Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır. Heydər Əliyev
Bir ideya min bir hadisə libasında üzə çıxır. Əbu Turxan
Bizlər sirlərlə dolu bir kainatda bir yuxunun yuxusunu görməkdəyik. Gerçəkdə bildiyimiz heç bir şey yoxdur. Bildiyimizi sandığımız şey yalnız hadisələrdir. O hadisələr ki, bilmədiyimiz bir varlıqla əsla bilməyəcəyimiz bir varlığın bir-birlərinə olan əlaqəsindən doğulmuşdur. İmmanuel Kant
Din haqqında düşüncələr təbiətdə hazırlanaraq deyil, həyatdakı hadisələr nəticəsində ortaya çıxan narahatlıqdan, insan ağlındakı davamlı ümiddən və qorxudan doğuldu. Devid Yum
Hadisələr üçün müxtəliflik, mahiyyətlər üçün eyniyyət və sabitlik səciyyəvidir. Əbu Turxan
Helm ona deyilir ki, nəfsdə həlimlik olsun, qəzəb onu tez yerindən oynada bilməsin, xoşuna gəlməyən bir hadisə baş verəndə özündən çıxıb fitnə qoparmasın. Nəsirəddin Tusi
İctimai hadisəyə çevrilmiş din artıq din deyil. Əbu Turxan
İnsan tədricən ölür. Bizim həyatımızda baş verən müxtəlif hadisələr ölümün mərhələləri deyil? Həyat bizi hissə-hissə tərk etmirmi? Mel Qibson
İnsanın həyatında cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. O necə doğulduğunu hiss etmir, insan kimi yaşamağı yadından çıxarır və əzablar içində ölür. Jan de Labrüyer
Özümü sevəndən sonra, mənə ziyan olan şeylər — qidalar, insanlar, əşyalar və hadisələrdən uzaqlaşdım. Ayağımdan tutub, məni aşağıya çəkən hər şeyi rədd eləməyi bacardım. Əvvəlcə mən bunu sağlam eqoistlik prosesi adlandırırdım. Amma bu gün bilirəm ki, buna — Özünə sevgi deyilir. Çarli Çaplin
Tarix heç vaxt olmamış və heç vaxt olmayacaq hadisələr haqqında elmdir. Pol Valeri
Tarixi həqiqətə yaxınlaşmaq üçün eyni bir vaxtda iki yolla getmək, yəni hadisələri qərəzçiliyə yol vermədən obyektiv şəkildə öyrənmək və bu hadisələr arasında məntiqi əlaqələri müəyyən edib əsaslandırmaq lazımdır. Vilhelm Humboldt
Təbiətdə "pis" olaraq xarakterizə edilə biləcək heç bir hadisə olmaz. Benedikt Spinoza
Təcrübə insanın işinə həmişə yaraya bilməz. Çünki heç bir hadisə eyni formada iki dəfə təkrarlanmır. Uinston Çörçill
Zəka ona deyilir ki, çoxlu hadisə və xüsusiyyətlər içərisindən ilk baxışda, dərhal, ani surətdə (şimşək sürəti ilə) özünə lazım olanı seçə, asanlıqla düzgün nəticə çıxara bilsin. Nəsirəddin Tusi