Stefan Sveyq

avstriyalı romançı, bioqrafiya yazarı, araşdırmaçı və publisist

Stefan Sveyq (almanca Stefan Zweig, 28 noyabr 1881, Vyana – 22 fevral 1942, Petrópolis, Rio-de-Janeyro) — alman romançı, bioqrafiya yazarı, araşdırmaçı və publisist.

Stefan Sveyq
Doğum tarixi 28 noyabr 1881
Doğum yeri Vyana
Vəfat tarixi 22 fevral 1942
Vəfat yeri Petropolis
Dəfn yeri Braziliya
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bir millətin içindən bir dahinin çıxa bilməsi üçün milyonlarla insanın dünyaya gəlməsinə ehtiyac olmuş, gerçək bir tarixi hadisənin, yeni ulduzun parladığı saatların yetişməsi üçün də milyonlarla saat gözləmək məcburiyyətində qalınmışdır.[1]
  • Bizə heç bir şey etmədilər, bizi tamamilə heçliyin içinə yerləşdirdilər, çünki bilindiyi kimi yer üzündə heç bir şey insan ruhuna heçlik qədər təzyiq etməz..
  • Boş yerə sərf olunan milyonlarla saatdan yalnız biri həqiqətən tarixi olur - bəşəriyyətin ən gözəl saatı. Ən gözəl saat gəlib çatarsa, gələcək illəri və əsrləri əvvəlcədən müəyyənləşdirir.
  • Əgər birisi döyüş meydanında qəhrəmancasına vuruşur, çoxlu yara alıb düşmən qarşısında yerə yıxılır, amma sonra bütün ağrılarına rəğmən, son gücünü toplayıb düşmənə zərbə vurmaq istəyir, lakin vura bilməyib ölürsə, o, məğlub yox, şəhiddir.
  • Həqiqi həkim hər bir xəstə ilə ölüb-diriləndir.
  • Xoşbəxtlik və qürur bəxş edən heç bir şeydən utanmaq lazım deyil.
  • İnsanın düşdüyü ümidsizlik nə qədər dərindirsə, onun xoşbəxtliyə susamış ürəyinin fəryadı bir o qədər şiddətlidir.
  • Müalicənin uzanmasının iki səbəbi var: həkimin savadsızlığı və həkimin dediklərinə xəstənin əməl etməməsi.
  • Ruh genişliyinə erkən öyrənmiş insan sonralar dünyanı da içinə sığışdıra bilər.
  • Vicdan xatırlayırsa, demək, heç bir günah unudulmayıb.

İstinadlar

redaktə
  1. Mehman Kərimov. Müdrikliyə, ədalətə, uğura 40 çağırış. Bakı, 2017.səh.216