əzablar isə çox vaxt insanı xırdaçı və kinli edir. [2]
  • Dost seçimi edərkən xarakter altında gizlənən şəxsiyyəti seçərək aldanmayın.
  • Düşüncə qabiliyyətini öldürən ən böyük düşmən pis vərdişdir.
  • Düşünürəm ki, Tanrı ya mənim daxilimdə, ya da heç bir yerdədir.
  • Eyni zamanda yazıçı və centlmen olmaq çətindir.
  • Ən uzun müddətli sevgi, heç vaxt geri dönməyən sevgidir.
  • Əzabların xarakteri zənginləşdirdiyi düzgün deyil. Bunu bəzən xoşbəxtlik bacarır. Əzablar əksər hallarda insanı xırdaçı və qisas arzusunda olan bir şəxsə çevirir.
  • Faciə ondadır ki, biz bəzən öz arzumuza çatırıq.
  • Gəncliyin xoşbəxt olması illüziyasıdır, onu itirənlərin illüziyasıdır; lakin gənclər özlərinə aşılanmış həqiqətsiz idealla dolu olduqları üçün yazıq olduqlarını bilirlər və hər dəfə gerçəklə təmasda olduqda əzilir və yaralanırlar. Görünür, onlar sui-qəsdin qurbanı olublar; seçmə zərurətindən ideal olan oxuduqları kitablar və unutqanlığın çəhrayı dumanı ilə keçmişə nəzər salan böyüklərin söhbəti onları qeyri-real həyata hazırlayır. Oxuduqlarının və onlara deyilənlərin hamısının yalan, yalan, yalan olduğunu özləri kəşf etməlidirlər; və hər bir kəşf həyatın çarmıxında bədənə vurulan başqa bir mismardır.
  • Hər hansısa bir şənlikdə ağıllı şəkildə yemək lazımdı, ancaq tam doymaq olmaz. Yaxşı danışmaq xoş olar, ancaq dahi təsiri bağışlamaq mütləq deyil.
  • Hər nəsil atalarına gülür, babalarına gülür, ulu babalarına heyran olur.
  • Həyatda başqalarının müsibətinə “can yandırmaqdan” daha asan bir şey yoxdur.
  • Həyatda yalnız iki şey insanın mövcudluğuna haqq qazandıra bilər: sevgi və incəsənət.
  • Həyatdakı qəribəlik ondadır ki, qəbul etmək istəmədiyimiz şeylərlə daim qarşılaşmalı oluruq.
  • Həyatın ən böyük dramı insanların yox olması deyil, sevgidən məhrum olmalarıdır.
  • İnsan məmur, bağban və ya polis kimi işləmək mümkün olmayan yaşa çatanda, onun ölkəsinin taleyini həll etmək üçün yetişmiş hesab olunur.
  • İnsan ömrünün qalan hissəsini onunla keçirmək istəmədən bir qadına çox aşiq ola bilər.
  • İnsanlar öz fikrimizi bildirməyimizi desələr də, bizdən tərif gözləyirlər.
  • İnsanlar sizdən onları tənqid etmənizi xahiş edərlər, amma qəlblərində istədikləri yalnız tərifdir.
  • İnsanlara öz sevdikləri şeyi etmək üçün səbəb lazım deyil, – onlara bəraət lazımdır.
  • İnsanın hər töhvəsində onun ruhunun macəraları öz əksini tapmalıdır.
  • İnsanların sənə baxmağını istəyirsənsə, sən də onlara baxmalısan.
  • 25 yaşlı subay qız və həmin yaşda olan evli qadın arasında uçurum qədər fərq var.
  • Keçmiş barədə düşünməyə başlayırsansa, deməli artıq sənin gələcəyin yoxdur.
  • Qısa və aydın yazmaq səmimi xə xeyirxah olmaq qədər çətindir.
  • Mən bilmirəm” deməyin nə qədər asan olduğunu anlamısınızsa demək ki, çox gecikməmisiniz.
  • Pul bir növ altıncı hissdir, onsuz qalan beşi natamamdır.
  • Roman yazmaq üçün üç qayda var. Bədbəxtlikdən, bu qaydaların nədən ibarət olduqları heç kəsə məlum deyil.
  • Sənin üçün əhəmiyyətsiz olan insanlarla xoş davranmaq daha asandır.
  • Yalnız bir qadın digər qadının nəyə qadir olduğunu bilir.
  • Yalnız qadına hörmət edən kişi onu alçaltmadan ondan ayrıla bilər.

İstinadlar

redaktə
  1. Aforizmlər. Bakı, 2013. səh.17
  2. Xəzinə. Bakı,1997, səh.49