Sultan
Sultan (ərəb. سلطان) — İslam dövlətlərində hökmdar titulu.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Ə
redaktə- Əllamə Təkəli Səfəvi məmləkətinin ən gözəli olan (Azərbaycanı) rum sultanının nəzərində elə gözəl bəzəmişdi (tərifləmişdi) ki, sultan bircə gün də olsun bu arzudan yayına bilmir, bircə gecə də olsun onu ağuşa almaq xəyalından yuxuya gedə bilmirdi. Bu arzu (sultanı)nadan və haqtanımaz Əlqas Mirzəni ağlının gödəkliyi və ondan da artıq nadan olan bir neçə nəfərin təhrikiylə hücuma keçməyə yönəltdi. Belə ki, Əlqas Mirzə onu böyüdən və cahanın ən adil adamlarından olan belə mehriban qardaşın (I Şah Təhmasibin) xidmətindən yayınıb Rum diyarına getdi. Sultan Süleyman onun vücudunu əcəm mülkünü fəth etmək yolunda qənimət və sərmayə bilərək, elə boş xəyala və yalan sözlərə uydu və cahil adamlar qoşununun başında durub, bu tərəfə yürüşə yollandı. — İsgəndər bəy Münşi