Sosial qanunauyğunluqlar
Sosial qanunauyğunluqlar və ya həyatın qəribəlikləri (qanunlar, qaydalar, prinsiplər)
Buba qanunuRedaktə
- İtirdiyin əşyanı yalnız hər yeri axtardıqdan sonra tapmaq olar.
- Itirdiyini həmişə ən axırıncı cibində tapırsan.
Əclaflıq qanunuRedaktə
- Gün ərzində ilk dəfə olaraq bir anlığa başınızı stolun üstünə qoyduğunuz məqamda otaqda rəis peyda olacaq.
Helranq qanunuRedaktə
- Səbr et və pislik öz-özünə yox olub gedəcək.
İfşa qanunuRedaktə
- Dünyada elə bir sirr yoxdur ki, əvvəl-axır aşkar olmasın.
Linç qanunuRedaktə
- Hadisələr kəskin şəkil alanda hamı aradan çıxır.
Merfi qanunuRedaktə
- Əgər hər hansı bir xoşagəlməz hadisə baş verməlidirsə, o, mütləq baş verəcək.
Merianna qanunuRedaktə
- Həmişə axtarmadığını tapırsan.
Mesgimen qanunuRedaktə
- İşi lazım olan səviyyədə görmək üçün heç zaman vaxt tapılmır, ancaq qüsurları düzəltməyə həmişə vaxt tapılır.
- İşin birinci 90 faizinə iş vaxtının cəmi 10 faizi sərf olunur, qalan 10 faizinə isə vaxtın 90 faizi.
Növbə qanunuRedaktə
- Başqa növbəyə keçən kimi, sizin əvvəlki növbəniz sürətlə irəliləməyə başlayacaq.
Runa qaydasıRedaktə
- Əgər harada olmağınızın sizə heç bir fərqi yoxdursa, deməli, azmamısınız.
Səhv qanunuRedaktə
- Kitabın siqnal nüsxəsini hər hansı bir səhifədə açan müəllif dərhal ən kobud səhvə rast gəlir.
Tabeçilik qanunuRedaktə
- Heç vaxt rəisə bildirmə ki, sən ondan ağıllısan.
Veyler qanunuRedaktə
- Bir işi görməyə borclu olmayan adam üçün həmin işi görməkdən asan şey yoxdur.
MənbəRedaktə
- Xəzinə. (Müdriklər və səfehlər, Hitler və Stalin, İdarəetmənin sirləri, Siyasət və Mafiya, Aforizmlər və lətifələr). Bakı, 1977